Bolivarianizm — Vikipediya

Bolivarianizm (isp. Bolivarianismo) — Cənubi Amerika müstəmləkələrinin İspaniyadan azad olması uğrunda mübarizəsinin başçısı Simon Bolivarın adına uyğun adlandırılmış siyasi hərəkat. Hərəkat qarşısına Latın Amerikası ölkələrini xəlqi-demokratik və antikapitalist dəyərləri (demokratik sosializm) əsas götürərək bir dövlətdə birləşdirməyi məqsəd qoyub. Hərəkatın əsas ideoloqu Venesuelanın prezidenti Uqo Çaves hesab edilir.

Demokratik sosializm ideologiyasının əsas prinsipləri aşağıdakılardan ibarətdir:

  • antiimperializm (ABŞ-nin və Amerika korporasiyalarının qlobal təzyiqlərinə qarşı mübarizə, iqtisadi müstəqilliyin bərqərar olması);
  • birbaşa demokratiya (bütün qərarların referendumlar və ya xalqın iradəsini əks etdirən digər vasitələr əsasında qəbul edildiyi idarəetmə forması);
  • iqtisadi özünüdolandırma;
  • korrupsiya ilə mübarizə;
  • xalqın rifahı naminə təbii ehtiyatlardan ədalətli istifadə.