Boeing 787 — Vikipediya

"Boeing 787 Dreamliner"
Tipi Sərnişin
Hazırlayan Boeing
İstehsalçı ABŞ ABŞ
Dizayner "Boeing"
İlk uçuş 15 dekabr 2009
İstismara verilmə tarixi 26 oktyabr 2011
İstismarçılar "All Nippon Airways"
Buraxılış sayı 7 – sertifikatlaşdırma üçün istifadə olunur, sertifikatlaşma bitdikdən sonra sifarişçilərə 23 ədəd veriləcək
Vahidinin qiyməti 787-3: $150,0–155,5 mln
787-8: $161,0–171,5 mln
787-9: $194,0–205,5 mln
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Boeing 787 Dreamliner - "Boeing" şirkəti tərəfindən dizayn edilmiş orta uzunluqlu, geniş gövdəli və iki reaktiv mühərrikə malik təyyarə modeli. Bu model 1995-ci ildə istehsalına başlanan "Boeing-777 Freighter" modelindən sonra "Boeing" şirkəti tərəfindən istehsalına başlanacaq ilk tamamilə yeni təyyarə modelidir.

Pilot kabinəsi
All Nippon Airways 787-8

Təyyarənin ilk uçuşu əvvəlcə 2007-ci ilin avqust ayında planlaşdırılsa da, onun ilk uçuşu yalnız 15 dekabr 2009-cu ildə baş tutmuşdur. Lakin buna baxmayaraq, "Boeing-787" 55 ölkədən 861 sifarişlə dünyada ən çox satılan geniş füzelyajlı təyyarədir[1]. "Boeing" şirkəti bir neçə təxirəsalmadan sonra, ilk "Boeing-787"-ni 2010-cu ilin fevral ayında istismara verməyi planlaşdırır.[2]

Hal-hazırda Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin donanmasında 2 ədəd "Boeing 787-8" təyyarəsi var və bu təyyarə ilə ilk uçuş Naxçıvan Beynəlxalq Hava Limanına olmuşdur.

Xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Modellər 787-3 787-8 787-9
Pilot sayı 2 nəfər
Sərnişin sayı 290–330 210–250 250–290
Uzunluğu 56,6 m 62,8 m
Qanad qolay; 51,8 m 60,0 m 63,4 m
Hündürlüyü 16,92 m
Füzelyajın uzunluğu 5,91 m
Füzelyajın eni 5,75 m
Kabinanın eni 5,49 m
Yük bölməsinin həcmi 124,6 m³ 152,9 m³
Boş təyyarənin çəkisi 101 151 kq 109 769 kq 115 212 kq
Maksimal qalxmaçəkisi 165 108 kq 219 539 kq 244 940 kq
Kreyser sürəti 0,85 MAX - 903 km/s (12 200 m yüksəklikdə)
Maksimal kreyser sürəti 0,89 MAX - 945 km/s (12 200 m yüksəklikdə)
Uçuş məsafəsi 4 650 – 5 650 km 14 200 – 15 200 km 14 800 – 15 750 km
Maksimal yanacaq həcmi 41 965 l 126 917 l 138 898 l
Uçuş yüksəkliyi 13100 m
Mühərrik (2×) "General Electric GEnx" və ya "Rolls-Royce Trent 1000"

Bənzər təyyarələr[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "787 Model Orders and Deliveries summary". 2018-07-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-06-08.
  2. "Arxivlənmiş surət". 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-08.

Redaktə etdi: Turan Akif oğlu Məmmədli