Blas Kanto — Vikipediya

Blas Kanto
isp. Blas Cantó
Ümumi məlumatlar
Doğum adı Blas Kanto Moreno
isp. Blas Cantó Moreno
Doğum tarixi (32 yaş)
Doğum yeri Rikote, Mursiya, İspaniya
Vətəndaşlığı  İspaniya
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 2000–h.h.
Janr
Musiqi alətləri vokal, gitara, piano
Səs tembri kontratenor
Albom şirkəti Warner Music Spain
Əlaqəsi Auryn
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Blas Kanto Moreno (isp. Blas Cantó Moreno; 26 oktyabr 1991) — İspaniya müğənnisi.[1][2] O, Auryn qrupunun üzvü kimi şöhrət qazanmışdır. 2017-ci ildə ifaçı öz solo karyerasına başlamışdır. Onun Complicado adlı debüt albomu 2018-ci ilin sentyabr ayında işıq üzü görmüşdür. Albom İspaniyanın albom siyahılarında zirvəyə yüksəlmişdir. Blas Kanto İspaniyanı Niderlandın Rotterdam şəhərində keçirilən 2020 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcək.[3]

Həyatı[redaktə | mənbəni redaktə et]

Blas Kanto 26 oktyabr 1991-ci ildə İspaniyanın Mursiya regionunda yerləşən Rikote şəhərində anadan olmuşdur. O, 8 yaşında ikən Veo Veo adlı uşaqlar üçün keçirilən məharət yarışmasında iştirak etmişdir. 2004-cü ildə isə Kanto İspaniyanın TVE telekanalının 2004 Avroviziya Uşaq Mahnı Müsabiqəsi üçün təşkil etdiyi Eurojunior adlı milli seçim turuna qatılmışdır. O ifa etdiyi "Sentir" mahnısı ilə seçim turunun finalına yüksələ bilsə də, nəticədə Mariya İzabelə məğlub olmuşdur. Mariya "Antes muerta que sencilla" mahnısı ilə İspaniyaya həmin yarışmada ilk qələbəsini qazandırmışdır.

2009-cu ildə Kanto Alvaro Qanqo, Karlos Marko, David Lafuente və Dani Fernandes ilə birlikdə Auryn musiqi qrupunu yaratmışdır. 2011-ci ildə qrup "Volver" mahnısı ilə TVE telekanalının 2011 Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi Destino Eurovisión adlı milli seçim turunda iştirak etmişdir. Auryn seçim turunda ilk üçlüyə daxil ola bilmiş, və yarışmanın qalibi Lusiya Peres olmuşdur.

Auryn milli seçim turunda iştirakdan sonra İspaniyada şöhrət qazanmışdır. 2011-ci ilin sonlarında qrupun "Breathe in the Light" adlı debüt sinqlı və eyni zamanda 2012-ci ildə Endless Road, 7058 adlı debüt albomları işıq üzü görmüşdür. Həm sinql, həm də albom İspaniya hit-paradlarında ilk onluğa daxil ola bilmişdir. Onların 2013-cü ildə buraxdığı Anti-Heroes albomu İspaniyada nömrə bir olmuşdur. Qrupun "Puppeteer" sinqlı və Circus Avenue albomu da İspaniyada 5 həftə boyunca birinci yerdə qərarlaşmışdır. 2015-ci ilin dekabr ayında Auryn qrupunun Ghost Town adlı dördüncü albomu nəşr olunmuşdur. Bundan yeddi ay sonra isə qrup parçalanmışdır.

Diskoqrafiya[redaktə | mənbəni redaktə et]

Albomlar[redaktə | mənbəni redaktə et]

Mahnı adı İl
Complicado 2019

Sinqllar[redaktə | mənbəni redaktə et]

Mahnı adı İl
"In Your Bed" 2017
"Drunk and Irresponsible"
"Él no soy yo" 2018
"No volveré (A seguir tus pasos)"
"Complicado"
"Si te vas" 2019
"Dejarte ir"
(Leyre Martines ilə duet)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Blas Cantó". Bekia (ispanca). 2019-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-05.
  2. "Blas Cantó: No hemos podido disfrutar de la venta de disco, como antes". La Vanguardia (ispanca). 2019-08-01. 2020-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-05.
  3. "Blas Cantó will represent Spain at Eurovision 2020". Wiwibloggs. 5 oktyabr 2019. 2019-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2019.
Əvvəlki:
Miki Nunyes
"La venda"
İspaniya Avroviziya Mahnı Müsabiqəsində

2020
Sonrakı:

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]