Black Bullet — Vikipediya

Black Bullet
Birinci ranobe cildinin üzlüyü. Personajlar (soldan sağa): Rentaro Satomi, Encu AyharaKisara Tendo.
ブラック・ブレット
(Burakku Buretto)
azərb. Qara güllə
Janr döyüş, elmi fantastika, müəmma
Manqa
ManqakaŞiden Kanzaki
RəssamSaki Ukay
NəşriyyatASCII Media Works
Demoqrafiyakişilər
Nəşr tarixi10 iyul 2011 – hazırda
Cildlər7 (cild siyahısı)
Manqa
YazıçıŞiden Kanzaki
RəssamMorinohon
NəşriyyatASCII Media Works
Tərcüməçi nəşriyyat
JurnalDengeki Maoh
Demoqrafiyaseynen
Nəşr tarixi27 avqust 2012 – 27 iyun 2014
Cildlər4 (cild siyahısı)
Fəsil sayı20
Anime
RejissorMasayuki Kocima
ProdüsserAsuka Yamazaki
Fuminori Yamazaki
Mitsutoşi Oqura
Yasutaka Kurosaki
SsenaristTatsuhiko Urahata
BəstəkarŞiro Saqisu
StudiyaKinema Citrus, Orange
Digər lisenziyalar
Hanabee
Sentai Filmworks
Animatsu Entertainment
KanalAT-X, Tokyo MX, SUN, tvk, KBS, TVA, BS11, TSC
Digər kanallar
Animax Asia[1]
Buraxılış tarixi8 aprel 2014 – 1 iyul 2014
Seriyalar13 (seriya siyahısı)
  Anime və manqa portalı

Black Bullet (ブラック・ブレット, Burakku Buretto?, azərb. Qara güllə‎) — Saki Ukayın rəssamlığı ilə Şiden Kanzaki tərəfindən yazılan və ASCII Media Works nəşriyyatının Dengeki Bunko imprinti altında nəşr olunmuş ranobe seriyası. 10 iyul 2011-ci ildən nəşr olunur və 2014-cü ilin aprelinə qədər 7 cildi buraxılmışdır. Manqa adaptasiyası 27 avqust 2012-ci ildə ASCII Media Works nəşriyyatının "Dengeki Maoh" jurnalında nəşr olunmağa başlamışdır. 6 oktyabr 2013-cü ildə Dengeki Bunko imprintinin "Autumn Festival 2013" tədbirində Kinema CitrusOrange studiyaları anime serialı adaptasiyası çəkəcəklərini anons etmişdir. Anime 8 aprel 2014-cü ildən 1 iyul 2014-cü ilə kimi yayımlanmışdır. Yaponiyadan xaricdə isə Crunchyroll vasitəsilə nümayiş etdirilmişdir. "Black Bullet" üç ölkədə lisenziyalaşdırılmışdır: anime Şimali Amerikada Sentai Filmworks tərəfindən, Böyük Britaniyada Animatsu Entertainment tərəfindən, Avstraliyada Hanabee tərəfindən lisenziyalaşdırılmışdır. Manqa və ranobe Şimali Amerikada Yen Press tərəfindən nəşr olunur.

Məzmun[redaktə | mənbəni redaktə et]

2021-ci ildə qastreya adlı parazit virusu bütün dünyada yayılır və bütün bəşəriyyətə böyük fəlakət üz verir. İnsanlar artıq qastreyalardan qorunmaq üçün varaniumdan hazırlanmış monolit divarlar arxasında yaşamağa məcburdurlar. Varanium qara rəngli metal olub qastreyalarda sağalmaz yaralar buraxan yeganə elementdir. Daha sonra qastreyaya yoluxmuş şəxslərin uşaqlarının supergüclərə malik olduğu kəşf edilir və bu cür uşaqlara "Lənətli uşaqlar" adı verilir. Lənətli uşaqlar sadəcə qızlar olur. Qastreyalara qarşı döyüşmək üçün Mülki təhlükəsizlik agentlikləri formalaşdırılır. Hər bir komanda bir inisiatordan – lənətli uşaqdan və bir promoterdən – lənətli uşağa nəzarət edən şəxsdən ibarətdir. Epidemiyadan 10 il sonra lisey tələbəsi, Kisara Tendonun cavabdeh olduğu Tendo Mülki Təhlükəsizlik Agentliyində fəaliyyət göstərən, Encu Ayhara adlı inisiatorun promoteri olan Rentaro Satomi Tokio bölgəsini, eləcə də, bütün dünyanı qorumaq üçün müxtəlif əməliyyatları yerinə yetirməklə vəzifələndirilir.

Personajlar[redaktə | mənbəni redaktə et]

Tendo Mülki Təhlükəsizliyi[redaktə | mənbəni redaktə et]

Rentaro Satomi (里見 蓮太郎, Satomi Rentarō?)
Səsləndirən: Yuuki Kaci
Rentaro seriyanın əsas personajıdır. Maqata liseyində təhsil alır, Tendo Mülki Təhlükəsizliyində Encunun promoteridir. Hekayənin əvvəlində reytinqdə 120.000-cü yerlərdə olsa da, daha sonra 300-cü yerlərə qədər qalxır. Rentaronun valideynləri on il əvvəl qastreyalara qarşı müharibədə ölmüşdürlər və Tendo ailəsi tərəfindən övladlığa alınmışdır. Lakin Kisara ilə birlikdə ailəni tərk etmişdir. Rentaro Kisaranı qastreyalardan qoruyarkən sağ qıçını, sağ qolunu və sol gözünü itirmişdir və "Yeni İnsan Yaradılış Planı" çərçivəsində Sumire ona varaniumdan hazırlanmış protezlər taxmışdır. Mehriban və qəlbitəmiz təbiətinə görə Rentaro lənətli uşaqlar arasında çox sevilir. O, lənətli uşaqlara kömək etməyə çalışır. İstifadə etdiyi əsas silah XD tapançalarıdır və Tendo stilində döyüşməyi bacarır.
Encu Ayhara (藍原 延珠, Aihara Enju?)
Səsləndirən: Rina Hidaka
Encu lənətlu uşaqdır və Tendo Mülki Təhlükəsizliyində Rentaronun dovşan tipli inisiatorudur. Rentaro ilə birlikdə yaşayır və ibtidai məktəbə gedir. Lakin Kaqetane Hirukoya görə məktəbdə lənətli uşaq olduğu üzə çıxdıqdan sonra başqa məktəbə keçməyə məcbur olur. Rentaro Encu ilə ilk dəfə Beynəlxalq İnisiator Nəzarət Təşkilatı (BİNT) sayəsində tanış olmuşdur. Bu zaman Encu insanlara güvənmədiyindən Rentaroya qarşı soyuq münasibət bəsləyirdi. Lakin daha sonra bu mövqeyini dəyişdirmişdir. O, "Tenchuu Girls" animesinin fanatıdır.
Kisara Tendo (天童 木更, Tendō Kisara?)
Səsləndirən: Yui Horie
Kisara Tendo Mülki Təhlükəsizliyinin prezidentidir. Əslində Tendo klanından olsa da, bəzi konfliktlərə görə uşaqlıq dostu Rentaro ilə birlikdə klandan ayrılmışdır. Valideynlərinin qastreya tərəfindən diri-diri yeyildiyinə şahidlik edərkən aldığı travmaya görə böyrəkləri funksiyasını güclə yerinə yetirir. Ailəsinin ölümünün Tendo ailəsi ilə bağlı olduğunu düşünən Kisara qisas almağa və qatilləri tapmağa çalışır. Tendo stilində əla döyüşməyi bacarır, lakin sağlamlığı ilə əlaqədar olaraq uzun müddət döyüşə bilmir. Kisaranın Rentaroya qarşı sevgi hisləri var və bu hisləri qarşılıqsız deyil. Lakin nə vaxt hisləri haqqında danışmaq istəsə, söhbəti yarımçıq qalır, xüsusilə Encu tərəfindən. Lakin Kisaranın ailəsinin qisasını almağı həddən çox istəməsi Rentaronun narahatçılığına səbəb olur və Rentaro qorxur ki, bir gün onlar düşmən ola bilərlər.
Tina Spraut (ティナ・スプラウト, Tina Supurauto?)
Səsləndirən: Tomoyo Kurosava
Tina Ayn Randın mexaniki əsgərlərinin bir məhsuludur və bayquş tipli inisiatordur. Əla snayperçidir və reytinqdə 98-ci yerdədir. Rand ona Seytenşini öldürməyi əmr edir, lakin Encu ona mane olur, sonda isə Rentaro tərəfindən məğlub edilir. Tina ondan onu öldürməsini istəyir, lakin Rentaro bunu rədd edir. Seytenşi onun canını bağışlayır və Tina Tendo Mülki Təhlükəsizliyində işləməyə başlayır. Daha sonra Kisaranın inisiatoru olur. Tina da Encu kimi Rentaronu çox sevir və ona həmişə "oni" (azərb. "böyük qardaş"‎) kimi xitab edir.

Tokio bölgəsi[redaktə | mənbəni redaktə et]

Seytenşi (聖天子, Seitenshi?)
Səsləndirən: Aki Toyosaki
Seitenşi müharibədən sonra Yaponiyanın ən böyük beş bölgəsindən biri olan Tokio bölgəsinin lideridir. Əsl adı bilinmir. İdealistikdir və hər kəsin harmoniya içində yaşamasını arzu edir. Hazırda lənətli uşaqlar üçün insan hüquqlarının qəbul edilməsi üçün çalışır və buna görə də Mərhum nəsil ondan narazıdır.
Kikunoco Tendo (天童 菊之丞, Tendō Kikunojō?)
Səsləndirən: Tamio Oki
Kikunoco Seytenşinin məsləhətçisidir və əlində güclü siyasi güc cəmləyib. Kisaranın babasıdır və Rentaronun tərbiyəçisidir. Həyat yoldaşı 10 il əvvəl qastreyalar tərəfindən öldürüldüyündən Seytenşinin lənətli uşaqlar üçün hüquq qəbul etdirməsi təklifindən məmnun deyil.
Miori Şiba (司馬 未織, Shiba Miori?)
Səsləndirən: Ami Koşimizu
Miori Maqata liseyinin məktəb şurasının prezidentidir və Rentaronun sponsorudur. O və Kisara bir-birilərinə nifrət edirlər, çünki hər ikisi Rentaronu sevirlər.
Kaqetane Hiruko (蛭子 影胤, Hiruko Kagetane?)
Səsləndirən: Rikiya Koyama
Kaqetane mülki təhlükəsizlikdə promoter idi, lakin daha sonra qətlərinə görə lisenziyasını itirmişdir. Kaqetane "Yeni İnsan Yaradılış Planı"nın məhsuludur və Tokio bölgəsini məhv etmək istəyir. O və inisiatoru Rentaro və Encu tərəfindən məğlub edilir, lakin daha sonra Rentaroya Üçüncü Kanto müharibəsində kömək edir.
Kohina Hiruko (蛭子 小比奈, Hiruko Kohina?)
Səsləndirən: Aoy Yuuki
Kohina Kaqetanenin qızı və dəvədəlləyi tipli inisiatorudur. Psixopat şəxsiyyətə malikdir.
Şoqen İkuma (伊熊 将監, Ikuma Shōgen?)
Səsləndirən: Hiromiçi Tezuka
Şoqen döyüşməyi çox sevən və Kaqetane Hirukoya qarşı döyüşərkən ölən promoterdir. O, inisiatorları silah adlandırır.
Kayo Sencu (千寿 夏世, Senju Kayo?)
Səsləndirən: Mequmi Han
Kayo Şoqenin delfin tipli inisiatorudur. IQ-sü 210-dur, lakin ön cəbhələrdə döyüşmür. Hiruko cütlüyünü məğlub etmək əməliyyatında Şoqendən ayrı düşür və Rentaro ilə qarşılaşır. Qastreyalarla döyüşən zaman bədəninə böyük miqdarda qastreya virusu daxil olur. Kayo hələ insan formasında ikən ölmək istəyir və Rentaro onun xahişini yerinə yetirib onu öldürür.
Takuto Yasuvaki (保脇 卓人, Yasuwaki Takuto?)
Səsləndirən: Subaru Kimura
Seytenşinin şəxsi cangüdənidir. Tinanın sui-qəsd cəhdləri zamanı Rentaronun Seytenşinin cangüdənlərindən biri olması onu acığına səbəb olur.
Kazumitsu Tendo (天童 和光, Tendō Kazumitsu?)
Səsləndirən: Kazuyuki Okitsu
Kazumitsu Kisara 4 qardaşından biridir. Kisaranın valideynlərinin öldürülməsində iştirak etmişdir. Kazumitsu varanium monolitlərinin tikintisində varaniumların konsentrasiyasını azaldaraq xərclərə qənaət edib və əldə etdiyi pulla siyasi mövqə qazanıb. Lakin tikdirdiyi monolitlərdən biri qastreyalardan tərəfindən məhv edildikdən sonra Kisara onun günahkar olduğunu üzə çıxarır və onu öldürür.

Dörd dahi[redaktə | mənbəni redaktə et]

Sumire Muroto (室戸 菫, Muroto Sumire?)
Səsləndirən: Yuuko Kayda
Sumire Dörd dahidən biridir və "Yeni İnsan Yaradılışı Planı"nın üzvlərindən biridir. Maqata liseyinin yaxınlığındakı tibbi məktəbdə tədqiqatçıdır Rentaronun məsləhətçisidir. Rentaro ona "sensey" olaraq xitab edir. On il əvvəl Sumire Rentaronun həyatını xilas etmiş və ona varanium protezləri vermişdir.
Ayn Rand (エイン・ランド, Ein Rando?)
Səsləndirən: Kosuke Toriumi
Ayn Dörd dahidən biridir. Mexaniki Əsgər Planının Amerika Diviziyası – "NEXT"-ə başçılıq edir. Ayn Dörd dahi arasındakı razılığı pozaraq sağlam lənətlu uşaqları "HYBRID" adlı mexaniki inisiatorlara çevirir. Ayn Tina Sprautun inisiatorudur, lakin heç vaxt döyüşmür, sadəcə əmrlər verir.
Artur Zanuk (アーサー・ザナック, Āsā Zanakku?)
Artur Dörd dahidən biridir. Mexaniki Əsgər Planının Avstraliya Diviziyası – "Obelisk"-ə başçılıq edir.
Albrext Qrünevald (アルブレヒト・グリューネワルト, Aruburehito Guryūnewaruto?)
Albrext is Dörd dahinin lideri və onları toplayan şəxsdir. Mexaniki Əsgər Planının Almaniya Diviziyasına başçılıq edir.

Üçüncü Kanto müharibəsi orduları[redaktə | mənbəni redaktə et]

Tamaki Kataqiri (片桐 玉樹, Katagiri Tamaki?)
Səsləndirən: Yoşimasa Hosoya
Tamaki mülki təhlükəsizlik prezidentidir. Rentaronun Üçüncü Kanto müharibəsində onun dəstək qrupunda döyüşmək təklifini qəbul edir.
Yuzuki Kataqiri (片桐 弓月, Katagiri Yuzuki?)
Səsləndirən: Rumi Okubo
Yuzuki Tamakinin bacısıdır və onun hörümçək tipli inisiatorudur.
Şoma Naqisava (薙沢 彰磨, Nagisawa Shōma?)
Səsləndirən: Şiniçiro Miki
Şoma Rentaronun dostlarından biridir və Tendo stilində döyüşməyi bacarır. Müharibə zamanı Rentaronun dəstək qrupuna qoşulur. Qastreya ordusunun lideri Aldebaranı məhv etmək üçün özünü fəda edir.
Midori Fuse (布施 翠, Fuse Midori?)
Səsləndirən: Yui Oqura
Midori Şomanın pişik tipli inisiatorudur. Midori çox utancaq qızdır. Hekayədəki digər lənətli uşaqlardan fərqli olaraq onun pişik qulaqları var və bunu gizlətmək üçün cadugər papağı taxır. Üçüncü Kanto müharibəsində ölümcül dərəcədə qastreya virusuna yoluxur və komandaya yük olmamaq üçün intihar edir.
Naqamasa Qado (我堂 長政, Gadō Nagamasa?)
Səsləndirən: Teşşo Qenda
Naqamasa Üçüncü Kanto müharibəsi ordularının lideridir. Rentaronun komandası əmrlərə tabe olmadığından Rentaronu ölüm missiyasına – civə püskürən Pleyadi adlı təhlükəli qastreyanı öldürməyə göndərir. Daha sonra döyüşlərin birində ölür. Onun yerini Rentaro doldurur.
Asaka Mibu (壬生 朝霞, Mibu Asaka?)
Səsləndirən: İnori Minase
Asaka Naqamasanın inisiatorudur. Lakin Naqamasanın ölümündən sonra Midorini itirmiş Şomanın inisiatoru olur.
Hidehiko Qado (我堂 英彦, Gadō Hidehiko?)
Səsləndirən: Shinji Kawada
Hidehiko Naqamasanın oğlu və Rentaronun diviziyasının lideridir. Döyüş zamanı qastreya tərəfindən yeyilir.
Kokone (心音, Kokone?)
Kokone Hidehikonun inisiatorudur. Döyüş zamanı ölür.

Digərləri[redaktə | mənbəni redaktə et]

Matsuzaki (松崎, Matsuzaki?)
Səsləndirən: Tomomiçi Nişimura
Matsuzaki Tokionun xarici bölgəsində lənətli uşaqların qayğısına qalan xeyirxah adamdır.
Soqen Saytake (斉武 宗玄, Saitake Sōgen?)
Səsləndirən: Unşo İşizuka
Soqen Osaka bölgəsinin lideridir. Ambisiyalı adamdır və bütün dünyanı idarə etmək istəyir. Rentaro düşünür ki, Soqen Seytenşi üçün təhlükəli şəxsdir.
Kihaçi Suibara (水原 鬼八, Suibara Kihachi?)
Kihaçi Rentaronun keçmiş dostudur.
Hotaru Koro (紅露 火垂, Kōro Hotaru?)
Hotaru Kihaçinin planari tipli inisiatorudur.
Yuuqa Mitsuqi (巳継 悠河, Mitsugi Yūga?)
Kod adı "Darkstalker"-dir.
Rika Kurume (久留米 リカ, Kurume Rika?)
Rika Yeni Dünya Yaradılış Planının əsgəridir. Kod adı "Hummingbird"-dür.
Cuuqo Katake (鹿嶽 十五, Katake Jūgo?)
Kod adı "Swordtail"-dir.
Şiqetoku Tadaşima (多田島 茂徳, Tadashima Shigetoku?)
Səsləndirən: [Takaşi Matsuyama
Atsuro Hitsuma (櫃間 篤朗, Hitsuma Atsurō?)

Media[redaktə | mənbəni redaktə et]

Ranobe[redaktə | mənbəni redaktə et]

Ranobe seriyası Saki Ukayın rəssamlığı ilə Şiden Kanzaki tərəfindən yazılır. İlk cildi 10 iyul 2011-ci ildə ASCII Media Works nəşriyyatı tərəfindən Dengeki Bunko imprinti altında buraxılmışdır.[2] 10 aprel 2014-cü ildə kimi 7 cildi nəşr olunmuşdur.[3] Şimali Amerikada Yen Press tərəfindən lisenziyalaşdırılmışdır.[4]

BaşlıqYapon versiyasının nəşr tarixiİngilis versiyasının nəşr tarixi
1Tanrı olacaq şəxslər
Kami o Mezashita Mono Tachi (神を目指した者たち)
10 iyul 2011[2]
ISBN 978-4-04-870596-7
18 avqust 2015[5]
ISBN 978-0-31-630499-3
2Möhtəşəm snayperə qarşı
VS Shinsan Kibō no Sogekihei (VS神算鬼謀の狙撃兵)
8 oktyabr 2011[6]
ISBN 978-4-04-870820-3
15 dekabr 2015[7]
ISBN 978-0-31-634489-0
3Dünyanın alov tərəfindən məhvi
Honō ni yoru Sekai no Hametsu (炎による世界の破滅)
10 may 2012[8]
ISBN 978-4-04-886477-0
19 aprel 2016[9]
ISBN 978-0-31-634490-6
4İntiqam mənimkidir
Fukushū Suru wa Ware ni Ari (復讐するは我にあり)
10 avqust 2012[10]
ISBN 978-4-04-886797-9
23 avqust 2016[11]
ISBN 978-0-316-34491-3
5Qaçqın Rentaro Satomi
Tōbōhan, Satomi Rentarō (逃亡犯、里見蓮太郎)
10 iyul 2013[12]
ISBN 978-4-04-891761-2
13 dekabr 2016[13]
ISBN 978-0-316-34492-0
6Əraf didərgini
Rengoku no Hōkōsha (煉獄の彷徨者)
10 oktyabr 2013[14]
ISBN 978-4-04-866008-2
18 aprel 2017[15]
978-0-31-634501-9
7Dünya inqilabının gülləsi
Sekai Henkaku no Jūdan (世界変革の銃弾)
10 aprel 2014[3]
ISBN 978-4-04-866472-1

Manqa[redaktə | mənbəni redaktə et]

Morinohonun rəssamlığı ilə istehsal olunan manqa adaptasiyası 27 avqust 2012-ci ildən[16] 27 iyun 2014-cü ilə kimi[17] ASCII Media Works nəşriyyatının "Dengeki Maoh" jurnalında nəşr olunmuşdur. 27 may 2013-cü ildə ilk cildi buraxılmışdır.[18] 27 iyun 2014-cü ilə qədər isə 4 cildi buraxılmışdır.[19] Bundan əlavə, 10 mart 2014-cü ildə abua tərəfindən hazırlanmış "Black Bullet Interlude Fakkyu!" adlı çibi-manqası buraxılmışdır.[20]

Manqa Şimali Amerikada Yen Press tərəfindən lisenziyalaşdırılmışdır.

Yapon versiyasının nəşr tarixiYapon ISBNİngilis versiyasının nəşr tarixiİngilis ISBN
1 27 may 2013[18]ISBN 978-4-04-891196-222 sentyabr 2015[21]ISBN 978-0-31-634503-3
2 11 iyul 2013[22]ISBN 978-4-04-891805-315 dekabr 2015[23]ISBN 978-0-31-634513-2
3 11 oktyabr 2013[24]ISBN 978-4-04-891970-822 mart 2016[25]ISBN 978-0-31-634532-3
4 27 iyun 2014[19]ISBN 978-4-04-866665-728 iyun 2016[26]ISBN 978-0-31-627236-0

Anime[redaktə | mənbəni redaktə et]

Kinema Citrus studiyası tərəfindən anime adaptasiyasının çəkiləcəyi 6 oktyabr 2013-cü ildə Dengeki Bunko imprintinin "Autumn Festival 2013"[27][28] Rejissoru Masayuki Kocima, ssenaristi Tatsuhiko Urahata, Senbon Umişima personaj dizayneri, Şiro Saqisu bəstəkar, Yo Yamada səs rejissorudur.[29] Anime serialı 8 aprel 2014-cü ildən 1 iyul 2014-cü ilə kimi yayımlanmışdır və 13 seriya davam etmişdir.[30] Crunchyroll animeni ABŞ, Kanada, Böyük Britaniya, İrlandiya, Avstraliya, Yeni Zelandiya, CAR, Niderland, Skandinaviya, Türkiyə, Latın Amerikası, İtaliya, İspaniya, Portuqaliya, Orta Şərq, Ərəb Liqası, Fransa, Belçika, İsveçrə, Andorra, Lüksemburq, Əlcəzair, Tunis, Mərakeşdə yayımlamışdır.[31] Şimali Amerikada Sentai Filmworks tərəfindən lisenziyalaşdırılmış və dublaj edilmişdir.[32][33]

Açılış mahnısı fripSide tərəfindən ifa olunan "black bullet" mahnısı,[29], bağlanış mahnısı isə Naqi Yanaqi tərəfindən ifa olunan "Tokohana" (トコハナ?) mahnısıdır.[34] Bundan əlavə, 4-cü seriyada bağlanış mahnısı kimi "Wasurenai Tame ni" (忘れない為に?), 13-cü seriyada bağlanış mahnısı kimi "Wasurenai Tame ni for lotus" (忘れない為に for lotus?) mahnısı səsləndirilmişdir. Hər iki mahnı Naqi Yanaqi tərəfindən ifa olunmuşdur.

Qəbul[redaktə | mənbəni redaktə et]

Anime News Network-dən beş tənqidçi animenin ilk seriyasını dəyərləndirmişdir:[35] Houp Çapman döyüş səhnələrini baxmağa dəyər adlandırmış, amma bir başqa tənbəl ranobe adaptasiyası olduğunu qeyd etmişdir. O, yan qadın personajlarını qınanmağa dəyər hesab etmiş, Encu Ayharanı "otaku yemi" adlandırmışdır; Bambu Don və Karl Kimlinqer layiqincə yazıldığına, hekayəyə və personajların inkişafına kifayət qədər yer ayrıldığına görə animeni tərifləmişdirlər. Bambu animenin növbəti seriyalarda daha yaxşı olacağını, Karl isə öz növündə olan animelərlə eyni olduğunu bildirmişdir; Rebekkaa Silverman girişin maraq oyatdığını, lakin potensialına çatması üçün hekayə üzərində işləməyin lazım olduğunu qeyd etmişdir. Beşinci tənqidçi Teron Martin da döyüş səhnələrini tərifləmiş və bildirmişdir ki, anime daha qaranlıq hal almaq istəsə də, "otaku tələləri"ni atmadan bu məqsədinə çata bilmir.[35]

Kotaku-dan Riçard Aysenbeys anime haqqında mənfi fikirlər bildirmişdir. O demişdir ki, birlikdə işlənməyən janrların bir-birinə qarışmasına görə anime batıb qalıb, digər animelərin şablon qurmasına malikdir və hekayə boşluqlarla doludur. Tənqidinin sonunda isə bildirir: "Mən sadəcə "Black Bullet"-i heç kimi tövsiyə etməzdim. Bu qarışıq animedir."[36] Animenin birinci seriyasına qiymət verən Fandom Post tənqidçisi Emetist Beveric məzmunu və personajları ümidverici hesab etmiş, Rentaro ilə Encu arasındakı münasibətləri əyləncəli adlandırmışdır.[37] THEM Anime Reviews-dan Allen Mudi animenin ona "Beyond the Boundary" animesini xatırlatdığını qeyd etmişdir. O, animenin döyüş səhnələrini və sonuncu seriyasını bəyənmiş, lakin "harem personajları"nın animeyə zərbə endirdiyini ifadə etmişdir.[38]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Animax Asia to Air Black Bullet, Cross Ange, Rage of Bahamut, More in 2016". Anime News Network. December 24, 2015. 2016-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 oktyabr 2016.
  2. 1 2 "ブラック・ブレット 神を目指した者たち 電撃文庫公式サイト" (Japanese). Dengeki Bunko. 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2016.
  3. 1 2 "ブラック・ブレット7 世界変革の銃弾 電撃文庫公式サイト" (Japanese). Dengeki Bunko. 2015-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2016.
  4. "Yen Press Adds Durarara!! Novels, Strike the Blood, Black Bullet, Rust Blaster Manga". ANN (ingiliscə). 9 yanvar 2015. 2021-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2016.
  5. "Black Bullet, Vol. 1". Hachette Book Group USA. 2016-08-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2016.
  6. "ブラック・ブレット2 VS神算鬼謀の狙撃兵 電撃文庫公式サイト" (Japanese). Dengeki Bunko. 2015-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2016.
  7. "Black Bullet, Vol. 2". Hachette Book Group USA. 2016-09-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2016.
  8. "ブラック・ブレット3 炎による世界の破滅 電撃文庫公式サイト" (Japanese). Dengeki Bunko. 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2016.
  9. "Black Bullet, Vol. 3". Hachette Book Group USA. 2016-09-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2016.
  10. "ブラック・ブレット4 復讐するは我にあり 電撃文庫公式サイト" (Japanese). Dengeki Bunko. 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2016.
  11. "Black Bullet, Vol. 4". Hachette Book Group USA. 2016-06-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2016.
  12. "ブラック・ブレット5 逃亡犯、里見蓮太郎 電撃文庫公式サイト" (Japanese). Dengeki Bunko. 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2016.
  13. "Black Bullet, Vol. 5". Hachette Book Group USA. 2016-09-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2016.
  14. "ブラック・ブレット6 煉獄の彷徨者 電撃文庫公式サイト" (Japanese). Dengeki Bunko. 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2016.
  15. "Black Bullet, Vol. 6". Hachette Book Group USA. İstifadə tarixi: 4 oktyabr 2016.[ölü keçid]
  16. "電撃マオウ 2012年10月号" (Japanese). Mangaoh. 2017-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2016.
  17. "電撃マオウ 2014年8月号" (Japanese). E-hon.ne.jp. 2014-10-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 oktyabr 2016.
  18. 1 2 "ブラック・ブレット 01 電撃文庫公式サイト" (Japanese). Dengeki Bunko. 2013-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2016.
  19. 1 2 "ブラック・ブレット 04 電撃文庫公式サイト" (Japanese). Dengeki Bunko. 2014-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2016.
  20. ""Black Bullet - Interlude FAQ!" Chibi Manga Looks Inside Sci-Fi Series" (ingiliscə). 11 mart 2015. 2015-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 oktyabr 2016.
  21. "Black Bullet, Vol. 1 (manga)" (ingiliscə). Hachette Book Group. İstifadə tarixi: 4 oktyabr 2016.[ölü keçid]
  22. "ブラック・ブレット02 電撃文庫公式サイト" (Japanese). Dengeki Bunko. 2013-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2016.
  23. "Black Bullet, Vol. 2 (manga)" (ingiliscə). Hachette Book Group. İstifadə tarixi: 4 oktyabr 2016.[ölü keçid]
  24. "ブラック・ブレット(3) 電撃文庫公式サイト" (Japanese). Dengeki Bunko. 2013-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2016.
  25. "Black Bullet, Vol. 3 (manga)" (ingiliscə). Hachette Book Group. İstifadə tarixi: 4 oktyabr 2016.[ölü keçid]
  26. "Black Bullet, Vol. 4 (manga)" (ingiliscə). Hachette Book Group. İstifadə tarixi: 4 oktyabr 2016.[ölü keçid]
  27. "『ブラック・ブレット』がTVアニメに! 出演声優は梶裕貴さん、日高里菜さん、小山力也さん" (Japanese). ASCII Media Works. 2021-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-05.
  28. "Black Bullet Light Novels Get Anime by Kinema Citrus". Anime News Network. October 6, 2013. 2022-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2016.
  29. 1 2 "fripSide to Perform Black Bullet's Opening Theme". Anime News Network. January 25, 2014. 2022-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2016.
  30. "作品情報(シリーズ)". Media-Arts (yaponca). İstifadə tarixi: 5 oktyabr 2016.[ölü keçid]
  31. Macias, Patrick. "Crunchyroll to Stream "Black Bullet" Anime!". Crunchyroll. April 7, 2014. January 3, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 oktyabr 2016.
  32. "Sentai Filmworks Adds Black Bullet". Anime News Network. 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2016.
  33. "Sentai Filmworks Announces "Black Bullet" English Dub Cast". Crunchyroll (ingiliscə). 25 sentyabr 2015. 2021-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 oktyabr 2016.
  34. "Black Bullet TV Anime's 2nd Promo Previews fripside Song". Anime News Network. March 16, 2014. 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2016.
  35. 1 2 "Black Bullet - The Spring 2014 Anime Preview Guide". Anime News Network. 2022-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 oktyabr 2016.
  36. Eisenbeis, Richard. "Black Bullet Irredeemably Ruins An Otherwise Good Premise". Kotaku. July 29, 2014. November 5, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 oktyabr 2016.
  37. "Black Bullet Episode #01 Anime Review". Fandom Post (ingiliscə). 22 aprel 2014. 2021-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 oktyabr 2016.
  38. "Black Bullet". THEM Anime Reviews (ingiliscə). 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 oktyabr 2016.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]