BlackBerry — Vikipediya

BlackBerry
BlackBerry Limited
Loqonun şəkli
Ümumi məlumatlar
Sənaye Əşyaların interneti, informasiya texnologiyaları
Məhsulları proqram təminatı[1], Telekommunikasiya avadanlığı, mobil telefon
Təsis tarixi 7 mart 1984
İqtisadi göstəriciləri
Ümumi kapital
  • 2.760.000.000 $ (2020)[2]
Ümumi aktivlər
  • 3.888.000.000 $ (2020)[2]
Ümumi gəliri
  • 1.040.000.000 $ (2020)[2]
Xalis mənfəəti
  • −152.000.000 $ (2020)[2]
Əməliyyat mənfəəti
  • −149.000.000 $ (2020)[2]
Struktur
İşçi sayı
  • 3.647 nəf. (2020)[2]
Rəhbərlik
Təsisçi
blackberry.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

BlackBerry — Kanada telekomnukasiya və simsiz cihaz istehsalçısı. BlackBerry markası ilə məşhurlaşmış şirkətin mərkəzi ofisi Ontario, Kanadadadır.

BlackBerry-nin qurucusu, İstanbulda doğulmuş Mike Lazaridisdir. O, Jim Balsille ilə birlikdə şirkəti idarə edirdi. O, 22 yanvar 2012 tarixində vəzifəsini Thorsten Heinsə verdi.

30 Ocak 2013 tarixinə qədər Research In Motion adıyla fəaliyyət göstərən şirkət, artıq fəaliyyətlərinə BlackBerry adı altında davam etməkdədir.

"BlackBerry"-nin dünyada 80 milyon istifadəçisi var.[3]. BlackBerry, NASDAQToronto birjaları üzərindən əməliyyatlar edir.

Tarixçə[redaktə | mənbəni redaktə et]

Research In Motion şirkəti, BlackBerry məhsul ailəsini istehsal etmədən öncə, Ericsson və RAM Mobile data üçün simsiz şəbəkə bazası Mobitex-i iki tərəfli mesajlaşma və e-poçt xidməti verə biləcək bir quruluşa çevirdi. Bu prosesdən sonra "inter@ctive paging 900" cihazı təqdim. Bir sabun qabı böyüklüyündə olan bu cihaz, iki tərəfli mesajlaşma, e-poçt, faks və text-to-speech xüsusiyyətləri ilə ağıllı telefonların ilk əcdadlarından oldu.

RIM 900 və RIM 950 adıyla da tanınan bu cihazların uğuru, RIM-in bir anda Kanadalı kapitalistin və risk sərmayəsi qruplarının marağına səbəb oldu. Xalqa təqdimatın əvvəlində 30 milyon dollara yaxın bir sərmayə almağı bacaran Research In Motion şirkəti, 1998 ilin yanvar ayında Toronto Birjasında əməliyyat görməyə başladı.

RIM, 2008-ci il oktyabr ayında Kanadanın ən yaxşı 100 işə götürəni arasında göstərildi[4]. 18 avqust 2009-cu ildə Fortune Magazine RIM-i iqtisadi böhrana rəğmən son üç ilə 84% müsbət saldo ilə ən sürətlə böyüyən şirkət olaraq göstərdi. 2000-ci illər boyunca sürətlə böyüyən və gəlirlərini artıran şirkət, 2011-ci ilin ilk rübündə ilk dəfə gəlirlərinin düşdüyünü açıqladı. Xüsusilə Şimali AmerikaAvropa bazarlarında bazar payını itirən RIM-in hissələri, 2008 iyunundan-2011 iyunanadək olan dövrdə yüzdə 80 civarında dəyərini itirdi. Şirkətin birjadakı dəyər itkisi və kiçik səhmdarların reaksiyasından sonra, RIM-in qurucu ortaqları olan Mike Lazaridis və Jim Balsille, CEO'luq vəzifəsini Thorsten Heins-ə təqdim etdilər.

İyun ayında (2011) Research In Motion şirkəti, 2.000 işçisini işdən çıxartdı, tarixinin ən böyük yenidən qurma proqramını açıqladı[5]. BlackBerry 10 platformasının dünya bazarına yaxınlaşması ilə hissə dəyərləri yenidən artmağa başlayan RIM[6], bazar payını geri qazanmaq üçün tarixindəki ən böyük təqdimat və reklam kampaniyasına girişdi.

30 yanvar 2013-cü il tarixində təşkil edilən BlackBerry 10 dünya lansmanında, Research In Motion firmasının fəaliyyətlərinə BlackBerry adı altında davam edəcəyi açıqlandı.

Satın almalar[redaktə | mənbəni redaktə et]

Dash Navigation[redaktə | mənbəni redaktə et]

iyun 2009-cu ildə Amerikalı vasitə naviqasiya cihaz və proqramları istehsalçısı Dash Navigation firmasını satın alındı.

QNX Software Systems[redaktə | mənbəni redaktə et]

Research In Motion firması, 2010-cu ilin aprel ayında Kanadalı QNX Software Systems firmasını satın aldığını bəyan edildi.[7] . Real vaxt (real -time) bir nüvəyə söykənən bir Unix törəməsi olan QNX, BlackBerry PlayBook tabletlərində istifadə edilməkdə olan BlackBerry Tablet OS və 2013-cü ilin ilk rübündən etibarən BlackBerry markalı mobil telefonlarına gəlməsi hədəflənən BB10 əməliyyat sisteminin də əsasını meydana gətirməkdədir.

Təxminən 200 milyon dollarlıq satın alma sonrasında RIM, avtomobil sektorunda dünyanın ən böyük kapilalist sistem istehsalçısı mövqeyinə yüksəldi.

DataViz[redaktə | mənbəni redaktə et]

Dünyanın ən məşhur mobil ofis proqramlarından Documents To Go-nun satın alındığı bəyan edildi. Microsoft firmasının da satın almağa çalışdığı DataViz, təxminən 50 milyon dollara RIM şirkətinə satıldı.

Cihazlar[redaktə | mənbəni redaktə et]

BlackBerry OS 7.x və əvvəli[redaktə | mənbəni redaktə et]

BlackBerry OS 4, 5, 6 və 7.x ardıcıllığı ilə yüklü gələn modellər, müxtəlif istifadəçi qruplarına istiqamətli 4 əsas məhsul qrupu altında toplanmışdır :

  • ' Bold ' : Fiziki QWERTY klaviaturalı, yüksək performanslı modellər
  • ' Torch ' : Toxunmalı (sensor) və böyük ekranlı modellər
  • ' Curve ' : Giriş səviyyəsi modellər
  • ' Porsche ' : Porsche Design qrupuyla birlikdə inkişaf etdirilən, xüsusi dizayn P'9981 modeli

BlackBerry 10[redaktə | mənbəni redaktə et]

BlackBerry firmasının 2013-cü ildə BlackBerry 10 əsaslı 6 fərqli modeli bazara təqdim etməsi gözlənilir. 2013-cü il yanvar ayı etibarilə bu məhsullardan aşağıdakılar bazara təqdim edilmişdir:

  • BlackBerry Z10 : Tamamilə toxunmalı (sensor) və 1280 x 768 piksel ekran ölçüsünə malik model.
  • BlackBerry Q10 : Fiziki QWERTY klaviaturalı və 720 x 720 piksel ekranlı model.
  • BlackBerry Passport : Kvadrat ekran QWERTY fiziksel klaviaturalı Black, White ve Silver modelleri vardir.

Android[redaktə | mənbəni redaktə et]

BlackBerry Priv : Androide bir çox deyisiklikler getiren BlackBerry slide modeli.

Platform[redaktə | mənbəni redaktə et]

BlackBerry OS[redaktə | mənbəni redaktə et]

4, 5, 6 və 7-ci nəsil BlackBerry cihazları tərəfindən istifadə edilən və RİM tərəfindən inkişaf etdirilən çoxlu funksiya dəstəkli bir əməliyyat sistemidir. Java əsaslı bu əməliyyat sistemi, təkərcik və sürüşdürmə təkərcik kimi daxili cihazlarını dəstəkləyəcək bir şəkildə nəzərdə tutulmuşdur. BlackBerry OS, Java MIDP 1.0 və WAP 1.2 dəstəyi təmin edir . Əvvəlki versiyaları, Microsoft Exchange Server, e-poçttəqvim dəstəyinin əlavə Lotus Domino sayəsində e-poçta qoşulmağa icazə verilmişdir. BlackBerry OS 5.0 ; MIDP 2.0, Exchange poçt, təqvim, tapşırıqlar, qeydlər və kəsləri təsirli bir şəkildə uyğunlaşdırmağı, Novell, GroupWise və Lotus Notes üçün dəstək təmin etmişdir.

RIM, BlackBerry üçün mövzulartətbiqlərdən istifadə etməyə imkan verir. BlackBerry cihazlar İnternet bağlantısı ilə BlackBerry World-ə bağlanaraq bu xidmətləri telefona yükləyə bilərsiniz və ya BlackBerry Link ilə kompüter üzərindən yükləyə bilər.

BlackBerry Tablet OS[redaktə | mənbəni redaktə et]

BlackBerry PlayBook tabletlərdə istifadə edilən mobil platforma, BlackBerry Tablet OS olaraq adlandırılmaqdadır.

Real vaxt (real -time) bir nüvəyə söykənən bir Unix törəməsi olan QNX-i əsası olaraq alan BlackBerry Tablet OS, ikinci buraxılışından etibarən Android 2.3 API-lərinin də böyük bir qisminin təbii olaraq (native) təminatını təmin edən bir uyğunluq layına (compatibility layer) malikdir. Bu dəstək sayəsində, 2012-ci ilin fevralında son versiyası nəşr olunan BlackBerry Tablet OS 2.0 və sonrakı 2.1 versiyaları hazırda 35 minə qədər Android tətbiqini işlətməkdədir.

BlackBerry 10[redaktə | mənbəni redaktə et]

BlackBerry 10 ya da məşhur bilinən adıyla BB10, 30 yanvar 2013-cü il tarixində təşkil edilən qlobal launch ilə bazara çıxarılan yeni nəsil mobil telefonları üçün inkişaf etdirdiyi mobil platformanın adıdır. Əsasını real vaxt nüvəyə söykənən QNX-dən alan BlackBerry 10 platformasının digər mobil telefon istehsalçılarına da lisenziyalaşdıra biləcək. Bu fikir RIM CEO Thorsten Heins tərəfindən deyilib.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. National Software Reference Library.
  2. 2,0 2,1 2,2 2,3 2,4 2,5 BlackBerry Annual Report 2020 10-K.
  3. "Arxivlənmiş surət". 2012-11-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-08-31.
  4. "Arxivlənmiş surət". 2012-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-31.
  5. "Arxivlənmiş surət". 2012-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-31.
  6. "Arxivlənmiş surət". 2013-05-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-08-31.
  7. "Arxivlənmiş surət". 2015-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-31.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]