Biri vardı, biri yoxdu... (film, 1967) — Vikipediya

Biri vardı, biri yoxdu...
Fayl:Biri vardı, biri yoxdu... (film, 1967).jpg
Janr qısametrajlı
dram
Rejissor Eldar Quliyev
Əsərin müəllifi Salam Qədirzadə
Ssenari müəllifi Eldar Quliyev
Baş rollarda Sədayə Mustafayeva
Sadıq Həsənzadə
Operator Yuri Durinov
Bəstəkar Fərəc Qarayev
Rəssam Fikrət Bağırov
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 1967
Filmin növü qısametrajlı bədii film
Müddət 25 dəq.
Ölkələr Azərbaycan Azərbaycan SSR
Dil azərbaycanca
İl 1967
Texniki məlumatlar 3 hissə
719,3 metr
Rəng ağ-qara

Biri vardı, biri yoxdu... qısametrajlı bədii filmi rejissor Eldar Quliyev tərəfindən 1967-ci ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinolentdə tənha qalmış iki nəfərin-qoca kişi ilə qarının niskilli ovqatlarından, təsadüfi tanışlıqdan sonra qarşılıqlı qayğılarından bəhs olunur. Əsas rolları Sədayə MustafayevaSadıq Həsənzadə ifa edirlər.

Məzmun[redaktə | mənbəni redaktə et]

Kinolentdə tənha qalmış iki nəfərin-qoca kişi (Sadıq Həsənzadə) ilə qarının (Sədayə Mustafayeva) niskilli ovqatlarından, təsadüfi tanışlıqdan sonra qarşılıqlı qayğılarından bəhs olunur.[1]

Film haqqında[redaktə | mənbəni redaktə et]

Film yazıçı Salam Qədirzadənin "Xəzan yarpaqları" hekayəsinin motivləri əsasında çəkilmişdir.[1]

Rollarda[redaktə | mənbəni redaktə et]

Sədayə Mustafayeva — qarı
Sadıq Həsənzadə — qoca
Hacıməmməd Qafqazlı — molla Filmi səsləndirənlər: Yusif Vəliyev — qoca (Sadıq Həsənzadə) (titrlərdə yoxdur)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 61

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]