Birdmor buzlağı — Vikipediya

Birdmor buzlağı
ing. Beardmore Glacier
Birdmor buzlağı 1956-cı il
Birdmor buzlağı 1956-cı il
Ümumi məlumatlar
Tipi Dərə buzlağı
Uzunluğu 168 km
Yerləşməsi
83°45′ c. e. 171°00′ ş. u.
Ölkə  Antarktida
Birdmor buzlağı xəritədə
Birdmor buzlağı
Birdmor buzlağı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Birdmor buzlağı, (ing. Beardmore Glacier) Antarktidada yerləşən bir buz kütləsidir. Vilyam Birdmorun şərəfinə Birdmor buzlağı adnlandırılıb.

Coğrafiyası[redaktə | mənbəni redaktə et]

Lambert buzlağından sonra, uzunluğu 160 km-dən çox olan və 30 km-ə çatan genişliyi ilə dünyanın ən böyük buzlaqlarından biridir. Transantarktika dağlarından başlayaraq, Şekliton sahili üzərindən Ross buz sahəsinə qədər uzanır. Buzlaq bir "U" şəkilli vadidə yerləşir.[1]

Kəşfi[redaktə | mənbəni redaktə et]

Birdmor buzlağı, 1908-ci ildə Ernest Şeklton tərəfindən, ikinci Antarktida elmi gəzintisində aşkar edilir. Buzlaq adını, Şelkton səfərinin bir sponsoru olan Vilyam Birdmorun adından alır. Birdmor buzlağı, Ross buz sahəsindən çıxaraq Transantarktika dağları üzərindən daha doğrusu arasından, Cənub Qütbünə gedən dəhliz rolunu oynayır.[2] Bu dəhlizin sayəsində Cənub Qütbünə çatmaq mümkündü. Bu dəhlizi tapan Ernest Şekltonun da dediklərinə görə Cənub Qütbünə gedən yol Bridmor buzlağı ilə daha asan olacaqdı. Lakin çatmasına 180 km qalmış komandası ilə birlikdə yolunu geri çevirmişdir. Bu marşrutdan Robert Falkon Skott komandası birlikdə 18 yanvar 1912-ci ildə Cənub Qütbünə çata bilmişdir. Skott şübhəsiz, Roald Amundsenin komandası ilə birlikdə daha öncə bilinməyən Aksel Heyberq buzlağına çatmasından bir ay sonra Cənub Qütbünə çatmışdı.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1.  (ing.) "Beardmore Glacier" Arxivləşdirilib 2015-04-02 at the Wayback Machine. www.britannica.com. Encyclopædia Britannica, Inc. 10 Yanvar 2014.
  2.  (ing.) "Beardmore Glacier" Arxivləşdirilib 2021-06-02 at the Wayback Machine. Geographic Names Information System. United States Geological Survey. 10 Yanvar 2014.