Bir axşam... (film, 1985) — Vikipediya

Bir axşam...
Janr dram
musiqili
Rejissor Firəngiz Qurbanova
Ssenari müəllifi Rüstəm İbrahimbəyov
Baş rollarda Elnarə Cəfərova
Nuriyyə Əhmədova
Operatorlar Antonina Korotnitskaya
Amin Novruzov
Bəstəkar Rafiq Babayev
Rəssamlar Fikrət Əhədov
Firəngiz Qurbanova
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 1985
Filmin növü qısametrajlı cizgi filmi
Müddət 7 dəq.
Ölkələr Azərbaycan Azərbaycan SSR
Dil Azərbaycan dili (mətnsizdir)
İl 1985
Texniki məlumatlar 1 hissə
218 metr
Rəng rəngli

Bir axşam... qısametrajlı cizgi filmi rejissor Firəngiz Qurbanova tərəfindən 1985-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdəki hadisələr adi bir otaqda, 8 yaşlı qız uşağının gözləri önündə baş verir.

Məzmun[redaktə | mənbəni redaktə et]

Filmdəki hadisələr adi bir otaqda, 8 yaşlı qız uşağının gözləri önündə baş verir. Bu, sərxoş bir məclisin kiçik ailənin rahatlığının, ana-bala dünyasının istiliyinin pozulmasını böyük inandırıcılıqla göstərən poetik, emosional bir filmdir.[1]

Özünəməxsus üslub həlli, müvəffəqiyyətli musiqi sərxoşluq və alkoqolizm əleyhinə olan bu filmin ictimai pafosunu bir az da qüvvətləndirir.[1]

Film haqqında[redaktə | mənbəni redaktə et]

  • Burada aktyor oyunları və rəsmlərlə qurulmuş səhnələr vardır.[1]
  • Film cizgi, qarışıq, ekler filmidir.[1]

Rollarda[redaktə | mənbəni redaktə et]

Elnarə Cəfərova — qız
Nuriyyə Əhmədova — ana
Həmidə Ömərova — qonaq
Gülşən Qurbanova — qonaq
Rəfael Dadaşov — qonaq
Azad Dadaşov — ovçu

Festival və mükafat[redaktə | mənbəni redaktə et]

1986-ci ildə Alma-Atada XI Ümumittifaq kinofestivalında filmə aktual mövzunun orijinal həllinə görə münsiflər heyətinin xüsusi prizi verilib.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 1,2 1,3 Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 202

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 315.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]