Bilal Əhməd — Vikipediya

Bilal Əhməd
Bilal Mahmud oğlu Əhməd
Doğum tarixi 1884
Doğum yeri
Vəfat tarixi 1944
Vəfat yeri
Vəfat səbəbi Ciyər xəstəliyi
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ
Uşağı Gülxanım Əhməd
Atası Mahmud Əhməd
Anası Çeşmi Əhməd
Təhsili Leninqrad (Sankt-Peterburq) İncəsənət İnstitutu
Mükafatları Əmək qəhrəmanı

Bilal Əhməd (tam adı: Bilal Mahmud oğlu Əhməd; 1884, Pirşağı, Bakı qəzası1944, Kirovabad) — Türk İşçi Teatrı və Azərbaycan Dövlət Dram Teatrının ilk baş rejissoru və direktoru, Əməkdar artist, dramaturq, yazıçı, tərcüməçi, teatr və kino xadimi, aktyor.

Həyatı[redaktə | mənbəni redaktə et]

Bilal Əhməd 1884-cü ildə Bakının Pirşağı kəndində dünyaya gəlib. Atası Kərbəlayı Mahmud öz dövrünün məşhur həkimi olub. Anası Çeşmi xanım isə adlı-sanlı "Məmməd Səfi" nəslindən idi. İlk təhsilini mollaxanada alan Bilal Əhməd ərəb-fars dillərini mükəmməl öyrənir. Daha sonra o, Bakı gimnaziyasına qəbul olur və 1907-ci ildə gimnaziyanı fərqlənmə ilə bitirir. Gimnaziyada oxuduğu illərdə rusalman dillərini öyrənir. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bilal Əhməd Azərbaycan hökuməti tərəfindən Leninqrad (Sankt-Peterburq) İncəsənət İnstitutuna oxumağa göndərilir.

Repressiya qurbanı olan Bilal Əhməd 1937-ci ildə həbs olunur. Heç bir günahı olmadığı üçün doqquz aydan sonra onu həbsxanadan buraxırlar. Həbsxanadan çıxdıqdan sonra sənətdən uzaqlaşır və başqa işdə işləməyə başlayır. Lakin NKVD tərəfindən daimi nəzarətdə olan Bilal Əhməd, işlədiyi yerdə ermənilər tərəfindən boynuna şər atılaraq yenidən həbs olunur. On il həbs cəzasına məhkum olunan Bilal Əhməd 1944-cü ildə Gəncə həbsxanasında ciyər xəstəliyindən vəfat edir.

Ailəsi[redaktə | mənbəni redaktə et]

O, Leninqradda Mariya Vasilyevna adlı ziyalı bir xanımla ailə həyatı qurur. Bu izdivacdan bir qız övladı olur. Qızı Gülxanım Cənubi Osetiyada, Sxinvalidə yaşayıb. Uzun müddət orada məktəb direktoru işləyib.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Ailədə səkkiz uşaq olan Bilal gimnaziyada oxuduğu illərdə imkansızlıqdan işləməyə məcbur olur və Orucov qardaşlarının mətbəəsində işə başlayır. Mürrəttib ixtisasına yiyələnir. O vaxt Süleyman Məlikov, Qulam Məmmədli, Hacıməmməd Qafqazlı, Ağabəy Mahmudov və b. Bilal Əhmədlə birlikdə "Kaspi" mətbəəsində işləmişlər. Hüsxətti gözəl olan Bilal Əhməd dram əsərlərinin üzünü köçürür. suflyorluq və artislik edir. Sankt-Peterburqda institutu bitirdikdən sonra 1924-cü ildə Bakıya qayıdan Bilal Əhməd Türk İşçi Teatrına işə girir. Bilal Əhməd bu teatrda əvvəlcə artist, sonra ədəbi hissə müdiri, ən nəhayət, teatrın direktoru vəzifəsinə qədər yüksəlir. 1933-cü ildə Türk İşçi Teatrı xüsusi qərar ilə Gəncəyə köçürülür. Lakin Bilal Əhmədi bacarıqlı bir teatr təşkilatçısı kimi Şəkiyə - Dram Teatrını yaratmağa göndərirlər. 1933-cü ildə yenidən Bakıya qayıdan Bilal Əhməd Azərbaycan Dram Teatrına baş rejissor və direktor təyin edilir.

O, həm də tərcüməçi kimi fəaliyyət göstərib. Qoqolun, Çexovun, Qriboyedovun və b. əsərlərini Azərbaycan dilinə tərcümə edib. 1925-ci ildə Abbas Mirzə Şərifzadənin rejissorluğu ilə çəkilmiş "Bismillah" filmində Bilal Əhməd aparıcı rollardan biri olan Əhməd rolunda çəkilib. Bilal Əhməd Azərbaycan kinosunun yaradıcılarından biri olub. Teatrdakinoda xidmətləri nəzərə alınaraq Bilal Əhməd o dövr üçün yüksək ad sayılan Əmək qəhrəmanı (indiki Əməkdar artist) adına layiq görülmüşdür. Bilal Əhmədin ədəbi irsi Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət arxivində mühafizə olunur.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Hafiz Sadıqov. Əhməd Bilal, yaxud yaxşılığa yamanlıq… "İlham" qəzeti. 14 may 1991. səh.2

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]