Beynəlxalq Tərəkəmə Çərşənbəsi folklor festivalı — Vikipediya

Ağsu rayonunun Gəgəli kəndi

Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor FestivalıAğsu rayonunda ən iri yaşayış məntəqələrindən biri olan Gəgəli kəndində təşkil olunan beynəlxalq səviyyəli mədəni tədbir.

Tərəkəmə Çərşənbəsi[redaktə | mənbəni redaktə et]

Tərəkəmə Çərşənbəsi türk obalarında Axır çərşənbə günündə mövcud olan adətlərdən biridir[1]. Bu ev heyvanlarının iki odun arasından keçirilməsi hadisəsi ilə bağlı ənənəvi adətdir[2]. Azərbaycanın bir çox ərazilərində bu hadisənin əlamətləri görünsə də, Şirvan bölgəsində Oğuz türklərinin məskunlaşdığı obalardan biri olan Gəgəli kəndində ən yaxşı şəkildə müasir dövrümüzədək gəlib çatmışdır[2]. Ənənəvi olaraq, hər il Tərəkəmə Çərşənbəsi günündə kənd sakinləri səhərə qədər yatmırlar; səhər alaqaranlıqda heyvanları iki tonqalın arasından keçirirlər[2]. Qədim bir inanca görə, tərəkəmələr bununla mal-qaralarını il ərzində baş verə biləcək hər cür bəlalardan, xəstəliklərdən qorumuş olur, heyvanların yeni otlaqlara sağ-salamat çıxarılmasını təmin edirlər[3].

2011-ci ildə Tərəkəmə Çərşənbəsi adəti ilə bağlı film çəkilmişdir[2].

Festivalının təşəbbüsçüsü "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri olan tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillidir[3].

Bütün festivallar[redaktə | mənbəni redaktə et]

I festival[redaktə | mənbəni redaktə et]

I Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalı 16-18 mart 2015-ci il tarixlərində keçirilmişdir[4].

II festival[redaktə | mənbəni redaktə et]

II Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalı 2016-cı il martın 14-də başlamışdır[2]. Festivalda 300-dən çox insan iştirak etmişdir[2]. Qonaqlar arasında Türkiyə, Gürcüstan, Misir, Hindistan, Türkmənistan, İndoneziya və Qazaxıstandan gələn nümayəndələr və folklor qrupları olmuşdur[2]. II festival üç gün davam etmişdir[2].

III festival[redaktə | mənbəni redaktə et]

III Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalı 2018-ci il martın 19-da başlamışdır[1]. Festivalda 500 nəfərə yaxın insan iştirak etmişdir[1]. Qonaqlar arasında Türkiyə, Gürcüstan, Rusiya və İrandan gəlmiş nümayəndələr və folklor qrupları olmuşdur[1]. III festival üç gün davam etmişdir[1].

IV festival[redaktə | mənbəni redaktə et]

IV Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalı 18-20 mart 2019-cu il tarixlərində keçiriləcəkdir.

Təşkilatçılar[redaktə | mənbəni redaktə et]

  • Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbinin Tərəkəmə Folkloru Araşdırma və Təbliğat Qrupu[1]
  • MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi[1]

Dəstək verənlər[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi[1]
  • Ağsu Rayon İcra Hakimiyyəti[1]
  • AMEA Folklor İnstitutu[1]
  • "Az-Granata" MMC[1]
  • "Allprint" MMC[1]

Faydası[redaktə | mənbəni redaktə et]

Festivalın iştirakçıları müxtəlif ölkələrin adət-ənənələri ilə tanış olmaq, kənd mətbəxinin təamlarını dadmaq, qurşaq atmaq və başqa imkanlar əldə edirlər[1][2].

Festival çərçivəsində iştirakçılar Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksində və Mehrəvan qalasında aşkar edilmiş arxeoloji tapıntılar, Gəgəli kəndində toxunan müxtəlif çeşidli palaz və kilimlərlə tanış olmaq imkanı əldə edirlər[1][2].

Əsas məqsəd[redaktə | mənbəni redaktə et]

Festivalın təşkilatçılarından biri olan "MİRAS" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin əsas məqsədi Tərəkəmə Çərşənbəsi ənənəsinin YUNESKO-nun qeyri-mədəni irs siyahısına salınmasına nail olmaqdır[2].

İstinadlar[redaktə | mənbəni redaktə et]