Beynəlxalq Sülh Bürosu — Vikipediya

Beynəlxalq Sülh Bürosu
BSB
Loqonun şəkli
Beynəlxalq Sülh Bürosunun loqosu
Növü Qeyri-hökumət təşkilatı
Yaranma tarixi 13 noyabr 1981
Mərkəzi
Qurucusu Reiner Braun
Prezident Lisa Klark
www.ipb.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Beynəlxalq Sülh Bürosu (ing. International Peace Bureau) — dünyanın ən qədim barışıq təşkilatı, 1891-ci ildə təsis edilmişdir.

Tarixi[redaktə | mənbəni redaktə et]

Təşkilat 1891-ci ildə Romada keçirilmiş Beynəlxalq Sülh Konqresinin yekunlarına əsasən yaradılmışdır.[2] Büronun təsisçilərindən biri, həmçinin onun ilk sədri danimarkalı siyasətçi Fredrik Bayer 1908-ci ildə Nobel Sülh Mükafatını aldı. Eli Dyukommen təşkilatın birinci baş katibi idi və 1902-ci ildə Nobel Sülh Mükafatına layiq görülmüşdü. 1906-cı ildə Dyukommen ölümünə qədər qurumun katibi olaraq işi davam etdirdi və yerinə İsveçrə hüquqşünası olan və Nobel Sülh Mükafatçısı Alber Qoba gəldi.

BSB-nun əsas vəzifələri[redaktə | mənbəni redaktə et]

Beynəlxalq Sülh Bürosunun əsas vəzifələri beynəlxalq konfransların təşkili və keçirilməsi, sülhün təbliği, həmçinin pasifist qrup və müəssisələrin arasında əlaqələrin saxlanması idi. Büro, beynəlxalq hüquq çərçivəsində 7 əsas prinsip tərtib etmişdir.[2]

  • Xalqların/ölkələrin vəzifələri və mənəvi dəyərləri eyni insanların vəzifələri və mənəviyyatları olaraq qəbul edilir.
  • Bir insanın başqalarını öz üzərində mühakimə etmək və icra etmək hüququ olmadığı kimi, bir dövlət də digərinə hökm edə və müharibə elan edə bilməz.
  • Xalqlar arasında fikir ayrılıqları qanunlar çərçivəsində izah edilməlidir.
  • Fərdlərin qanuni müdafiə hüququ olduğu kimi, xalqların da öz əmlaklarını başqalarından qorumaq hüququna malikdirlər.
  • İşğal vasitəsilə hüquq elan edilə bilməz.
  • Hər bir xalqın idarəetmə və azad olmaq üçün ayrılmaz və əvəzedilməz hüquqları vardır.
  • Hər bir xalqın öz müqəddəratını təyinetmə hüququ toxunulmazdır.

İsveçrənin paytaxtı olan Bern şəhəri, qurumun qərargahı seçildi və ən yüksək səviyyəli qərar qəbuletmə konqresi illik iclaslarını orada keçirdi.[3]

1899-cu ildə Beynəlxalq Sülh Bürosunun Berndə keçirdiyi iclasından

Tərksilaha dair konfranslar təşkil etdiyinə görə hərəkat 1910-cu ildə Nobel Sülh Mükafatına layiq görülmüşdür.[4][5]

Birinci Dünya müharibəsi zamanı fəaliyyətini dayandıran təşkilat öz işini yenidən davam etdirək, qeyri-hökumət təşkilatlarının humanitar fəaliyyətinə diqqət yetirmişdir. Müharibədən sonra qurum sülh siyasətində həlledici rol oynaya bilmədi.

1924-cü ildə təşkilatın katibliyi Cenevrəyə köçdü, konfranslarda iştirak azaldı. İkinci Dünya müharibəsinin başlaması ilə Beynəlxalq Sülh Bürosu yenidən fəaliyyətini dayandırdı.[3][6]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Internationales Friedensbureau // 20th Century Press Archives. 1908.
  2. 2,0 2,1 "Over a Century of Peace-Making". International Peace Bureau. 2013-04-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-02-14.
  3. 3,0 3,1 Lundestad, Geir. "The Nobel Peace Prize, 1901–2000". Nobel Foundation. 2001-03-15. 2008-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-06.
  4. "Award Ceremony Speech (1910)". Nobel Foundation. 2011-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-06.
  5. "The Nobel Peace Prize 1910". Nobel Foundation. 2008-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-06.
  6. "The Nobel Peace Prize 1913". Nobel Foundation. 2008-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-06.