Beynəlxalq Manqa Mükafatı — Vikipediya

Beynəlxalq Manqa Mükafatı
国際漫画賞
Ölkə Yaponiya Yaponiya
Kimə verilir qeyri-yapon manqakalar
Statistika
Təsis tarixi 2007
manga-award.mofa.go.jp/i…

Beynəlxalq Manqa Mükafatı[1] (国際漫画賞?) — 2007-ci ilin mayın 22-də[2] Yaponiya Xarici İşlər Nazirliyi tərəfindən Yaponiyadan kənar olan manqakalar üçün təsisis olunmuş mükafat[3]. O zaman Yaponiyanın Xarici İşlər Naziri Taro Aso idi. O, bu mükafatı ilk dəfə Akihabarada 2006-cı ildə verdiyi çıxışında təklif edib.[4][5] Və həmin ilin aprelin 28-də üzə çıxan A New Look at Cultural Diplomacy: A Call to Japan's Cultural Practioners adlı hesabatında bu təklifini təkrar edib.

Beynəlxalq Manqa Mükafatı Yaponiyanın ictimai diplomatiyada pop mədəniyyətin aktiv işlətməsinin hissəsidir.[6] O, qeyri-yapon manqakalar üçün "ən mötəbər" mükafat sayılır.[7] Taro Aso ona "manqanın Nobel mükafatı" deyib[5] və ondan bəri onu bəzən[8] belə adlandırırlar.

Mükafatı alanlar adətən 10 gün müddətinə Yaponiyaya gəlirlər. Orda onların mükafat vermə mərasiminə qatılmaqdan əlavə, yapon manqakalarla fikir bölüşmək, nəşriyyat şirkətləri və diqqətəlayiq yerləri ziyarət etmək imkanı var.[7]

Mükafatın sponsorluğu Japan Foundation təşkilatından gəlir.[3] Namizədlərin təhlili Yaponiya Multiplikatorları Assosiyası ilə mükafatın Seçim Komitəsi aparır.[9]

Qalibləri[redaktə | mənbəni redaktə et]

Birinici Beynəlxalq Manqa Mükafatı (2007)[redaktə | mənbəni redaktə et]

26 ölkə və regiondan 146 manqa qəbul olunub

Beynəlxalq Manqa Mükafatının qalibi:

"Shorei" (Mədh) Mükafatı:

İkinci Beynəlxalq Manqa Mükafatı (2008)[redaktə | mənbəni redaktə et]

46 ölkə və regiondan 368 manqa qəbul olunub

Beynəlxalq Manqa Mükafatının qalibi:

"Shorei" (Mədh) Mükafatı:

  • Elapse, Yin Çuan (Çin)
  • “Portrait”, Svetlana Çejina (Rusiya)
  • Okhéania 1, Alisa Pikard (Fransa)

Bürünc Mükafat

  • The strong men game, Əmir Moğrabi (Suriya)

Üçüncü Beynəlxalq Manqa Mükafatı (2009)[redaktə | mənbəni redaktə et]

55 ölkə və regiondan 303 manqa qəbul olunub

  • Qızıl Mükafat:
    • SUPER DUNKER, Cakrafan Huaypetç (TON CAKRAFAN) (Tayland)
  • Gümüş Mükafat:
    • Zaya (Belgium: Huanq Jia Uei-Morvan-Darqaud Benelüks), Huanq Cia Uei (Çin) Morvan (Fransa)
    • Natty (Belgium: Melvil-Korveyran-Darqaud Benelüks), Melvil-Korveyran (Fransa)
    • Running on empty, Kim Cea-ion (Koreya Respublikası)

Dördüncü Beynəlxalq Manqa Mükafatı (2010)[redaktə | mənbəni redaktə et]

39 ölkə və regiondan 189 manqa qəbul olunub

  • Qızıl Mükafat:
  • Gümüş Mükafat:
    • Face cachée, Oliver Martin və Silveyn Runberq (Fransa)
    • La Isla sin Sonrisa, Enrike Fernandez (İspaniya)
    • "The story begins with ...", Veerachay Duanqpla (Tailand)
  • Bürünc Mükafat:
    • Dolltopia (ABŞ), Abbi Denson
    • Kylooe (Belgium), Little Thunder (Çin)
    • The little polar bear (Tayvan), Çanq Funq Çih
    • PANDORA (Tayland), AKEKARAT MİLİNTAPAS
    • The passionate sword (Tayland), YEH Yu Tunq, SYU ŞU HAO (Tayvan)
    • SAMURAI (Fransa), Frederik Jenet (rəssam, Belçika), Jan Fransua Dİ JİORJİO (müəllif, Fransa)

Beşinci Beynəlxalq Manqa Mükafatı (2011)[redaktə | mənbəni redaktə et]

30 ölkə və regiondan 145 manqa qəbul olunub

  • Qızıl Mükafat:
  • Gümüş Mükafat:
    • When You Standing Your Tiptoes, Pan Li Pinq və Zu Li-ya (Çin)
    • Make a wish! Da Xi, Kori (Tayvan)
    • The Man Who Follow His Own Voice, Tanis Uerasakuonq (Tayland)
  • Bürünc Mükafat:
    • A Letter To Father (Malaziya), ÇONQ ÇİYU ÇOY
    • Conversations Between Me and You (Tayland), Tonqkarn
    • Dream Land (Tayvan), WE WE
    • ICE CREAM BABY (Malaziya), NEKO/ÇANQ Lİ YİNQ
    • NNN (Kanada), Dan Kim
    • Pelangi di Naungan Mentari (Rainbow Under the Sun) (İndoneziya), İndra Uinsu Uardana (rəssam), Dimas Adi Saputro (müəllif)
    • Summer in Vale・Boll bride (Çin), Yanq Ksiao-ru
    • TOKYOLAND (Fransa), BENCAMİN REİSS
    • Security Gard (Çin), Han Zu-jenq
    • X-VENTURE:TERROR RAPTOR (Malaziya), TAN ZİEN YUN (rəssam), ŞERLOK (müəllif)

Altıncı Beynəlxalq Manqa Mükafatı (2012)[redaktə | mənbəni redaktə et]

38 ölkə və regiondan 245 manqa qəbul olunub

  • Qızıl Mükafat:
    • Listening to the Bell (Tayland), Kosin Cinsikonq
  • Gümüş Mükafat:
    • Melon Seed School Vol. 3 (Tayland), İttiuat Suriyamart
    • Floating Flower (Çin), Yao Uei
    • 5 minutes before airing (İndoneziya), Məhəmməd Fasanatul Haq, Okto Barinqbinq
  • Bürünc Mükafat:
    • ONCE AGAIN (Çin), Baddi, Fenq Ksi Şen Lei
    • Charge ~ beyond ~ (Çin), Han Zu Jenq
    • OLDMAN (Tayvan), Çanq Şenq
    • Scralls of A Northern City (Tayvan), AKRU
    • From The Netherworld : Tales of Terror! (Malaziya), PUYUH, KORE
    • Dragon Land (Vyetnam), Dimensional Art, Dinh viet Fuonq, Do Nhu Tranq, Li Lam Vien
    • Once Upon a Time of Love (Tayland), Amp, Varaça pansanq
    • Eros/Psyche (İspaniya), Mariya Llovet
    • Xiao Ou, volume 2, Un monde en double (Çin), Uei Sonq
    • Otaku Blue (Fransa), Malo Kerfriden, Riçard Marazano
    • The ten rituals of the initiation (Burkina Faso), Boureima NABALOUM

Yeddinci Beynəlxalq Manqa Mükafatı (2013)[redaktə | mənbəni redaktə et]

53 ölkə və regiondan 256 manqa qəbul olunub. Ən çoxu (47) Tailanddan, sonra isə (36) Tayvan və (21) İndoneziyadan gəlib.[10]

  • Qızıl Mükafat: Bokbig (Tayland), Prema Catukanyapratip
  • Gümüş Mükafat:
    • Paris (ABŞ), Corc Aleksopulos
    • Carrier (Çin), NAVER
    • Les Folies Bergère (Belçika), Frantsis Porsel (İspaniya), Zidrou (Belçika)
  • Bürünc Mükafat:
    • PANDISM (VIRUS PANDA) (Tayland), Pittaya Uerasakuonq
    • User, Volume 1 (Malaziya), ZİNT
    • Ten Sticks And One Rice (Sinqapur), Koh Honq Tenq, Oh Yonq Hui
    • City of Darkness (Honkonq, Çin), Endi Seto, Yuyi
    • The director against the whip (Burkina Faso), KONDİ SAMBU Tsipriano
    • Something Between (Çin), Ji Yinq
    • Lead of the soul (Çin), çiya, Ke Han, Yi Şa
    • Boonhome (Tayland), Ruanqsak Duanqpla
    • D day (Tayland), Art Cino
    • The bear's skin, Oriol (İspaniya), zidrou (Belçika)
    • It's your world (Yaponiya), Cunko Kavamaki

Səkkizinci Beynəlxalq Manqa Mükafatı (2014)[redaktə | mənbəni redaktə et]

46 ölkə və regiondan 317 manqa qəbul olunub.[11]

  • Qızıl Mükafat: Bumbardai, Nambaral Erdenebayar (Monqoliya)
  • Gümüş Mükafat:
    • Mr. Bear, Luo mu (Çin)
    • ATAN, Ben Uonq (Malaziya)
    • Room, 61Chi (Tayvan)
  • Bürünc Mükafat:
    • THE MOAAGA PRINCE, Tsıprien KONDI SAMBU (Burkina Faso)
    • Before the rainy evening, Buddy (Çin)
    • Beyond the Cloud, Ksi ciu (Çin)
    • Syncopated Dreams, Loren Bonnö və Matild Ramadyer (Fransa)
    • ONLY HUMAN, Muxlis Nur (İndoneziya)
    • 13:05, Amani Badran (İordaniya)
    • Summer Shroud, İlya Kuvşınov (Rusiya)
    • Another World, It Exists., SaKooo SHS (Səudiyyə Ərəbistanı)
    • Pretty Deadly, Emma Rios (İspaniya) və Kelli Syu DeKonnik (ABŞ)
    • The Vice Squad, Xordi Lafebre (İspaniya), Zidro (Belçika)
    • JUICE 1, ART JEENO (Tayland)

Doqquzuncu Beynəlxalq Manqa Mükafatı (2015)[redaktə | mənbəni redaktə et]

46 ölkə və regiondan 259 manqa qəbul olunub.[12]

  • Qızıl Mükafat: The Divine, Asaf Hanuka, Tomer Hanuka və Boaz Lavie (İsrail Dövləti)
  • Gümüş Mükafat:
    • DEMO#1 vol.1, ROCKAT (Tayvan)
    • Holy Dragon Imperator, Nquyen San Fonq və Nquyen Xan Duonq (Vyetnam)
    • Ichthyophobia, Li Lunq-çieh (Tayvan)
  • Bürünc Mükafat:[13]
    • Symbol Sentences, Munin(Tayland)
    • Sky whale, Lisa Cloud və Tori(Ukrayna)
    • Her Majesty, CHANG, SZU-YA və Çen yunq şen(Tayvan)
    • Happines Seasonings, RUAN, GUANG-MIN(Tayvan)
    • Inspiration, Dzi(Rusiya)
    • SQ beginning with your name, Tan Ciu(Rusiya)
    • Silver Ocean, Starry(Çin)
    • My Unforgettable Single Life, PLARIEX(Tayland)
    • TO THE MORE, Ba Uanq(Çin)
    • ADJAME'S THIEF, TAPE ZATO(Kot d’İvuar)

Onuncu Beynəlxalq Manqa Mükafatı (2016)[redaktə | mənbəni redaktə et]

Onuncu Beynəlxalq Manqa Mükafatın namizəd olmaq üçün manqalar 2016-cı ilin aprelin 1-dən iyunun 30-dək qəbul olunurdu.[14]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. http://www.az.emb-japan.go.jp/itpr_ja/00_000033.html Arxivləşdirilib 2023-07-03 at the Wayback Machine Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi: 10-cu Beynəlxalq Manqa Mükafatı
  2. "Press Conference, 22 May 2007". 2012-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-08.
  3. 3,0 3,1 "Japan's Foreign Minister Creates Foreign Manga Award". Anime News Network. 22 May 2007. 2008-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2016.
  4. "Speech by Minister for Foreign Affairs Taro Aso at Digital Hollywood University". October 15, 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 12, 2007.
  5. 5,0 5,1 "Japan Launches International Manga Award". February 20, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 12, 2007.
  6. "Arxivlənmiş surət". 2022-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-17.
  7. 7,0 7,1 "Arxivlənmiş surət". 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-19.
  8. "Arxivlənmiş surət". 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-23.
  9. "Arxivlənmiş surət". 2016-12-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-22.
  10. "Announcement of Winners for the Seventh International MANGA Award". January 26, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 8, 2014.
  11. "The 8th International MANGA Award". 2016-11-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 noyabr, 2016.
  12. "Announcement of Winners of the Ninth International MANGA Award". 2022-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 noyabr, 2016.
  13. "The 9th International MANGA Award List of work awarded" (PDF). 2022-03-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 20 noyabr, 2016.
  14. "The Tenth International MANGA Award". 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 noyabr, 2016.