Beynəlxalq İntellektual Mülkiyyət Təşkilatı — Vikipediya

Beynəlxalq İntellektual Mülkiyyət Təşkilatı
ÜƏMT
ing. World Intellectual Property Organization
Loqonun şəkli
Növü İxtisaslaşdırılmış agentlik
Yaranma tarixi 14 iyul 1967
Rəsmi dili
Mərkəzi Cenevrə, İsveçrə
Üzvləri 187 dövlət
www.wipo.int
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Beynəlxalq İntellektual Mülkiyyət Təşkilatı (ing. World Intellectual Property Organization; həmçinin Ümumdünya İntellektual Mülkiyyətin Mühafizəsi Təşkilatı)[1]BMT-nin ixtisaslaşdırılmış hökumətlərarası beynəlxalq təşkilatı. Stokholm konvensiyasına uyğun olaraq yaradılmışdır və Cenevrə şəhərində yerləşir. ÜƏMT-nin hazırkı Baş Direktoru 2008-ci il oktyabrın 1-də vəzifəsinin icrasına başlamış Frensis Harridir.[2] Üzv dövlətlərin sayı 189-dur.[3] Azərbaycan 1995-ci ildən bu təşkilatın üzvüdür. Əqli mülkiyyət sənaye mülkiyyətinə və ədəbi, musiqi, bədii, fotoqrafiya, kinematoqrafiya və audiovizual əsərlərə olan hüquqdur.

ÜƏMT-nin rəsmi məqsədi iştirakçı ölkələrin yaratdığı ittifaqlar arasında inzibati qarşılıqlı fəaliyyət və dövlətlər arasında əməkdaşlıq yolu ilə əqli mülkiyyətin mühafizəsinə yardım göstərməkdir. ÜƏMT yeni beynəlxalq müqavilələrin bağlanmasına, milli qanunvericiliyin təkmilləşməsinə təsir göstərir, texniki və hüquqi yardım göstərir, elmi tədqiqatların nəticələrini və seminarların mətnlərini dərc etdirir.

Rəhbər orqanları Baş assambleya (məclis), əlaqələndirm üzrə komitə, konfrans, sənaye mülkiyyətinə dair informasiya üzrə daimi komitə və beynəlxalq bürodur. Baş assambleya təşkilatın siyasətinin müzakirə olunması, büdcəsinin təsdiq edilməsi və 6 il müddətinə baş direktorun seçilməsi üçün ildə iki dəfə toplanır. Beynəlxalq büro ÜƏMT-i katibliyidir, ona baş direktor rəhbərlik edir, beynəlxalq qeydiyyat xidmətlərinin işinə rəhbərliyi həyata keçirir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Avropa Patent İdarəsi // Böyük İqtisadi Ensiklopediya (az.). I cild: ABCÇD. Bakı: "Şərq-Qərb" nəşriyyat evi. 2012. səh. 107–108.
  2. "Francis Gurry is appointed Director General of WIPO - News Archive 2008". Wipo.int. August 21, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 27, 2008.
  3. WIPO. "List of members states of WIPO - Consulted June 26, 2013". Wipo.int. 2012-11-30. 2008-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-18.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]