Bernard Liç — Vikipediya
Bernard Liç | |
---|---|
ing. Bernard Howell Leach | |
Doğum tarixi | 5 yanvar 1887[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 6 may 1979[2][3] (92 yaşında) |
Vəfat yeri |
|
Fəaliyyəti | keramikaçı |
Fəaliyyət illəri | 1909-cu ildən |
Vikianbarda əlaqəli mediafayllar |
Bernard Hovell Liç (ing. Bernard Howell Leach; 5 yanvar 1887[1][2][…], Britaniya Honkonqu[d] – 6 may 1979[2][3], Sent-Ayvs[d], Cənub-Qərbi İngiltərə[d]) – yapon dulusçuluq sənətini tədqiq etməsinə görə tanınan ingilis dulusçu, keramikaçı, müəllif, filosof və yazıçı.[4] O, Qərb dünyasını yapon dulusçuluq sənətinin müxtəlif üslubları ilə tanış etmişdir.[4]
Həyatı
[redaktə | mənbəni redaktə et]Liç Honkonqda doğulmuş, təhsilini İngiltərədə almışdır.[4] Sleyd İncəsənət Məktəbivə London İncəsənət Məktəbində təhsil aldıqdan sonra 1909-cu ildə Yaponiyaya getmiş, Yaponiyanı ofort texnikası ilə tanış etmişdir.[4] Yaponiyada keçirdiyi 2 ilin ardından Kenzan məktəbinin 6-cı nəsildən olan ustasından dulusçuluq sənəti öyrənməyə başlamışdır.[4] Kenzan məktəbi XVIII əsrin əvvəlində Kenzan Korinin qardaşı olan Kenzan Oqata tərəfindən qurulmuş dulusçuluq məktəbi idi.[4] Liç və dostu Kenkiçi Tomimoto Kenzan dulusçuluğunun 7-ci nəslini təmsil etmək üçün sertifikat əldə etmişdirlər.[4] Liç yapon dulusçuluq sənətinin müasir təmsilçisi olan Hamada Şoci ilə də yaxın münasibətlər qurmuşdur.[4]
Liç və Hamada 1920-ci ildə İngiltərəyə gedərək Sent-Ayvsda "Leach Pottery" şirkətini qurmuş, Qərb dünyasında ilk dəfə Asiya stilində olan ənənəvi dulusçuluq sobası tikmişdirlər.[4] Dünyanın müxtəlif yerlərindən olan peşəkar dulusçular və tələbələr dulusçuluq sənətini öyrənmək üçün Sent-Ayvs studiyasına gəlirdilər.[4] 1956-cı ildə studiyanı Liçin üçüncü arvadı olan, Hamada ilə birlikdə Yaponiyada dulusçuluq sənətini öyrənən Cenet Darnell idarə etməyə başlamışdır.[4] Liç 1929-cu ildə İngiltərənin Darlinqton şəhərində kiçik dulusçuluq studiyası da açmışdır.[4]
Liç 18 ilini Yaponiyada keçirmiş, bu ölkəni dəfələrdə ziyarət etmişdir.[4] Onun başlıca məhsulu seladon və Çin üslubunda olan temmoku kimi Asiyada təkmilləşdirilən daş keramikalar idi.[4] Liç Raku üslubunda olan dulusçuluq sənətindən və çay mərasimi üçün istifadə olunan əşyalardan ilham götürmüşdü.[4]
Təltifləri
[redaktə | mənbəni redaktə et]Liç dulusçuluq sənətindəki yaradıcılığına görə bir çox mükafata layiq görülmüşdür: Amerika Dulusçuluq Cəmiyyəti tərəfindən Binns medalına layiq görülmüş, Milanda Qızıl medalla təltif edilmiş, İngiltərənin Cənub-Qərb Universiteti tərəfindən fəxri doktorantura dərəcəsi almışdır.[4] 1966-cı ildə Yaponiya hökuməti tərəfindən ikinci dərəcəli "Müqəddəs xəzinə" ordeni ilə təltif edilmişdir.[4]
Kitabları
[redaktə | mənbəni redaktə et]Liç Hamada və Yanaqi Soetsu ilə birlikdə xalq sənətini tanıtmaq üçün hərəkat qurmuş, Yanaqinin xalq incəsənətinin estetikası haqqında olan kitabını "Naməlum sənətçi" (1972) adı altında ingiliscə nəşr etdirmişdir.[4] 1975-ci ildə Hamadanın xatirəsini yad etmək üçün "Hamada, dulusçuluqçı" kitabını yazmışdır.[4] Bu kitablardan əvvəl isə 1940-cı ildə "Dulusçunun kitabı", 1950-ci ildə isə "Dulusçunun portfoliosu" adlı işini nəşr etmiş, bu kitablarda estetik baxışları və dulusçu olması haqqında məlumatlar paylaşmışdır.[4]
Liç növbəti illərdə "Kenzan və onun ənənəsi" (1966), "Dulusçunun sənəti" (1967), "Şərq və Qərbin o tərəfində" (1978) adlı kitablar yazmışdır.[4]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Bernard Leach // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Niblett K. Bernard Leach // Leach, Bernard (ing.). // Grove Art Online / J. Turner [Oxford, England], Houndmills, Basingstoke, England, New York: OUP, 2018. doi:10.1093/GAO/9781884446054.ARTICLE.T049752
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 Perkins
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Perkins, Dorothy. Encyclopedia of Japan: Japanese History and Culture, from Abacus to Zori. Roundtable Press. 1991. səh. 195. ISBN 0-8160-1934-7. İstifadə tarixi: 26 aprel 2022.