Bernar Binlin Dadye — Vikipediya

Bernar Binlin Dadye
Doğum tarixi 10 yanvar 1916(1916-01-10)
Vəfat tarixi 9 mart 2019(2019-03-09)[1][2][…] (103 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Atası Qabriel Dadie[d][8][4]
Təhsili
Fəaliyyəti şair, yazıçı, siyasətçi, ssenarist, dramaturq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar[5]

Bernar Binlin Dadye (d. 10 yanvar 19169 mart 2019[1][2][…], Abican[6]) — Kotd’İvuar yazıçısı, şair, dramaturq, jurnalist, siyasətçi.[9]

Həyatı[redaktə | mənbəni redaktə et]

Fransız dilində yazır. Dakardakı məktəbdə təhsil almışdır. 1936–47-ci illərdə oradakı Qara Afrika Fransa İnstitunda işləmiş, demokratik mətbuat ilə əməkdaşlıq etmişdir; 1947-ci ildə vətəninə dönmüş, liberal ideyaları təbliğ etdiyinə görə həbs olunmuşdur (1950).[9]

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1953-cü ildə Kot-d’İvuar Folklor cəmiyyətini təsis etmiş, şifahi rəvayət və əfsanələrin toplanması ilə məşğul olmuşdur [“Afrika əfsanələri”, (1954), “Qara sarğı” (1955) nağıllar kitabı]. Mədəniyyət naziri (1961–86) vəzifəsində fəaliyyəti və antimüstəmləkə pafosu ilə aşılanmış bədii yaradıcılığı ilə Afrika incəsənəti ənənələrinin qorunub saxlanmasına çalışmışdır: “Afrika necə varsa” (1950), “Günlər ötür” (1956) və s. şeir topluları; “Klembye” (1958), "Zənci Parisdə” (1959), “Nyu-Yorklu sahibkar” (1964) və s. roman-xronikaları; “Konqolu Beatriçe”, “Küləyin arasından keçən səslər” (hər ikisi 1970), “Fırtına adaları” (1973) pyesləri və s. “Dərimin qaralığı”, “Sən sən sahib” şeirləri Azərbaycan dilinə tərcümə olunmuşdur.[9]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 https://dicocitations.lemonde.fr/biographie/7069/Bernard_Dadie.php.
  2. 1 2 https://www.jeuneafrique.com/746946/politique/cote-divoire-bernard-binlin-dadie-sen-est-alle/.
  3. 1 2 http://www.presenceafricaine.com/33_dadie-bernard.
  4. 1 2 3 http://fondationbernardbinlindadie.org/bernarddadie/biobibliographie-3.html.
  5. https://commons.wikimedia.org/w/index.php?search=Bernard+Binlin+Dadi%C3%A9&title=Special:MediaSearch&go=Lire&type=image.
  6. 1 2 https://web.archive.org/web/20190311084415/http://www.linfodrome.com/vie-politique/46555-deuil-l-ecrivain-bernard-dadie-est-decede.
  7. 1 2 https://www.babelio.com/auteur/Bernard-Binlin-Dadie/27877.
  8. http://www.colby.edu/french/fr128/cldelano/biographie.htm.
  9. 1 2 3 Dadye// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — VI cild. Bakı, 2009. — Səh.: 203.