Beloselski-Belozerski sarayı — Vikipediya

Beloselski-Belozerski sarayı
Дворец Белосельских-Белозерских
Xəritə
59°55′57″ şm. e. 30°20′40″ ş. u.
Ölkə  Rusiya
Şəhər Sankt-Peterburq
Yerləşir Nevskiy prospektinin Fontanka çayı ilə qovuşduğu yerdə
Aidiyyatı Lomonosov Tarix Muzeyinin direksiyası
Memar Andrey İvanoviç Ştakenşneyder
Sifarişçi knyaz Konstantin Esperoviç Beloselski-Belozerski
Tikilmə tarixi 1847 - 1848
Üslubu Neobarokko
Rəsmi sayt beloselskiy-palace.ru
İstinad nöm.7810616000
Mühafizə dərəcəsiFederal
Beloselski-Belozerski sarayı (Sankt-Peterburq)
Beloselski-Belozerski sarayı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Beloselski-Belozerski sarayı və ya Sergiyev sarayı' (rus. Дворец Белосельских-Белозерских,Се́ргиевский дворец) – Peterburqun mərkəzində, Nevskiy prospektinin Fontanka çayı ilə qovuşduğu yerdə yerləşən saray. Layihənin müəllifi - memar A.İ.Ştakenşneyderdir. Bina Neobarokko üslubunda inşa edilmişdir.

Tarix[redaktə | mənbəni redaktə et]

1850-ci illərdə Beloselski-Belozerski sarayının Aniçkov körpüsündən görünüşü.

1797-ci ildə knyaginya A.Q.Beloselskaya Narışkinin Nevski prospektinin Fontanka ilə kəşisməsində yerləşən kiçik daş evini alır. Tezliklə ev sökülür və onun yerində XVIII əsrin sonunda memarlar Toma de Tomonun və F. İ. Demertsovun birgə layihəsi üzrə sadə klassik fasadı olan üç mərtəbəli saray inşa olunur. Həmin sarayın ilkin görünüşü rəssam Vorobyovun eskiz və rəsmlərində qorunub saxlanılmışdı[1].

Müasir sarayın tikintisi[redaktə | mənbəni redaktə et]

Beloselski-Belozerski sarayı Fontanka çayının Nevskiy prospekti ilə kəsişdiyi yerdə yerləşir. Fotoşəkilin mərkəzində Aniçkov körpüsü təsvir edilmişdir.

В 18471848-ci illərdə saray A. İ. Ştakenşneyder tərəfindən yenidən qurularaq özünün indiki görünüşün almışdı. Neobarokko üslubunda yenidən qurulmadan sonra bina Bartolomeo Françesko Rastrellinin saraylarına bənzəməyə başladı. Beləliklə, Ştakenşneyder knyaz K. E. Beloselski-Belozerski tərəfindən təqdim edilmiş layihəni uğurla yerinə yetirir. Yenidənqurma işlərin bir tərkib hissəsi olaraq, binanın Nevskiy prospektinə və Fontankaya çıxan korpusu tamamilə yenidən inşa edilmişdi; həmçinin binanın daxili həyətində yeni fligellər də əlavə olunmuşdu. Sarayın yeni görkəmi həm xarici, həm də daxili interyer tərtibatlarına da toxunmuşdu. Bir sıra insanlar güman edirlər ki, Beloselski-Belozerski sarayının prototipi, memar Bartolomeo Rastrellinin layihəsi əsasında inşa olunmuş Stroqanov sarayından götürülmüşdü.

Sarayın bəzək və naxış işlərini bitirmək üçün heykəltaraş David Yensen dəvət olunmuşdu. Onun modelləri əsasında balkonlar üçün atlant və kariatidlər hazırlanmışdı. Sarayın daxili bəzək işləri Ştakenşneyder tərəfindən edilmişdir, məsələn geniş pilləkənlər və mərmər buxarılar buna bariz nümunədir. Sarayın pilləkəni boyu qızıl suyuna çəkilmiş kandelyabrları saxlayan kariatid və heykəllər qoyulmuşdu, pilləkənin ajur məhəccərlərinə isə müəllif ev sahibinin ad inisiallarını nəfis venzel şəklində yerləşdirmişdi. Həmçinin saraydaki Beloselski-Belozerski ailəsinə məxsus kitabxananın divarları oyma taxta naxış və məxmər ilə, buxarısı isə qızıl suyuna salınmış çərçivədə nəhəng güzgü və relyef naxışlar ilə mükəmməl tərtib olunmuşdu.

Sarayın sahibləri[redaktə | mənbəni redaktə et]

Saraya «Beloselski-Belozerski» adı şərti olaraq verilmişdi: Myasnikov milyonçuların varislərindən biri, knyaz məiyyətinin generalı Esper Beloselski-Belozerski memar Adrian Ştakenşneyderə sifariş verərək, yeni inşa olacaq binanın Rastrelli ruhunda olmasını tələb etmişdi, ancaq 1846-cı ildə binanın özülü qoyulan zaman Esper ölür. Onun həyat yoldaşı Yelena Pavlovna (Bibikova) ərinin Liteynı prospektində yerləşən evinə köçərək tezliklə knyaz Vasili Koçubeyə ərə qedir. Lakin Yelena Nevskiy prospektindəki sarayı həmişəlik tərk etmir; o buranı bal rəqsləri və ictimai axşamların keçirilməsi üçün istifadə edir. Beloselskilər sarayı İmperator Aniçkov sarayı ilə qonşuluqda yerləşdiyindən, tez-tez İmperator ailəsinin üzvləri buranı ziyarət edirdilər.

Klodtun "Atların ram edilməsi" heykəli və Beloselski-Belozerski sarayı.

1865-ci ildə Nadejda Dmitriyevna (anadan olduğu zaman soyadı Skobeleva idi) Yelena Pavlovanın oğlu - fligel-adyutant Konstantin Beloselskiyə ərə gedərək saraya köçür. O zamanlar saray Peterburqun ən kübar dairələrinə mənsub idi; aristokrat ev sahibləri adətən yüngül İngilis ləhcəsi ilə rus dilində danışırdılar - 1880-ci ildə zadəgan ailələrdə bu yeni bir moda sayılırdı. Bu zaman Rusiyada krizis baş verir - Ural metallurgiya müəssisələrinin kapitallaşdırılması - burada yerləşən sahibin əsas aktivləri sürətlə azalırdı - bunun əsas səbəblərindən biri də uğursuz idarə olunma və əsas istehsala investisiyaların çatışmazlığı idi. Knyaz Koçubey yaranmış vəziyyəti düzəltməyə çalışırdı - bunun üçün də o dövlət banklarından kredit götürməyə məcbur oldu. Lakin yaranmış bu çətin vəziyyətdən qurtara bilmədiyindən o sonda borclarını ödəmək üçün sarayı dövlət xəzinəsinə vermək məcburiyyətində qaldı.

1884-cü ildə saray III Aleksandrın kiçik qardaşı, Böyük knyaz Sergey Aleksandroviçin adı ilə bağlanır; o bu sarayı Hessen-Darmştadtlı Yelizaveta (Yelisaveta Fyodorovna) ilə evləndikdən sonra bir toy hədiyyəsi olaraq alır. Sarayın adı dəyişdirilərək «Sergiyev sarayı» qoyulur.

Böyük knyaz 1891-ci ildən Moskva şəhərində general-qubernator vəzifəsində çalışmağa başlayır və bu müddət ərzində saray boş qalır.

1905-ci ildə Sergey Aleksandroviç eser-döyüşçü İvan Kalyayev tərəfindən faciəvi şəkildə qətlə yetirilir və bundan sonra sarayda hər şey bir anda dəyişilir; Yelisaveta rahibə olmaq qərarına gəlir və Moskvada yerləşən Marfo-Mariin monastırına köçür. Yelisavetanın övladı olmadığından, o Sergeyin bacısının 2 uşağını - Dmitri və Mariyanı öz himayəsinə götürür. Onların anaları hələ doğum zamanı ölmüşdü, ataları isə böyük knyaz Pavel Aleksandroviç general Erix fon Pistelkorsun həyat yoldaşı Olqaya zorla evlənmişdi. Bu hadisədən sonra, böyük knyaz uzun bir müddət Rusiyadan qovulmuşdu.

Mariya Pavlovna İsveç şahzadəsinə ərə gedir, Dmitri Pavloviç isə xalasından onun Nevskiy Prospektindəki sarayını vəsiyyət olaraq qazanır. Dmitri sonuncu Çarın sevimlisi, qadın ürəklərinin isə fəth edəni idi. O 1912-ci ildə Stokholm şəhərində keçirilən Olimpiada oyunlarında iştirak edir. İmperiyanın son illərində o birdən Dövlət başçısı və onun həyat yoldaşına soyuq münasibət ilə yanaşır və Feliks Yusupovla birləşərək Rasputinə sui-qəsd hazırlayır. «Qocanın» ölümündən sonra «Rusiyada heç kəsi öldürmək icazə verilmir» adlı məşhur Çar qətnaməsi imzalanır. Bundan sonra Dmitrinin saray həyatına son qoyulur - onu İrana sürgün edirlər. Bütün bunlara baxmayaraq, o sarayı iri maliyyə-sənaye inhisarçılığın mülkiyyətçisi sayılan İvan İvanoviç Staxeyevə sata bilir.

I Dünya Müharibəsi illərində sarayda Britaniya-Rus hərbi hospitalı yerləşirdi. 1917-ci ildə baş vermiş inqilabdan sonra saray digər binalar kimi milliləşdirilmişdi. 1920-ci ildən burada ilk öncə Mərkəzi, daha sonra isə Kuybışev rayon partiya komitəsi yerləşirdi. Sovet dövrü digər bir çox binalardan fərqli olaraq daha az ağrılı keçdi. Sergiyev Sarayı özünün ilk sahiblərinin adını bərpa edə bilmişdi, abidənin daxili interyerlə demək olar ki, heç bir dəyişikliyə məruz qalmamışdı. Lakin Beloselski ailəsinin yığdıqları rəsm kolleksiyası ilə vidalaşdı, onların bir hissəsi Ermitaja, qalanı isə Krestov adasında yerləşən və ailəyə məxsus digər evdə yerləşdirilmişdi.

Hazırda sarayda Lomonosov Tarixi Mum fiqurlar muzeyinin direksiyası yerləşir[2]. Sarayda muzeyə məxsus 200-dən artıq bir-birindən fərqli mum fiqurlar qorunub saxlanılır.

Əfsanə və miflər[redaktə | mənbəni redaktə et]

Fontankanın sol sahilində yerləşən bu sahəni artıq uzun illərdir ki, «Oxşarlar rayonu» da adlandırırlar. Bu da bu ərzidə baş vermiş bir sıra hadisələrlə bağlıdır:

  • Sarayın yaxınlığında yerləşən Troitse-Segiyev monstırına məxsus mənzilin ərazisində bir zamanlar daha bir saray yerləşirdi və məhz orada İmperatriça Anna İoanovna özünün ölümündən bir müddət öncə oxşar qadın görmüşdü.
  • Yaxınlıqda yerləşən evlərin birində, həmçinin Pyotr Andreyeviç Vyazemskiy yaşayırdı və o da bir gün evə gələrkən, kabinetdə «özünün tam oxşarının masa arxasında oturaraq nə isə yazdığını» görür.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]