Belçikada təhsil — Vikipediya

Belçikada təhsilAvropanın ən qabaqcıl təhsil sistemlərindən biri.

Ali təhsil sistemi[redaktə | mənbəni redaktə et]

Ümumi prnsiplər[redaktə | mənbəni redaktə et]

Belçika ali təhsil sistemi üçün xarakterik ənənə tədris prosesi ilə elmi tədqiqatların sıx bağlılığıdır. Universitetlərin büdcəsinin 40% elmi tədqiqatlara ayrılır. Onun maliyyələşməsi Sənaye və Kənd təsərrüfatında Elmi Tədqiqatlara dəstək İnstitutuna dövlət və nazirliklərdən ayırmalar və müxtəlif şirkət, fond və təşkilatlardan könüllü yardım xətti ilə gedir.[1]

Belçikanın ali təhsil sisteminin qədim tarixi vardır. İlk universitet – Luven Katolik Universiteti 1425-ci ildə yaranıb. Вu 1517-ci ildə Erazm Rotterdam Luvendə Üç Dil Məktəbi (ivrit, latınyunan dilləri) yaradır. Buna bənzər məktəb – Paris Fransız Kolleci sonradan yaranır.[1]

Xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Belçikada ali təhsil iki yarımsistem üzərində qurulub. Onlar müvafiq olaraq fransız dilli və flamand dilli vilayətlərin təhsil nazirliklərinə tabedirlər. Təhsil sistemi mərkəzləşməsinə görə fransız və alman təhsil modelinə yaxındır.

Ali təhsil sistemi universitet və qeyri-universitet sektorlarına bölünür. Belçika ali məktəblərinə qəbul planı yoxdur, sadəcə müəyyən edilmiş sənədləri təqdim etmək kifayətdir. Ancaq müəyyən nüfuzlu universitetlər müsabiqəli qəbul imtahanları keçirirlər. Avropa Birliyinin abituriyentləri qəbul zamanı üstünlüyə malikdirlər.

Ali məktəblər statusuna görə dövlət və qeyri-dövlət universitetlərinə bölünürlər. Dövlət universitetləri (onlar "rəsmi" də adlanırlar) ənənəvi olaraq akademik humanitar və təbiət elmləri üzrə ali təhsil verirlər. Qeyri-dövlət universitetləri (onlar "müstəqil" və "azad" adlanırar)bunlarla yanaşı spesifik, ixtisas və dini ali təhsil də verirlər. Müstəqil universitetlərin çoxu böyük təsirə mlik olan Roma katolik kilsəsi tərəfindən yaradılıb.[1] [2][3]

10,3 milyon nəfərlik əhalisi olan Belçikanın 180 ali məktəbində 280 min tələbə təhsil alır. Ali məktəblər universitet və qeyri-universitet təhsili verən məktəblərə bölünürlər. Universitet tipli ali məktəblər universitetlərə (Təhsilin Beynəlxalq Standart Siniflşdirilməsinə gərə — ISCED 5A) və ali məktəblərə (ISCED 5B) bölünürlər.

Qeyri-universitet təhsili "qısa" və "uzunmüddətli" sikllərə bölünürlər (ISCED 4). "Qısa" ali təhsil 2–3 il çəkir (tibb və incəsənət üzrə 4 il ola bilir). "Uzunmüddətli" ali təhsil hərəsi 2 il olmaqla 2 səviyyədən ibarətdir.

2004–2005-ci təhsil ilindən Belçika hökuməti ali təhsili "bakalavr-magistr-doktor" sisteminə keçirdi. Universitetlərdə minimum təhsil müddəti 4 ildir. Bəzi ixtisaslarda bu 10-12 il də çəkə bilər. Akademik il iki semestrə bölünür: sentyabr/yanvar və fevral/iyun.[1]

Belçikada bakalavr dərəcəsi ixtisaslı və akademik olur. İxtisaslı müəyyən vərdişlərin və professinallığın əldə edilməsini nəzərdə tutur. Akademik dərəcəli bakalvratura isə tələbəni elmi tədqiqatlar üzrə magistraturaya hazırlayır.

Son illər Belçikaya xaricilər daha çox biznes təhsili almaq üçün gəlirlər. Ölkənin 3 biznes məktəbi Avropanın reytinq cədvəlində ön yerlərdə gedirlər.[3]

Təhsil haqqı[redaktə | mənbəni redaktə et]

Bir tələbənin bir illik təhsil haqqı universitetlərə 4–5,5 min ABŞ dollarına başa gəlir. Bunun böyük hissəsini hökumətdən, fondlardan və kilsələrdən aldıqlarına görə tələbələr tam təhsil haqqı deyil, ancaq "qeydiyyat haqqı"nı ödəyirlər. Avropa Birliyinin üzvü olmayan ölkələrdən olan tələbələr ilə 420–800 ABŞ dolları ödəyirlər.

Özəl universitetlərdə ixtisasdan asılı olaraq təhsil haqqı 5-15 min avro təşkil edir. Həmçinin laborator xərclərin də ödənilməsi də mümükndür, dərsliklər üçün də ilə 400 ABŞ dolları xərc ödənir.[3]

Belçikada universitet tələbələrinə maddi yardım sistemi vardır. Ölkənin fransızdilli hissəsində birinci dəfə ali məktəbə daxil olana və 17 yaşdan yuxarı olana yardım edilir. Əgər tələbə ailə başçısının himayəsində üç ailə üzvü olan ailədəndirsə və onun illik gəliri 890 min Belçika frankıdırsa (24 min dollar, 1996-97-ci illərin məlumatı) ona yardım düşür. Rəsmi yardım ilə 63 – 131 min Belçika frankıdır. Orta yardım həcmi 920 dollardır.

Təhsil almaq üçün ssuda ailədə 3 uşaq olan və illik gəiri 1,15 mln. belç.fr.(31 min dollar) olan tələbələrə verilir. Bu zaman tələbənin yaşı 35-dən aşağı olmalıdır. Ssuda təhsilin sonuna kimi 4% -lə qaytarılmalıdır. Həcmi bir tələbəyə 800-1350 dollar, orta ssuda həcmi 270 dollardır. Ssuda 10 dəfəyə qaytarılır.[1]

Xaricilərin təhsil alma imkanı[redaktə | mənbəni redaktə et]

Belçika universitetlərində xaricilər üçün ötən ilki qəbulun 2% qədər yer ayrılır. Bu imkana düşmək üçün ən azı qəbula 10 ay qalmış arzu edilən universitetin elektron poçtuna meraciət etmək lazımdır. Bu rəqəm çərçivəsinə düşə bilməyənlər azı təhsil haqqının yarısı həcmində təhsil haqqı keçirməlidirlər.

Bu rəqəm humanitar fakültələr üçün ilə 2 150 ABŞ dollardan, tibb fakültəsində 6 750 dollaradək olur.[3]

Tələb edilən şərtlər[redaktə | mənbəni redaktə et]

Qəbul üçün aşağıdakı sənədlər tələb edilir:

  • Orta təhsil haqqında sənəd və ya universal beynəlxalq sertifikat və ya öz ölkəsində ali təhsil haqqında diplom ya 1-2 kurs bitirməsi haqqında arayış;
  • Maliyyə təminatının təsdiqi. Bildirilməlidir ki, tələbənin xərclərini valideynləri və ya sponsorlar çəkəcək.Bu sənəd belçika səfirliti tərəfindən təsdiq edilməlidir. Və ya tələbəyə hansısa proqram əsasında təqaüd veriləcəyi barədə sertifikat;
  • Belçika universitetlərinin birində qeydiyyat barəsində razılıq;
  • Məhkum edilməməsi barədə arayış;
  • Belçika səfirliyi tərəfindən sağlamlığı təsdiq edən arayış;
  • Pasport.[3]

Təqaüd imkanları[redaktə | mənbəni redaktə et]

Xarici tələbələr təhsil haqqını ya öz imkanları ilə ödəməli, ya da müxtəlif beynəlxalq təşkilatların təqaüd proqramlarından əldə etməlidirlər ( məsələn, NATO, UNESCO, Ərzaq və kənd təsərrüfatı üzrə BMT, Avropa Birliyi, Avropa Kosmik Tədqiqatlar Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı və s.). şrtlərlə bu təşkilatların saytlarında tanış olmaq olar.

Eyni zamanda xarici vətəndaşın öz ölkəsi ilə belçika arasında təhsil və elm sahəsində əməkdaşlıq sazişi də ola bilər. Bu saziş də pulsuz təhsilə imkan verə bilər.

Belçikanın fransız və flamand vilayətlərinin özlərinin də bakalavr və magistr dərəcəsində təhsil alan xarici təşkilatlar üçün təqaüd proqramı da vardır. Bü təqaüdlərə namizəd olanlar öz ölkələrinin universitetlərində 4-5-ci kurslarında təhsil almalı, İingilis və ya Belçika dillərindən birini bilməli. Diplom işinin layihəsini hazırlamalıdırlar. Bu təqaüd yenidən verilmədən 3-10 ay üçün nəzərdə tutulur.

Bu saytda Belçikada təhsil üçün qrant verən rəsmi idarələrin siyahısı vardır [1].[3]

Tibbi xidmət[redaktə | mənbəni redaktə et]

Belçikada tibbi xidmət çox bahadır. Pulsuz ancaq xesusi hallarda ilk tibbi yardım göstərilir. Uzunmeddətli yaşayış üçün beynəlxalq tibbi sığorta tələb edilir.

Təhsil müddətində iş imkanı[redaktə | mənbəni redaktə et]

Avropa Birliyindən olmayan ölkələrdən olan tələbənin işləməsi üçün işləmək üçün rəsmi razılıq aınmalıdır (work permit). Bu razılıq tədris ili ərzində həftədə 20 saatdan çox olmayaraq işləməyə icazə verir. Bayram və bazar genlərində bütün iş günü işləmək olar.[3]

Belçikada yaşayış qiymətləri[redaktə | mənbəni redaktə et]

Təhsil haqqından başqa xarici tələbə digər xərcləri də nəzərə almalıdır. Universitet yataqxanasında yaşamaq tələbəyə universitetin tipindən və yerləməsindən asılı olaraq ayda 150–300 avroya başa gələcək. Ayrıca mənzil kirayələmək yerindən asılı olaraq kommunal xərclərsiz aya 300 – 800 avro xərc aparacaq. Mənzil i iki nəfər tutarsa bu xərci iki dəfə azaldacaq.

Bir aya yemək xərci 100–200 avro, mobil rabitə xərci — 10–25 avro, internetdən istifadə40 avroya başa gələcək. Kluba giriş 20 avrodur. Tibbi sığorta aya 60 avroya başa gələir.

Həftədə 20 saat işləməklə aya 1000 avro qazanmaq olar.

hesablamalara görə belçikanın fransız dilli hissəsində xərclər ilə 5309 avro, flamand hissəsində — 4870 avro edəcək.[3]

Viza rejimi[redaktə | mənbəni redaktə et]

belçika – şengen müqaviləsinin üzvüdür. Avropa Birliyinin üzvü omayan ölkələr üçün viz tələb edilir. Bunun üçün Belçikanın xarici ölkələrindəki səfirliklərinin konsul şöbəsinə mürəciət etmək lazımdır. Viza verilməsinə 3-14 gün tələb edilir..Ancaq konsul şöbəsi müəyyən məslələri aydınla.dırmaq üçün Belçikanın Xarici İşlər Nazirliyinə müraciət etdikdə bu zaman uzana bilər. Viza almaq üçün səfərdən 3-4 həftə əvvəl sənədləri vermək düzgün olar.

Tələb edilən sənədlər:

2 viza anketi və 2 rəngli fotoşəkil;

Təhsil haqqında sənəd: attestat, diplom, dil kursu haqqında sertifikat (əgər varsa);

Universitetdən qəbul haqqında göndəriş;

Pasport;

Bankdan Belçikada sərf etmək üçün maliyyə vəsaiti olması barədə arayış;

Belçikada yaşayış yeri və ya yataqxanada bronu haqqında sənəd;

Tibbi arayış;

Təhsilə gedənin yaşı 21-dən çoxdursa məhkum olunmaması barədə arayış;

15 yaşı tamam olmayanın valideynlərindən onun səfərinə razılıq barəsində notariusda təsdiq edilmiş ərizəsi.

Eyni zamanda səfirlik digər sənədlər tələb edə, həmçinin söhbətə dəvət edə bilər.[3]

Belçikada qalmaq imkanı[redaktə | mənbəni redaktə et]

Belçika qanunları ölədəd qalmaq isətəyənlərə imkan verir. Vətəndaş olmaq üçün öllkədə 3 il daimi yaşamaq kifayətdir. Ali məktəbdən sonra iş tapmaqla ölkədə qalmaq olar. Ancaq işəgötürən Əmək Nazirliyinə isbat etməlidir ki, ölkədə və Avropa Birliyi ölkələrindən bu işə maraq göstərən yoxdur.[3]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 "Arxivlənmiş surət". 2012-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-06-26.
  2. "Arxivlənmiş surət". 2011-02-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-06-26.
  3. 1 2 3 4 5 6 7 8 9 10 "Arxivlənmiş surət". 2011-06-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-06-26.