Bekir Refet — Vikipediya

Bekir Refet
Ümumi məlumatlar
Doğum tarixi 22 may 1899(1899-05-22)
Doğum yeri
Vəfat tarixi 5 aprel 1977(1977-04-05) (77 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Mövqeyi hücumçu
Karyerası
Gənclik karyerası
Osmanlı imperiyası Fənərbaxça
Klub karyerası[* 1]
1915—1916 Osmanlı imperiyası Fənərbaxça ? (?)
1916—1918 Osmanlı imperiyası Altınordu ? (?)
1920—1921 Osmanlı imperiyası Ittihatspor ? (?)
1921 Osmanlı imperiyası Qalatasaray ? (?)
1922—1923 Almaniya Karlsrue ? (?)
1923—1926 Almaniya Pfortshaym ? (?)
1926—1927 Almaniya Karlsrue FF ? (?)
1927—1928 Türkiyə Fənərbaxça ? (?)
1928—1935 Almaniya Karlsrue FF ? (?)
Milli yığma[* 2]
1924—1928 Türkiyə Türkiyə milli futbol komandası 3 (3)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bekir Refet Teker (22 may 1899, Konstantinopol5 aprel 1977, Karlsrue, Baden-Vürtemberq) — hücumçu mövqeyində oynamış Türkiyə futbolçusu. Türkiyə millisinin heyətində çıxış etmişdir.

Həyatı[redaktə | mənbəni redaktə et]

Bekir Refet 22 may 1899-cu ildə İstanbulda anadan olmuşdur.

Gəncliyində Fənərbaxçada futbol oynayırdı. 1914-cü ildə İstanbul Gənclər Futbol Liqasının çempionu oldu. Həmən klubda hücumçu mövqeyində oynayaraq peşəkar karyerasına başladı. 1915–1916-cı illərdə Fənərbaxça, 1916–1918-ci illərdə Altınordu, 1920–1921-ci illərdə İttihatspor klublarında oynamışdır.[1]

1921-ci ilin avqust ayında Qalatasarayın Almaniya turuna qatıldı, burada Hamburq, Verder Bremen, NürnberqSparta Praqa klublarına qarşı oynamışdır. Karlsrue komandasına qarşı qələbədən sonra alman klubunun nümayəndələrini maraqlarına tuş gəldi və onlar onu Almaniyada qalmağa razı saldılar.[1] O, Feniks (1921–1923), Pfortshaym (1923–1926) və Karlsrue FF (1926–1935) klublarında çıxış etmişdir. 1927–1928 illərdə qısa müddətlik Fənərbaxçanın heyətinə qatılmışdır.[2] 1927-ci ildə Karlsrue FF klubunun heyətində Baden-Vürtemberq betsirksliqasının çempionu oldu, 1928-ci ildə isə Baden betsirksliqasının. Komandanın fəxri kapitanı idi.[1]

1924-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarında Türkiyə millisinin heyətinə qatılmışdır. 2: 5 hesabı ilə bitən Çexoslovakiya yığmasına qarşı 1/16 final matçında oynamış və 2 qolun müəllifi olmuşdur. Komanda kapitanı idi.[2]

Amsterdamda keçirilən növbəti Yay Olimpiya Oyunlarında Türkiyə millisinin heyətinə qatılmışdır. 1: 7 hesabı ilə bitən Misir millisinə qarşı 1/8 final matçında oynamış və 1 qol vurmağı bacarmışdır.[2]

Millidə üçüncü və sonuncu oyununu 3:1 hesabı ilə bitən Bolqarıstan millisinə qarşı yoldaşlıq oynuna təsadüf etmişdir.[2]

1937-ci ildə oyunçu karyerasını başa vurdu. Ondan sonra Elza adlı alman həyat yoldaşı ilə birlikdə EttlingenKarlsrue şəhərlərində yaşamış və biznes ilə məşğul olmuşdur.[1]

5 aprel 1977-ci ildə Karlsruedə infarktdan vəfat etmişdir. Elə orada İslam ayini ilə dəfn olunmuşdur.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 "1919-1945". karlsruher-fv1891.de. 2021-03-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-06-26.
  2. 1 2 3 4 "Bekir Refet stats". eu-football.info (ingilis). 2020-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-26.