Baydu xan — Vikipediya

Baydu xan
monq. ᠪᠠᠶᠳᠦ
Baydu xan və Qazan xan arasında görüş, miniatür, Herat
Baydu xan və Qazan xan arasında görüş, miniatür, Herat
24 mart 1295 – 4 oktyabr 1295
ƏvvəlkiKeyxatu xan
SonrakıQazan xan
Şəxsi məlumatlar
Doğum tarixi
Vəfat tarixi
Vəfat yeri
Fəaliyyəti rəhbər[d]
Atası Tarağay
Ailəsi Elxanlılar sülaləsi
Dini islam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Baydu xan (1260 — 4 oktyabr, 1295) — Hülaku xanın beşinci oğlu Tarağayın oğlu, Elxan.

Baydu xanın sikkəsi

Həyatı[redaktə | mənbəni redaktə et]

1260-cı ildə doğulmuşdu. Atası Hülaku xanın beşinci oğlu Tarağay idi. 1284-cü ildə BağdadDiyarbəkr valisi idi.[1] 1294-cü ildə çaonun uğursuzluğu və Keyxatu tərəfindən təhqir olunması ona üsyan üçün bəhanə yaratmışdı. 21 mart 1295-ci ildə Keyxatu xan məğlub olundu, 3 gün sonra edam edildi.

Hakimiyyəti[redaktə | mənbəni redaktə et]

Əmir Tağaçarın əli ilə taxta gələn Baydu Qazanın etirazları ilə rastlaşdı. Hakimiyyəti bölüşdürmək təklifinə etiraz edən Qazan xan Bayduya hücum etdi. Xan, Naxçıvana qaçdı, lakin 4 oktyabr 1295-ci ildə ələ keçirilərək edam edildi.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Baydu - Encyclopedia Iranica". 2022-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-04.