Barlaslar — Vikipediya

Barlaslar — türk oymağı.[1] Barlasların Mərkəzi Asiyada monqol[2] və sonra türkləşmiş[3][4] köçəri konfederasiyası olmuşdur. Əsl monqol ordusunun alaylarından birində hərbi köklərə malik olan barlaslar Asiyada iki böyük imperator sülaləsini ortaya çıxartdı: Orta Asiyada və İranda Teymurilər dövləti və onun davamı, Hindistan yarımadasındakı Moğol imperiyası.

Tarixi[redaktə | mənbəni redaktə et]

Barlas ulusu monqolların tərkibində Orta Asiyaya gəlmişdi. Çingiz xan oğlu Cığatay xana verdiyi tümən əsasən barlaslardan ibarət idi.[5] XIII yüzildə Barlas ulusu erdemtu-barlas və todoen-barlas oymaqlarına bölünürdü.[6]

Barlas ulusunun bir qolu Zahirəddin Mahmud Baburla bərabər Hindistana səfər etdilər.[7]

Əmir Teymur və Barlas ulusu[redaktə | mənbəni redaktə et]

Əmir Teymur barlas soyundandır.[8] Nəsil şəcərəsinə görə əmir Taraqay Bahadurun oğlu. 1336-cı ildə Qaşqadərya vilayətinin Keş, indiki Şəhrisəbz kəndində (artıq şəhər statusu alıb) dünyaya gəlib. 7 yaşından babası Hacı Alimin yanında 5 il ərzində mədrəsə təhsili alıb. Kiçik yaşlarından atası Taraqay Bahaduru da qəbilə, tayfa döyüşlərində at belində görmüşdü. 12 yaşında özündən yaşca böyükləri at yarışlarında arxada qoymuş, bəzisini də üzəngidən salmışdı. Türk ordusunun Keş vilayətinə olan yürüşləri buradakı gənclərin əksəriyyətində döyüş ruhunu yüksəltmişdi. Onların hər biri bir elin, elatın cəngavəri, müdafiəçisi idi.

Barlas ulusu əmir Teymurun zamanında ucaldı. Orta Asiyadan Anadoluya qədər vilayətlərə 5 tuğlu barlas əmirləri başçılıq edirdilər.

Əsli və nəsli[redaktə | mənbəni redaktə et]

  • Bodonçar munxaq noyon
    • Barin Şexerqetu Xabiçu bahadur
      • Bexir bahadur
        • Maxa tudun
          • Xaçila
            • Yekə Barula

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Рашидиддин. Сборник летописей. М.; Л., 1952. Т. 1. Кн. 1. С. 257.
  • Якубовский А. Ю. К вопросу об этногенезе узбекского народа. Ташкент, 1941.
  • Захриддин Мухаммед Бабур. Бабур-наме. Ташкент, 1960. С. 232— 236.
  • Иванов П. П. Очерки по истории Средней Азии (XVI — середина XIX в.). М., 1958. С. 102, 103.
  • Материалы по районированию Средней Азии. Ташкент, 1926. Кн. 1. 4.1. С. 200.
  • Кубаков К. О некоторых родоплеменных группах узбеков Верхней Кашкадарьи (вторая

половина XIX — начало XX в.) // Этнографическое изучение быта и культуры узбеков. Ташкент, 1972.

  • Джураев Т. Узбекские диалекты Верхней Кашкадарьи. Ташкент, 1969. С. 74.
  • Кармышева Б.Х., Очерки этнической истории южных районов Таджикистана и Узбекистана. М.,1976

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Kutlukhan Şakirov - Adnan Aslan, "Timur’un Günlüğü (Tüzükât-ı Timur)"
  2. Grupper, S. M. ‘A Barulas Family Narrative in the Yuan Shih: Some Neglected Prosopographical and Institutional Sources on Timurid Origins.’ Archivum Eurasiae Medii Aevi 8 (1992–94): 11–97
  3. B.F. Manz, The rise and rule of Tamerlan, Cambridge University Press, Cambridge 1989, p. 28: "... We know definitely that the leading clan of the Barlas tribe traced its origin to Qarachar Barlas, head of one of Chaghadai's regiments ... These then were the most prominent members of the Ulus Chaghadai: the old Mongolian tribes — Barlas, Arlat, Soldus and Jalayir ..."
  4. M.S. Asimov & Clifford Edmund Bosworth, History of Civilizations of Central Asia, UNESCO Regional Office, 1998, ISBN 92-3-103467-7, p. 320: "... One of his followers was [...] Timur of the Barlas tribe. This Mongol tribe had settled [...] in the valley of Kashka Darya, intermingling with the Turkish population, adopting their religion (Islam) and gradually giving up its own nomadic ways, like a number of other Mongol tribes in Transoxania ..."
  5. Рашид ад-дин, Сборник летописей. Т.1., кн.1. М., 1952, с.189
  6. Козин С.А., Сокровенное сказание. Монгольская хроника 1240 года. Т.1. М.-Л.,1941,с.83
  7. Захриддин Мухаммед Бабур. Бабур-наме. Ташкент, 1960. С. 232— 236.
  8. The Empire of the Steppes: A History of Central Asia, Rutgers University Press, 1988. ISBN 0-81... (p.409 Arxivləşdirilib 2011-05-19 at the Wayback Machine)

Həmçinin bax[redaktə | mənbəni redaktə et]