Baqerhat məscid şəhəri — Vikipediya

Baqerhat məscid şəhəri
benq. মসজিদের শহর বাগেরহাট
Xəritə
22°39′39″ şm. e. 89°45′30″ ş. u.
Ölkə  Banqladeş
Aidiyyatı Dehli sultanlığı
Vəziyyəti stabil
TipiMədəni
Kriteriyaiv
Təyin edilib1985
İstinad nöm.http://whc.unesco.org/en/list/321
DövlətBanqladeş
RegionAsiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Baqerhat məscid şəhəriBanqladeşin cənubunda Qanq çayı ile Brahmaputra çayının kəsiştiyi yerdə XV əsidə qurulan qədimi şəhərdir.

Delhi Sultanı IV Məhəmməd Şahın hakimyəti illərində Cihan Əli adında bir əsgər tərəfindən "Xəlifə şəhəri" adı ilə müsəlman şəhəri kimi əsası qoyulan şəhər, 1459-da Cihan Əlinin ölümündən sonra meşələrə büründü. Həmin şəhərin 50 əsəri günümüzə gəlib çıxmışdır. Əsərlərin arasında ən məşhuru və ən gözəli Altmış Günbəzli məsciddir.

1985-də Ümumdünya irsi sıyahısına daxil edilmişdir.[1]

Tarixi[redaktə | mənbəni redaktə et]

Siyasi və dini səbəblərdən Dehli sultanlığının ucqar torpaqlarında islam şəhəri qurmaq üçün Delhi Sultanı Cihan Əliyə əmr verdi. Cihan Əlinin başcılığı ilə eyni formada 360 məscid,bir neçə dövlər binası, saray və su anbarı tikildi. Binaların tikilişində qırmızı kərpicə üstünlük verirdilər. Şəhər qurulduqdan sonra ömrünün sonuna kimi Baqerhatdan ayrılmayan Cihan Əli 1459-da vəfat edir. Cihan Əlinin qəbri üstündə Cihan Əli türbəsi tikilmişdir. Şəhərin yaxınlığında Cihan Əlinin yaxın dostu olan Piri Əlinin türbəsi vardır.

Məscidlər[redaktə | mənbəni redaktə et]

Altmış Günbəzli məscid[redaktə | mənbəni redaktə et]

Altmış Günbəzli məscid (Shat Gambuj), Banqladeşin ən qədim məscidlərindən biridir. Bu səbəblədə "Tarixi məscid" kimi adlandırılır. Məscidin altmış günbəzini sütunlar saxlayır, yeddi əsas günbəzdə banqladeş dilində yazılar vardır. Məscid binası həm dini məhkəmə, həm mədrəsə, həm də namaz qılmaq (ibadət) üçün istifadə edilirdi. Məscid 1440 Əli Cihan tərəfindən qırmızı kərpicdən tikilmişdir. Məcid dört minarəlidir.[2]

Doqquz Günbəzli məscid[redaktə | mənbəni redaktə et]

Doqquz Günbəzli məscid XV əsrdə Cihan Əlinin qəbri yaxınlığında tikilmişdir. Məscidin səkkiz kiçik günbəzi və mərkəzdə bir böyük günbəzi vardır.

Muzey[redaktə | mənbəni redaktə et]

Baqerhat şəhərində Banqladeşin arxeologiya şöbəsi və UNESCO birlikdə tarix muzeyinin əsasını qoydular. Muzey Altmış Günbəzli məscidin qarşısında yerləşir. Muzeydə Banqladeşin mühüm tarixi binalarının şəkilləri və arxeoloji qazıntılar zamanı tapılmış dəyərli əşyalar sərgi olunur.[3][4]

Şəkillər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Historic Mosque City of Bagerhat, Unesco web saytı, 07.07.2015". 2017-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-08.
  2. Fayl:Shat Gambuj Mosque (4).jpg
  3. "Bagerhat Museum". Lonely Planet.com. 16 October 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 May 2011.
  4. "Bagerhat Museum, Bagerhat". Tour to Bangladesh.com. 17 September 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 May 2011.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]