Balina buxtası — Vikipediya

Balina buxtası
Ümumi məlumatlar
Tip Buxta (körfəz)
Yerləşməsi
78°30′ c. e. 164°29′ q. u.
Ölkə  Antarktida
Akvatoriyası
Balina buxtası xəritədə
Balina buxtası
Balina buxtası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Balina buxtası[1][2]Buxta Ross şelf buzlağında, Ruzvelt adasının şimalında yerləşir.

Buxta 1841-ci ildə Ceyms Rossun ekspedisiyası tərəfindən kəşf edilmişdir. Buxtanın adı Britaniya qütb araşdırma ekspedisiyasının rəhbəri Ernest Şelktonun Nimrod gəmisinin arxasında (24 yanvar 1908) çoxlu sayda Balinanı müşahidə etməsi ilə əlaqədar verilmişdir. Şelkton buxtanın gəmilərin dayanması və düşərgə qurmaq baxımından əlverişsiz olmasını bildirmişdir. Bununla belə XX əsrin əvvəllərindən sahilləri qütb araşdımalarının məskəni olmuşdur. 1911-ci ildə Balina buxtasında yerləşən Framheym düşərgəsi[3] Rual Amundsen tərəfindən Cənub qütbünə təşkil etdiyi ekspedisiya zamanı uğurla istifadə etmişdir. 19281930 illər ərzində buxtada amerikalı Riçard Berdin rəhbərliyi ilə ekspedisiya fəaliyyət göstərmişdir. 1934-cü ildə Berd buxtada iki buzlağın toqquşduğunu müəyyən etmişdir.

19391941-ci illər ərzində isə Balina buxtasında Amerika Antarktida proqramı çərçivəsində araşdırma işləri aparılmışdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ""Bay of Whales." Encyclopædia Britannica. Encyclopædia Britannica Online.Encyclopædia Britannica Inc., 2011. Web.16 Dec. 2011". 2014-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-02.
  2. Balina buxtası // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh. 129. ISBN 978-9952-441-07-9.
  3. "Framheim (Store norske leksikon)". 2016-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-02.