Bakı hazırdır! (film, 1940) — Vikipediya

Bakı hazırdır!
Fayl:Bakı hazırdır! (film, 1940).jpg
Janr sənədli
qısametrajlı
Rejissor Əbdül Həsənov
Operatorlar Muxtar Dadaşov
Vladimir Yeremeyev
Fyodor Novitski
İstehsalçı Bakı kinostudiyası
İlk baxış tarixi 1940
Filmin növü qısametrajlı sənədli film
Müddət 9 dəq.
Ölkələr Azərbaycan Azərbaycan SSR
İl 1940
Texniki məlumatlar 1 hissə
279 metr
Rəng ağ-qara

Bakı hazırdır! qısametrajlı sənədli filmi rejissor Əbdül Həsənov tərəfindən 1940-cı ildə çəkilmişdir. Bakı kinostudiyasında istehsal edilmişdir. Filmdə 1940-cı ilin payız günlərinin birində hava hücumundan müdafiə məşqlərindən bəhs olunur.

Məzmun[redaktə | mənbəni redaktə et]

Filmdə 1940-cı ilin payız günlərinin birində hava hücumundan müdafiə məşqlərindən bəhs olunur. Burada hava həyəcanı siqnalı verilərkən zəhmətkeşlərin nə etməli olduqlarından danışılır. Ümumi yoxlanış zamanı Bakı zəhmətkeşlərinin hərbi hava hücumundan müdafiəyə yaxşı hazırlaşdıqları qeyd edilir.[1]

Filmin üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Rejissor: Əbdül Həsənov
Operator: Muxtar Dadaşov, Vladimir Yeremeyev, Fyodor Novitski

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 39

Mənbə[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 56; 67.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Azərbaycan filmlərinin siyahısı
1940-cı ilin Azərbaycan filmləri
1940-cı illər Azərbaycan filmlərinin siyahısı