Bakı döyüşür (film, 1944) — Vikipediya

Bakı döyüşür
Fayl:Bakı döyüşür (film, 1944).jpg
Janr sənədli
qısametrajlı
Rejissor Muxtar Dadaşov
Ssenari müəllifi Muxtar Dadaşov
Operator Muxtar Dadaşov
Bəstəkar Tofiq Quliyev
İstehsalçı Bakı Kinostudiyası
İlk baxış tarixi 1944
Filmin digər adı İş başında
Filmin növü qısametrajlı sənədli film
Ölkələr Azərbaycan Azərbaycan SSR
İl 1944
Texniki məlumatlar 2 hissə
433 metr
Rəng ağ-qara

Bakı döyüşür qısametrajlı sənədli filmi rejissor Muxtar Dadaşov tərəfindən 1944-cü ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Filmdə müharibənin ilk günlərindən mədənlərdə, zavod və fabriklərdə gecəni gündüzə qataraq işləyən əmək adamlarının fədakarlığından, arxa cəbhədə göstərdikləri əsl hünərdən, Bakının ətrafında düşmən tanklarının hücumunun qarşısını almaq üçün müdafiə istehkamlarının qurulmasından, cəbhəni neft və digər yanacaq məhsulları ilə təmin edən şəhərin havadan və dənizdən qəhrəmancasına müdafiəsindən bəhs olunur.

Məzmun[redaktə | mənbəni redaktə et]

II Dünya müharibəsi illərində ümumi bir şüar var idi: "Hər Şey Cəbhə üçün, Hər Şey Qələbə Naminə!". Filmdə bu şüar altında müharibənin ilk günlərindən mədənlərdə, zavod və fabriklərdə gecəni gündüzə qataraq işləyən əmək adamlarının fədakarlığından, arxa cəbhədə göstərdikləri əsl hünərdən, Bakının ətrafında düşmən tanklarının hücumunun qarşısını almaq üçün müdafiə istehkamlarının qurulmasından, cəbhəni neft və digər yanacaq məhsulları ilə təmin edən şəhərin havadan və dənizdən qəhrəmancasına müdafiəsindən bəhs olunur.[1]

Filmin üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Ssenari müəllifi: Muxtar Dadaşov
Rejissor: Muxtar Dadaşov
Operator: Muxtar Dadaşov
Bəstəkar: Tofiq Quliyev

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 45-46

Mənbə[redaktə | mənbəni redaktə et]

  • M. Əmrahov. "Müharibə illərinin kino salnaməsi (1941-1945-ci illər)". //Təhsil, mədəniyyət, incəsənət.- 2004.- № 1.- səh. 126-129.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 80-81; 90.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Azərbaycan filmlərinin siyahısı
1944-cü ilin Azərbaycan filmləri
1940-cı illər Azərbaycan filmlərinin siyahısı