Bakı Nəqliyyat Agentliyi — Vikipediya

Bakı Nəqliyyat Agentliyi
  • Bakı Nəqliyyat Agentliyi
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yaradılma tarixi 21 dekabr 2015
Ləğv edilib 19 aprel 2023
Tabelik Bakı Şəhər İcra Hakimiyyəti
Baş qərargah
Ünvan Ziya Bünyadov prospekti 111 Bakı, Azərbaycan AZ1029
Rəhbərlik
Rəhbər İdarə heyətinin sədri: Vüsal Kərimli

Rəsmi saytı bna.az/az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bakı Nəqliyyat Agentliyipublik hüquqi şəxs statusunda Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin edən dövlət şirkəti. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2015-ci il 21 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmışdır.[1] Azərbaycan Prezidentinin 7 fevral 2022 tarixli fərmanına əsasən Bakı Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilmişdir.[2] Azərbaycan Prezidentinin 19 aprel 2023-cü il tarixli fərmanı ilə ləğv olunaraq əmlakı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin balansına verilmişdir.[3]

Tarixi[redaktə | mənbəni redaktə et]

Bakı şəhərində nəqliyyat sahəsində idarəetməni tənzimləmək üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2015-ci il 21 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi yaradılmışdır. Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli Fərmanı ilə "İcra hakimiyyəti orqanı" hüquqi statusuna malik Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi əsasında "Bakı Nəqliyyat Agentliyi" publik hüquqi şəxs statusu verilmişdir.[4]

Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 2 aprel tarixli Fərmanına əsasən Bakı Nəqliyyat Agentliyinin Nizamnaməsi təsdiq olunmuşdur.[5]

Məqsədi[redaktə | mənbəni redaktə et]

Agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir.

Bakı Nəqliyyat Agentliyi Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edən, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləməni və nəzarəti həyata keçirən publik hüquqi şəxsdir. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

Fəaliyyət istiqamətləri[redaktə | mənbəni redaktə et]

Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

  • sərnişindaşıma sahəsində nəzarəti və tənzimləməni həyata keçirir;
  • yol hərəkətinin təşkilində iştirak edir;
  • nəqliyyat axınının mərkəzləşdirilmiş qaydada idarə olunmasında iştirak etmək və aidiyyəti qurumlarla birlikdə nəqliyyat axınının tənzimlənməsini təmin edir;
  • nəqliyyatı intellektual idarəetmə sistemini tətbiq edir;
  • sərnişindaşıma sahəsinin inkişafını təmin edir.

Fəaliyyət sahələri[redaktə | mənbəni redaktə et]

BNA-nin fəaliyyət sahəsinə aşağıdakılar daxildir:

Marşrutlar[redaktə | mənbəni redaktə et]

BNA-nın əsas fəaliyyət istiqaməti paytaxtın marşrut şəbəkəsidir. Bunlar şəhərdaxili və şəhərətrafı marşrutlardır. Mövcud marşrut xətləri 172 ədəddir. Bunlardan 70-i şəhərdaxili, 102-si şəhərətrafı marşrut xətləridir.

Şəbəkədə ümumilikdə 2014 avtobus fəaliyyət göstərir. Bunlardan 1033-ü şəhərdaxili, 1012-si şəhərətrafı xətlərdə xidmət göstərir.

81 marşrut üzrə 1670 avtobus "Bakıkart" sistemi ilə xidmət göstərir.

  • "Fərqlənmə nişanına" cəlb edilmiş avtobuslar — 2045;
  • "Fərqlənmə nişanına" cəlb edilmiş şəhərdaxili avtobuslar — 1033;
  • "Fərqlənmə nişanına" cəlb edilmiş şəhərətrafı avtobuslar — 102.[6]

Taksi xidmətinin təşkili[redaktə | mənbəni redaktə et]

BNA-nın nəzarətində 101 ədəd taksi dayanacağı vardır. Agentlik tərəfindən 2016–2020-ci illər ərzində 40449 taksi minik avtomobilinə Fərqlənmə nişanı verilmişdir.[7]

Yol infrastrukturu[redaktə | mənbəni redaktə et]

BNA-nın yol infrastrukturu geniş şəbəkəyə malikdir. Bu şəbəkəyə aşağıdakılar daxildir:

  • Avtomobil dayanacaq məntəqəsi −2021 ədəd;
  • Avtobus dayanacağı pavilyonu — 1543 ədəd;
  • Avtobus informasiya terminalı (BİT) — 547 ədəd;
  • Yol nişanlanması (Ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaqlarını bildirən) — 420 ədəd;
  • Avtobus dayanacaq yeri yol nişanı — 4726 ədəd;
  • "Cib" tipli avtobus dayanacaq məntəqəsi — 467 ədəd;
  • Piyada keçidi — 1486 ədəd;
  • BNA tərəfindən idarə olunan işıqfor obyeki — 155 ədəd;
  • Pandus: 165 küçədə — 2104 ədəd;
  • Təhlükəsizlik dirəkləri: 139 küçədə — 12023 ədəd;
  • İşıqforlu yol kəsişməsi — 342 ədəd.[8]

Ekspres xətlər[redaktə | mənbəni redaktə et]

BNA-nın marşrut şəbəkəsinin əssə sahələrindən biri də ekspres xətlərdir. Belə xətlər içərisində ən fərqlənəni Hava limanı — Mərkəz Ekspres xətt xidmətidir. Bu xətt üzrə avtobuslar Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Bakı şəhərinin mərkəzinə (28 May metrostansiyası) doğru hərəkət edirlər.

Pandemiya dövründə[redaktə | mənbəni redaktə et]

Azərbaycanda xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar Bakı şəhərində metro müvəqqəti olaraq bağlanmışdır. Bu səbəbdən ictimai nəqliyyatın işində də tədbirlər görülmüşdür. Şəhərdə əhali sıxlığını nəzərə alaraq BNA şəhərdaxili xüsusi ekspres xətlər istifadəyə vermişdir. Ekspres xətlər üzrə avtobusların iş qrafiki saat 06:00–21:00 arasıdır.

Ekspes xətlərdə hərəkət edən avtobuslar metro stansiyasiyaları üzrə xidmətlər göstərir. Bu məqsədlə 10 marşrut xətləri təşkil edilmişdir. M1, M2 nömrəli ekspres avtobuslar, müvafiq olaraq metronun yaşıl və qırmızı xətləri boyunca hərəkət edir. M3, M4, M5, M6, M7,M8, M1A, M2A digər daha qısaldılmış metro stansiyaları arası xidmət göstərir.[9]

Nəqliyyatın intellektual idarəetmə sistemləri[redaktə | mənbəni redaktə et]

Bakı Nəqliyyat Agentliyinin fəaliyyət istiqamətlərindən biri də Nəqliyyatın İntellektual İdarəetmə Sisteminin işinin təşkilidir.

İNS – yol hərəkətinin idarə edilməsi, bütün nəqliyyat növlərinin (fərdi, ictimai, yük) işinin monitorinqi və idarə edilməsi, region ərazisində nəqliyyat xidmətinin təşkili haqqında vətəndaşların və müəssisələrin məlumatlandırılması məsələlərini həll edən qarşılıqlı əlaqəli avtomatlaşdırılmış sistemlər kompleksidir.

Getdikcə meqapolisə çevrilən Bakı şəhərində Nəqliyyatın İntellektual İdarəetmə Sisteminin daha mütərəqqi və davamlı texnologiyalara əsaslanaraq inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülüb. Bu məqsədlə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yaradılıb. Məqsəd, bu sahədə göstərilən xidmətin keyfiyyətini artırmaqdır.[10]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi haqqında ƏSASNAMƏ". 2021-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-18.
  2. "Arxivlənmiş surət". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-07.
  3. "Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-19.
  4. "Ümumi məlumat". 2022-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-18.
  5. "Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-18.
  6. "Paytaxtın marşrut şəbəkəsi". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-24.
  7. "Taksi xidmətinin təşkili". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-24.
  8. "Yol infrastrukturu". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-24.
  9. "Ekspres xətlər". 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-18.
  10. "Nəqliyyatın İntellektual İdarəetmə Sistemi təkmilləşdirilir". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-24.