Baharlı (Zəngilan) — Vikipediya

Baharlı
39°01′02″ şm. e. 46°40′38″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Zəngilan rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 410 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Baharlı xəritədə
Baharlı
Baharlı

BaharlıAzərbaycan Respublikasının Zəngilan rayonunun Çöpədərə kənd inzibati ərazi dairəsində kənd.[1]

1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[2]

Tarixi[redaktə | mənbəni redaktə et]

Baharlı adına ilk dəfə orta əsrlərə aid mənbələrdə təsadüf edilir. Bu soyadı ilk dəfə XV əsrdə yaşamış Əlişəkər bəy Baharlı daşımışdır. O, yaxın qohumu Qaraqoyunlu dövlətinin hökmdarı Cahanşahın hakimiyyəti illərində Həmədan hakimi idi.[3]

XVIII əsrdə Qarabağ xanlığının ictimai-siyasi, mədəni həyatında əhəmiyyətli rol oynamış Bayramxan bəy Abdulla xan oğlu Baharlı, onun oğlu Mirzə Vəli bəy Baharlı Əlişəkər bəy Baharlı nəslinin layiqli övladlarıdırlar.[3]

Zəngilan rayonunun Baharlı kəndinin yerli əhalisi Əlişəkər bəy Baharlının, onun nəslindən olan Mirzə Vəli bəy Baharlının ovladlarıdır.[3]

Mədəniyyəti[redaktə | mənbəni redaktə et]

Ermənistan Respublikası Silahlı Qüvvələrinin işğalına qədər kəndin geniş, yaraşıqlı orta məktəbi, ikimərtəbəli universamı, kitabxanası, tibb məntəqəsi, klubu və s. vardı.

Coğrafiyası və iqlimi[redaktə | mənbəni redaktə et]

Baharlı kəndi dünyada ikinci, Avropada birinci çinar meşələrinin boy verdiyi Bəsitçayın Araza qovuşacağındadır.

Əhalisi[redaktə | mənbəni redaktə et]

Erməni işğalına qədər bu kənddə otuzadək ailə yaşayırdı.

Şəxsiyyətləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. "Prezident Mincivanın işğaldan azad olunduğunu açıqladı". qafqazinfo.az (az.). 21 oktyabr 2020. 2020-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 oktyabr 2020.
  3. 3,0 3,1 3,2 Orxan Zakiroğlu (Baharlı). Əlişəkər bəy Baharlı və onun nəslinin görkəmli övladları. "Bütöv Azərbaycan" qəzeti, 11-17 iyul 2012-ci il, №23 (155)

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Məhəmməd Baharlı. Azərbaycan tarixi: Baharlılar. Bakı: Adiloğlu,2010
  • Orxan Zakiroğlu (Baharlı). Şərq tarixi: Baharlılar.(I kitab. Bakı, 2013)
  • Orxan Zakiroğlu (Baharlı). Şərq tarixi: Baharlılar.(Ensiklopedik məlumat kitabı) (II kitab. Bakı, 2013)
  • Orxan Zakiroğlu(Baharlı). Mirzə Vəli bəy və onun nəslinin tanınmış övladları. "Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri" (Doqquzuncu buraxılış). Bakı, 2014
  • Orxan Zakiroğlu (Baharlı). Baharlı tayfasının adını daşıyan ərazilər. "Bütöv Azərbaycan" qəzeti, 8-14 avqust 2012-ci il, №27 (159)
  • Orxan Zakiroğlu (Baharlı). Əlişəkər bəy Baharlı və onun nəslinin görkəmli övladları. "Bütöv Azərbaycan" qəzeti, 11-17 iyul 2012-ci il, №23 (155)

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]