Beyql — Vikipediya

Beyql
Mənşəyi
Tərkibi
Əsas

Beyql[1] (ing. Bagel; idiş בײגל‎; pol. bajgiel; həmçinin beigel)[2]ABŞ, KanadaBöyük Britaniyada geniş şəkildə istehlak edilən mayalı xəmirdən hazırlanmış qalın və halqa şəkilli çörək növü.

İlk dəfə 17-ci əsrdə Aşkenazi yəhudiləri Polşada ortaya çıxarılan[3] beyqlın istehsalında maya, un, şəkər, duz və su istifadə edilir. Dad baxımından küncütsüz simiti xatırladır.

İlk zamanlar yəhudilər tərəfindən istehlak edilən bagel, sonralar ABŞ və Kanadaya yayılmışdır. Amerikada xüsusilə, Nyu-YorkKaliforniya ştatlarında çox istehlak edilir. Simitdən fərqli olaraq suda qaynadılan bagelin küncütlü, çörəkotulu, sarımsaqlı, soğanlı, xaş-xaşlı növləri vardır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Amerikalıların beyql sevdası". 2023-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-26.
  2. "Definition: Beigel". Dictionary.com. March 5, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 11, 2011.
  3. Balinska, Maria. The Bagel: The Surprising History of a Modest Bread (ingilis). Yale University Press. 2008-11-03. ISBN 978-0-300-14232-7. 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-03.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]