Baburlu sülaləsi — Vikipediya

Baburlu xanədanı
Moğol sülaləsi
Özbək türkcəsi: Baburiylar
Türkiyə türkcəsi: Babürlüler
Ölkə Böyük Moğol imperiyası
Hissəsidir Teymurlular
Banisi Babur şah
Sonuncu hökmdar II Bahadır Şah
Hazırkı rəhbər Yoxdur
Əsası qoyulub 1526
Milliyyət Özbək türkləri
Titullar
Sultan, padşah, şah, xan, xaqan

Baburlu sülaləsi və ya Moğol xanədanıTeymurlular xanədanının bir qoludur. Məhəmməd xan Şeybaninin 1507-ci ildə Teymurlu imperatorluğuna son qoymasından sonra Teymurilərin Hindistana çəkilməsi nətciəsində yaranan Baburlu imperiyasının hakim sülaləsidir. Əsası Baburlu imperiyasının qurucusu və ilk padşahı Padşah Babur şah tərəfindən qoyulmuşdur. Babur padşah ən məşhur türk xaqanlarından olan Əmir Teymur xanın nəticəsi idi. Sülalənin nümayəndələri 5 titul daşıyırdılar: padşah, şah, sultan, xanxaqan. Sülalə türk idi, moğol (muğal) adı isə onlara onları səhvən monqol bilən avropalılar tərəfindən verilmişdir. Sülalənin son padşahı II Bahadır şahdır. Baburlular digər türk dövlətləri olan OsmanlıSəfəvi imperiyaları ilə dostluq əlaqələri qurmuşdur.