Bağlı qapı (film, 1981) — Vikipediya

Bağlı qapı
Janr dram
Rejissor Rasim Ocaqov
Ssenari müəllifi Rüstəm İbrahimbəyov
Baş rollarda Rodion Naxapetov
Nəsibə Zeynalova
Aleksandr Kalyagin
Məmməd Məmmədov
Dadaş Kazımov
Hacı İsmayılov
Larisa Xələfova
Operator Rafiq Qəmbərov
Bəstəkar Emin Sabitoğlu
Rəssam Fikrət Bağırov
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 25 iyul, 1981
Filmin digər adı Bağlı qapı arxasında
Filmin növü tammetrajlı bədii film
Müddət 85 dəq.
Ölkələr Azərbaycan Azərbaycan SSR
Dil rusca
İl 1981
Texniki məlumatlar 9 hissə
2482 metr
Rəng rəngli
IMDb ID0174112

Bağlı qapı (rus. Перед закрытой дверью) — tammetrajlı bədii filmi rejissor Rasim Ocaqov tərəfindən 1981-ci ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Lirik-psixoloji dramda başqalarının köməyinə çatan, onların dərdinə qalan bir insanın mürəkkəb taleyindən bəhs edilir. Filmə 1982-ci ildə Tallində XV Ümumittifaq kino festivalında müasir mövzuda ən yaxşı bədii filmə görə diplom və mükafat verilmişdir. Əsas rolları Rodion Naxapetov, Nəsibə Zeynalova, Aleksandr Kalyagin, Dadaş Kazımov, Hacı İsmayılovLarisa Xələfova ifa edirlər.

Məzmun[redaktə | mənbəni redaktə et]

Lirik-psixoloji dramda başqalarının köməyinə çatan, onların dərdinə qalan bir insanın mürəkkəb taleyindən bəhs edilir. Filmin qəhrəmanı möhkəm iradəli, ağıllı bir insandır. O, yaşadığı evin passiv, laqeyd qonşularından fərqlənir. Xeyirxah və namuslu oğlan olan Murad (Rodion Naxapetov) müttəhimlər kürsüsünə öz günahı üzündən əyləşməmişdir. Şərti olaraq vaxtından əvvəl buraxılan gənc başa düşür ki, ehtiyatsızlıq, ən kiçik bir səhv hərəkət onu yenidən islah əmək koloniyasına qaytara bilər.[1]

Murad doğma evinə qayıdır. Həyət sakinləri onun gəlişinə sevinirlər. Lakin adi həyat axarında həyətin sakitliyini hərdənbir qadın fəryadı pozur. Sən demə, ər öz arvadını incidirmiş. Buna artıq hamı öyrəşib. Fəryad isə hər dəfə köməyə çağırır. Bir gün Murad qarşısına qoyulmuş şərti pozub özünü bağlı qapıya atır... Onu milis şöbəsinə çağıranda, həyət sakinlərinin hamısı Muradı müdafiə etməyi qərara alır...[1]

Müəlliflər bu filmi əxlaqi mahiyyət daşıyan ibrətamiz, bir növ eyhamlı hekayə adlandırmışlar. Film aktual sosial-mənəvi problemlər qaldırır.[1]

Film haqqında[redaktə | mənbəni redaktə et]

Film yazıçı Rüstəm İbrahimbəyovun "Yaşıl qapı arxasında qadın" pyesi əsasında ekranlaşdırılmışdır.[1]

Festival və mükafat[redaktə | mənbəni redaktə et]

Filmə 1982-ci ildə Tallində XV Ümumittifaq kino festivalında müasir mövzuda ən yaxşı bədii filmə görə diplom və mükafat verilmişdir.[1]

Filmin üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Ssenari müəllifi: Rüstəm İbrahimbəyov
Rejissor: Rasim Ocaqov
Operator: Rafiq Qəmbərov
Rəssam: Fikrət Bağırov
Bəstəkar: Emin Sabitoğlu

Rollarda[redaktə | mənbəni redaktə et]

Rodion Naxapetov — Murad
Nəsibə Zeynalova — Zeynəb
Aleksandr Kalyagin — Daşdəmirov
Dadaş Kazımov — Nuru
Hacı İsmayılov — Əli
Larisa Xələfova — Şərqiyyə
Məmməd Məmmədov— Saleh
Svetlana Məmmədova — Gülya
Vaqif İbrahimoğlu(Vaqif Həsənov kimi) — Ənvər
Viktor Dəmirtaş — Fərid
Gülya Salahova — Rəna
Frunzik Mkrtçyan — Vartan
Elçin Məmmədov — Aydın
Sadıq Hüseynov — sahə müvəkkili
Nailə Mahmudova — Roza

Eldəniz Rəsulov

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 1,2 1,3 1,4 Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 112

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
  • Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 167; 291; 304.
  • Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 222; 271; 278-298.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Azərbaycan filmlərinin siyahısı
1981-ci ilin Azərbaycan filmləri
1980-ci illər Azərbaycan filmlərinin siyahısı