Bağırov körpüsü — Vikipediya

Bağırov körpüsü
azərb. Bağırov körpüsü
Bağırov körpüsü
Xəritə
40°24′09″ şm. e. 49°52′54″ ş. u.
Keçid maşın və qatar üçün
Üslubu Tağ körpü
Memar Əliş Ləmbəranski
Açılışı 1950-ci illər/2008

Bağırov körpüsü[1]Heydər Əliyev prospektində yerləşir və 1950-ci illərin əvvəlində tikilmişdir. Körpü Mircəfər Bağırovun adını daşıyır. Körpünün üzərindən Dəmiryolu vağzalı istiqamətində və əks istiqamətdə hərəkət edən qatarlar keçir. Körpünün yuxarısında "Ericsson" markasının posteri olduğu üçün bir vaxtlar "Ericsson" adı ilə də adlanırdı.

Tarixi[redaktə | mənbəni redaktə et]

Körpünün Mircəfər Bağırovun avtomobillə aeroporta gedərkən uzun müddət yoldan keçən qatarı gözləyərək əsəbləşməsindən sonra onun göstərişi ilə tikildiyi ehtimal olunur[2].

Təmiri[redaktə | mənbəni redaktə et]

Yenidən qurulması[redaktə | mənbəni redaktə et]

2008-ci ildə "Bağırov" körpüsündə yenidənqurma işlərinə başlanılıb. Yenidənqurma işləri Türkiyənin "Kolin" şirkəti tərəfindən həyata keçirilmişdir. Layihə çərçivəsində əvvəlcə körpünün üzərinə çıxış üçün nəzərdə tutulan köməkçi yollar genişləndirilmiş, bundan sonra körpünün dizaynında yeniləşmə işləri aparılmışdır.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Mark Verxovski. "Bir qədər Mircəfər Bağırov haqqında" (az.). kultura.az. 24 mart 2012. 2016-03-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-27.
  2. "Багировский мост. Автор: Дмитрий Купянский". 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-27.
  3. "Bakıda «Bağırov» körpüsündə yenidənqurma işlərinə başlanılıb". APA (az.). avtomobil.az. 2008-05-24. 2023-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-27.