Bəylərbəyi hadisəsi — Vikipediya

Bəylərbəyi hadisəsi (Türkcə: Beylerbeyi Vak‘ası) — 2 aprel 1589-cu ildə maliyyə vəziyyətinin pis olması səbəbilə başlayan yeniçəri üsyanı. Osmanlı tarixində yeniçərilərin kəllə istədikləri ilk üsyandır.[1]

Üsyanın gedişi[redaktə | mənbəni redaktə et]

Səfəvilərlə gedən müharibələr səngimiş və sülh danışıqları başlamışdı. İllərdir davam edən müharibə səbəbilə dövlət xəzinəsi boşalmış, bu səbəblə əsgərlərin maaşı gecikmişdi. Əsgərlərə ülufə divanında aşağı əyarlı sikkələrin verilməsi isə vəziyyətin nə dərəcədə çıxılmaz olduğunu göstərir.

Ancaq saraydan əhaliyə sızan bu xəbər yeniçəriləri qəzəbləndirdi. Bütün dövlət xadimləri divan məclisində ikən, yeniçərilər saraya doluşdu. Aşağı əyarlı sikkələrin həqiqi qızılla dəyişdirilməsini və bu işin baş təqsirkarı olaraq gördükləri Rumeli bəylərbəyi Mehmed Paşanın və baş dəftərdar Mahmud Əfəndinin kəllələrini istədilər. Tələb olunan dövlət adamlarını təslim aldıqdan sonra onları divanxana qapısında qətlə yetirən yeniçərilər sakitləşdi və dağıldılar.[2]

Mənbə[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2018-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-13.
  2. "Arxivlənmiş surət". 2016-12-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-13.