Bərabərayaqlılar — Vikipediya

Bərabərayaqlılar
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Bərabərayaqlılar
Beynəlxalq elmi adı

Bərabərayaqlılar (lat. İsopoda)-xərçəngkimilərin ən müxtəlif və çoxsaylı qruplarından biri.

Xarici görünüşü[redaktə | mənbəni redaktə et]

Bərabərayaqlı xərçəngkimilərin bədəni uzunsov və ya çox yastılanmış, nadir hallarda oxlovvari formada olur. Bədəni baş, döş və qarıncıqdan ibarət olur. Ətrafları ayaqçənələrə çevrilmiş birinci döş seqmenti də başın tərkibinə daxil olur. Bəzən ikinci döş seqmenti də başla bitişmiş olur. Gözləri oturaq, mürəkkəb, fasetdir, sayı iki yüzdən bir neçə yüzədək olur. Çox vaxt gözləri reduksiyaya uğramış olur və ya olmur. Baş iki cüt bığcıq və ağız çıxıntıları ilə təchiz olunmuşdur. Arxa antenalardan adətən qısa olan ön antenalar həmişə yeganə olub, 3 buğumlu saplaqdan və qamçıdan ibarət olur. Arxa antenalar bir qayda olaraq 5 buğumlu saplaqdan və çoxbuğumlu qamçıdan ibarət olur. Bəzən antenalar reduksiyaya uğramış olur. Ağız dəliyinin yanlarında yerləşmiş mandibullar cisimdən, diş çıxıntısından, lövhədən və qısqacdan ibarətdir. Parazit və bəzi yırtıcı formalarda ağız hissələrinin gəmirici funksiyası deşici və sorucu funksiyalara çevrilmiş, buna görə də qismən reduksiyaya uğramışdır.

Döş şöbəsi (mezosoma) adətən birşaxəli ayaqcıqlarla təchiz edilmiş yeddi seqmentdən ibarət olur. Parazit formalarda ayaqlar çox vaxt qismən və ya tamamilə reduksiyaya uğramışdır.

Qarın şöbəsi (metasoma) əsasən altı seqmentdən və telsondan ibarət olur, bəzi formalarda sonuncu seqment telsonla bitişərək pleotelson əmələ gətirir. Beş ön seqmentin ətraflarından bəzən ön cüt, kiçik formalarda isə arxa cüt də olmur. Ətraflar (pleopodlar) tənəffüsə və üzməyə xidmət edir. Qarın ayaqlarının (uropodlar) altıncı cütü əsas buğumdan və iki şaxədən - endo bə ekzopoditdən ibarətdir.

Daxili quruluşu[redaktə | mənbəni redaktə et]

İzopodun daxili strukturunda tipik ali xərçənglər planından demək olar ki, əhəmiyyətli sapmalar müşahidə edilmir. Həzm sistemi yaxşı inkişaf etmişdir. İfrazat orqanları-maksillyar vəzlərdir. Parazit formalarda daxili üzvlər əhəmiyyətli dərəcədə deqradasiyaya uğramışdır. İzopodların böyük hissəsi ayrıcinslidir, hermafrodit formalarına da rast gəlmək olur. İnkişafı adətən birbaşa olub yumurtlama kisəsində, nadir hallarda daxili kisələrdə baş verir. Çox növdə embrion inkişafı pereopodların -oostegitlərin yarpaq tipli əlavələrindən yaranan bir çanta içərisində baş verir.

Həyat tərzi[redaktə | mənbəni redaktə et]

İzopodların əsas yaşayış sahəsi dənizdir və burada formaların əsas müxtəlifliyi nümayiş etdirilir. Dəniz izopodları əsasən bentik heyvanlardır. İzopodlar arasınfa detritofaqlar, bitkiyeyən və yırtıcı formalar aşkar edilir. Bəzi formaların sürfələri və dişiləri xərçəngkimilərin və ya balıqların parazitidir.

Bərabərayaqlı xərçəngkimilərin praktik əhəmiyyəti o qədər də böyük deyil. Onların bəzi nümayəndələri (Limnoria, Sphderoma) dənizdə ağac qurğularını dağıtmaqla, Hemilepistus rachvatkini isə çəmən bitkilərini yeməklə inasana ziyan vurur. Hemilepistus və Armadillidium cinslərinin nümayəndələri torpaqların münbitliyində böyük rol oynayırlar.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]