Bəhruz Zeynalov (klarnet ifaçısı) — Vikipediya

Bəhruz Zeynalov
Bəhruz Mahmud oğlu Zeynalov
Ümumi məlumatlar
Doğum tarixi 24 dekabr 1926(1926-12-24)
Doğum yeri
Vəfat tarixi 25 may 1998(1998-05-25) (71 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti Klarnet ifaçısı
Fəaliyyət illəri 1940–1998
Musiqi alətləri balaban, klarnet
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1982

Bəhruz Mahmud oğlu Zeynalov (24 dekabr 1926 – 25 mart 1998 Azərbaycanlı klarnetbalaban ifaçısı, bas balabanın banisi.[mənbə göstərin]

Haqqında[redaktə | mənbəni redaktə et]

Bəhruz Zeynalov Asəf Zeynallı adına Musiqi məktəbində təhsil almışdır. 12 yaşında Üzeyir Hacıbəyovun qarşısında imtahan vermiş və balabanda ifa etdiyi ikinci musiqidən sonra birbaşa Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinə solist kimi qəbul edilmişdir.[mənbə göstərin] Sonralar o, Asəf Zeynallı adına Musiqi məktəbində pedaqoji fəaliyyətlə də məşğul olmuşdur.

Bəhruz Zeynalov balabanın, zurnanın, tütəyin tarixi, quruluşu və digər məlumatları əks etdirən bir sıra yazıların müəllifidir. Azərbaycanda ilk dəfə olaraq muğamı, eləcə də dünya, şərq, xalq və bəstəkar mahnılarını balaban, zurna hətta tütək üçün belə nota almışdır.[mənbə göstərin] Bəhruz Zeynalovun Azərbaycan Dövlət Radiosunun Qızıl fondunda onlarla musiqisi saxlanılır.

Bəhruz Zeynalov 1998-ci ildə Bakıda vəfat etmiş və Şağan kəndində dəfn olunmuşdur.

Mükafatları[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan SSR Əməkdar Artisti (1982)

Mənbə[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Səyavuş Əlizadə. Şağan və şağanlılar (Qrifli). Bakı: Nurlan. 2008. səh. 107-109.