Bəhmən Vətənoğlu — Vikipediya
Bəhmən Vətənoğlu | |
---|---|
Bəhmən Kalış oğlu Abbasov | |
Doğum adı | Bəhmən Abbasov |
Doğum tarixi | |
Doğum yeri | Seyidlər, Kəlbəcər rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (71 yaşında) |
Vəfat yeri | Gəncə, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | ADU Tarix fakültəsi |
İxtisası | tarixçi |
Fəaliyyəti | şair |
Əsərlərinin dili | azərbaycanca |
İlk əsəri | "Dəyişməmişəm" (şeir, 1958) |
Abbasov Bəhmən Kalış oğlu (Bəhmən Vətənoğlu) (31 dekabr 1932, Seyidlər, Kəlbəcər rayonu – 30 sentyabr 2004, Gəncə) — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1998).[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Bəhmən Vətənoğlu 1932-ci il[2] dekabrın 31-də Kəlbəcər rayonunun Seyidlər kəndində dünyaya gəlmişdir. Burada kənd orta məktəbini bitirdikdən sonra kolxozda çalışmış (1951-1955), kənd kitabxanasında müdir olmuşdur (1955-1960).
Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində (qiyabi) təhsilini davam etdirmişdir (1960-1965). Təyinatla Kəlbəcər rayonunun Lev kənd orta məktəbinə müəllim göndərilmişdir (1965-1970). Seyidlər kənd orta məktəbində direktor olmuşdur (1970-1993).
Qarabağ münaqişəsi dövründə ailəlikcə Gəncəyə köçüb orada məskunlaşmışlar. Bir müddət Kəlbəcər təhsil şöbəsinin metodisti işləmişdir (1993-2004).
Bədii yaradıcılığa orta məktəbdə oxuyarkən başlamışdır. İlk mətbu şeri "Dəyişməmişəm" 1958-ci ildə Kəlbəcər rayon qəzetində ("Yeni həyat uğrunda") dərc olunmuşdur. Respublika mətbuatında vaxtaşırı çıxış etmişdir. 1998-ci ildən AYB-nin üzvüdür. "Haqqa qardaş yaranmışam" (1985), "Allahsız dünya" (1992) "Vətən bizi bağışlamaz" (1995), "Qaldı ürəyimdə dağı dağların" (1997) şeir topluları nəşr olunmuşdur.Bəhmən Vətənoqlu 2004-cu il sentiyabrın 30-da beyninə qan sızaraq dünyasını dəyişmişdir. Gəncə şəhərində qələm dostları Qəmkeş Allahverdi, Sücaət uyuyan məzarlıqda torpaqa tapşırılmışdır.
Əsərləri
[redaktə | mənbəni redaktə et]- "Haqqa qardaş yaranmışam" (1985),
- "Allahsız dünya" (1992)
- "Vətən bizi bağışlamaz" (1995),
- "Qaldı ürəyimdə dağı dağların" (1997)
- "Nə yaman aldatdın Bəhməni, dünya"
- Bir ömürün bir ili
- İnsanam insana yazığım gəlir
- Allahsız dünyaya gül vətənoğlu
- Ömrün yetmişindən yüzünə doğru
- Bəlkə bir də bitdim ək məni dünya
Mənbə
[redaktə | mənbəni redaktə et]- Əli Uluxanlı. "Murovun başında qəbrim olaydı" (məqalə), Dünya qəzeti. 28 yanvar 2011-cu il. № 32-33, səh.15.
- Zakir Şəhriyaz, "Bəhmən həsrətiynən, Bəhmən eşqiynən", Bütöv Azərbaycan qəzeti, №42(174), 5-11 dekabr 2012-ci il. səh.7.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. Archived from the original on 2023-06-16. İstifadə tarixi: 17 iyun 2023.
- ↑ "Seçmə aşıq şeirləri. 3 cilddə. I cild" (PDF) (az.). DGTYB. 2011. 2016-04-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-11.