Bəşir Səfəroğlu (film, 1969) — Vikipediya

Bəşir Səfəroğlu
Fayl:Bəşir Səfəroğlu (film, 1969).jpg
Janr sənədli
qısametrajlı
bioqrafik
Rejissor Rauf Kazımovski
Ssenari müəllifi Rauf Kazımovski
Operator Nəriman Şıxəliyev
Rəssam Habil Kazımov
İstehsalçı Azərbaycan Televiziya Studiyası "Ekran" yaradıcılıq birliyi
İlk baxış tarixi 1969
Filmin növü qısametrajlı bədii-sənədli televiziya filmi
Müddət 48 dəq.
Ölkələr Azərbaycan Azərbaycan SSR
Dil azərbaycanca
İl 1969
Texniki məlumatlar 6 hissə
1400 metr
Rəng ağ-qara

Bəşir Səfəroğlu qısametrajlı bədii-sənədli televiziya filmi rejissor Rauf Kazımovski tərəfindən 1969-cu ildə ekranlaşdırılmışdır. Azərbaycan Televiziya Studiyasında istehsal edilmişdir. Film görkəmli teatr və kino aktyoru, respublikanın xalq artisti Bəşir Səfəroğlunun həyat və yaradıcılıq fəaliyyətinə həsr olunmuşdur.

Məzmun[redaktə | mənbəni redaktə et]

Film görkəmli teatr və kino aktyoru, respublikanın xalq artisti Bəşir Səfəroğlunun həyat və yaradıcılıq fəaliyyətinə həsr olunmuşdur. Burada Bəşir Səfəroğlunun iştirak etdiyi tamaşalardan və filmlərdən istifadə edilmişdir.[1]

Bəşir Səfəroğlu ...Azərbaycan operetta teatrının inkişafında böyük zəhmət çəkmiş bu gözəl sənətkarın xatirəsi tamaşaçıların qəlbində həmişə yaşayacaqdır. Bəşir Səfəroğlunun yaratdığı surətlərdən bir çoxu filmə daxil edilmişdir.[1]

Bəşir Səfəroğlu teatrı, həyatı, insanları sevirdi. Buna görə də televiziya filmində o, təkcə görkəmli bir aktyor kimi deyil, eyni zamanda gözəl insan, qayğıkeş ata, vəfalı dost kimi göstərilmişdir.[1]

Film haqqında[redaktə | mənbəni redaktə et]

Bu filmin çəkilişinə hələ aktyorun sağ olduğu vaxtdan başlanmışdır.[1] Ağır xəstəlik keçirən aktyor filmdən bir müddət sonra həyata gözlərini əbədi yummuşdur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 65-66

Mənbə[redaktə | mənbəni redaktə et]

“Humay”ın laureatları. [Onların arasında mərhum televiziya rejissoru Rauf Kazımovskinin də adı vardır] //Xalq.- 2002.- 3 dekabr.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Azərbaycan filmlərinin siyahısı
1969-cu ilin Azərbaycan filmləri
1960-cı illər Azərbaycan filmlərinin siyahısı