Bülbül (film, 1968) — Vikipediya

Bülbül
Janr bioqrafik
Rejissor Musa Bağırov
Ssenari müəllifi Kərim Kərimov
Operator Əlibala Ələkbərov
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 1968
Filmin növü qısametrajlı sənədli film
Ölkələr SSRİ SSRİ
İl 1968
Texniki məlumatlar 2 hissə
576 metr
35 mm
Çəkiliş yeri Bakı

Məzmun[redaktə | mənbəni redaktə et]

Film xalqımızın sevimli sənətkarı, SSRİ xalq artisti, SSRİ Dövlət Mükafatı laureatı, Azərbaycan professional vokal məktəbinin banisi, görkəmli opera müğənnisi, xanəndə, musiqi folkloru tədqiqatçısı Bülbül Məmmədovun anadan olmasının 70 illiyinə həsr edilmişdir.

Film bizi müğənninin uşaqlıq illəri, onun boya-başa çatdığı musiqiçilər vətəni Şuşa şəhəri ilə tanış edir. Kadrlar bir-birini əvəz edir. Budur, Bülbül Azərbaycan Dövlət Konservatoriyasının tələbəsidir... Avropa vokal mədəniyyətinin mərkəzi Milan şəhəri... Sevdiyi sənətin sirlərinə dərindən yiyələnən Bülbül burada təhsil alır...

Kadrlar böyük sənətkarın həyat və yaradıcılığının ayrı-ayrı mərhələlərini göz önündə canlandırır.

Film iki hissədən ibarətdir. 2-ci hissə Bülbülün səhnə fəaliyyətindən danışır. Burada şair Süleyman Rüstəm, bəstəkar Qara Qarayev, müğənni S. Kozlovski görkəmli müğənni Bülbül haqqında xatirələrini söyləyirlər.

Film haqqında[redaktə | mənbəni redaktə et]

Filmdə arxiv materiallarından-şəkil və kino sənədlərindən istifadə edilmişdir.

Filmin heyəti[redaktə | mənbəni redaktə et]

Film üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Rejissor: Musa Bağırov
Ssenari müəllifi: Kərim Kərimov
Operator: Əlibala Ələkbərov
Səs operatoru: Şamil Kərimov

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 173-174.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]