Böyük sərkərdə (film, 1949) — Vikipediya

Böyük sərkərdə
Janr sənədli
qısametrajlı
bioqrafik
Rejissor Mikayıl Mikayılov
Ssenari müəllifləri Məmməd Qazıyev
İosif Xeyfits
Operator Mirzə Mustafayev
İstehsalçı Bakı Kinostudiyası
İlk baxış tarixi 1949
Filmin növü qısametrajlı sənədli film
Ölkələr Azərbaycan Azərbaycan SSR
İl 1949
Texniki məlumatlar 1 hissə
293 metr

Böyük sərkərdə qısametrajlı sənədli filmi rejissor Mikayıl Mikayılov tərəfindən 1949-cu ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Film Stalinin anadan olmasının 70 illik bayramına həsr edilmişdir.

Məzmun[redaktə | mənbəni redaktə et]

Film Stalinin anadan olmasının 70 illik bayramına həsr edilmişdir.[1]

Kinooçerkdə pambıq ustası Qüdrət Səmədovun və dəmiryolçu Firudin Ağayevin Stalinə teleqram vurmaları, Ağdam rayonunda yeni məktəb binasının açılması, Ağdaş rayonundakı Oktyabrın 30 illiyi adına kolxozda yeni mədəniyyət klubunun istifadəyə verilməsi, Bakıdakı Nizami meydanında artistlərin çıxışları, opera və balet teatrında keçirilmiş təntənəli yığıncaq və s. öz əksini tapmışdır.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 55

Mənbə[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 109-113.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Azərbaycan filmlərinin siyahısı
1949-cu ilin Azərbaycan filmləri
1940-cı illər Azərbaycan filmlərinin siyahısı