Böyük Qafqazın qayalıq subnival kompleksləri — Vikipediya

Böyük Qafqazın qayalıq subnival kompleksləri — Bu tip komplekslər tədqiq olunan ərazinin əsasən 3100–3200 m-dən yüksək olan suayrıcı qurşaq zonasında, konkret olaraq Baş Qafqaz silsiləsinin Babadağ-Salavat hissəsini əhatə edir. Burada yamacların dikliyi 30-400 olub, əsasən qayalıqlardan, iri sal daş çıxıntılarından ibarətdir.

İqlim.[redaktə | mənbəni redaktə et]

Subnival komplekslərin formalaşmasında relyefin hündürlüyü və iqlim şəraiti mühüm rolo oynayır. Çılpaq qayalıqlar torpaq örtüyündən məhrumdur, yalnız çökəkliklərin dibində bəsit formada nazik torpaq örtüyü yaranmışdır. Ərazi üçün qədim buzlaqların izi olan təknəvari dərələr, morenlər, karlar, sirklər səciyyəvidir.

Subnival qurşağın iqlim şəraiti çox sərtdir. Ortaillik temperatur 00-dən artıq olur. Orta yanvar temperatur -140, orta iyul +2+40C təşkil edir. Ortaillik yağıntıların miqdarı 600-900 mm olub onun əksəriyyəti ilin isti dövründə düşür. Ərazidə mütləq minimum temperatur il ərzində -300-dən aşağı, mütləq maksimum isə +100 təşkil edir. Qayalıq subnival qurşaqda davamlı qar örtüyü 200 gündən artıq qalır. Subnival qurşaqda yamacların dikliyi, güclü denudasiya proseslərinin təsiri nəticəsində torpaqəmələgəlmə primitiv formadadır. Ancaq nisbətən mühafizə olunan hissələrdə çox nazik qalınlığa malik primitiv dağ-çəmən torpaqları formalaşmışdır.[1]

Bitki örtüyü.[redaktə | mənbəni redaktə et]

Subnival qurşağın bitki örtüyü müxtəlif olub, ərazinin dikliyindən və parçalanmasından asılıdır. Qayalıq subnival qurşağın bitki örtüyü formalaşmamış formasiyalardan təşkil olunmuşdur. Bu bitkilər qayalıqlarda, çökəklərdə, ümumiyyətlə yuxa torpaq qatı olan yerlərdə formalaşmışdır və əsasən mamır və s. qayalıq bitkilərindən ibarətdir.  [2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Б.А.Будагов. Современные естественные ландшафты Азербайджанской ССР. Баку 1988.
  2. М.А.Мюсеибов. Ландшафты Азербайджанской Республики. Баку, 2013.