Böyük Gilətağ — Vikipediya

Böyük Gilətağ
39°10′12″ şm. e. 46°37′03″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Zəngilan rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 670 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Böyük Gilətağ xəritədə
Böyük Gilətağ
Böyük Gilətağ

Böyük GilətağAzərbaycan Respublikasının Zəngilan rayonunun Gilətağ kənd inzibati ərazi dairəsində kənd.[1]

1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

2020-ci il noyabrın 2-də Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi.

Tarixi[redaktə | mənbəni redaktə et]

Oxcu çayının (Arazın qolu) sol sahilindən 10 km aralı Bərgüşad silsiləsinin ətəyindədir. Keçmış adı İydəli Gilətağ olmuşdur. Bəzən Böyük Gilyataq variantında da təsadüf edilir. XIX əsrə aid mənbələrdə isə Kirətağ variantında qeydə alınmışdır. Kəndin ərazisi keçmışdə Xocahan (Qubadlı rayonu) bəylərinə məxsus olmuşdur. Kirətağ kəndinin əkin sahəsi az olduğu üçün onun camaatı bu ərazini Xocahan bəylərindən almış və əkin yerinə çevirmişdır. XIX əsrin ortalarında Kirətağdan bəzi ailələr köçərək burada həmişəlik məskunlaşmışlar. Yeni yaşayış məntəqəsi də keçmiş kəndin adı ilə adlandırılmışdır. Böyük sözü eyniadlı yaşayış məntəqələrini fərqləndirmək üçün artırılmışdır. Toponimik termin kimi gilə/kirə komponenti "əkilməmış sahə", "daş-kəsəkli yer", tağ sözü isə "gilli yer, bitkisiz, otsuz yer" mənalarında işlənir.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh.152