Böyük İpək Yolunda (film, 1986) — Vikipediya

Böyük İpək Yolunda
Janr sənədli
qısametrajlı
tarixi
Rejissor Nicat Bəkirzadə
Ssenari müəllifləri Teymur Bəkirzadə
Nemət Rzayev
Operator Yuri Varnovski
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 1986
Filmin növü qısametrajlı sənədli film
Ölkələr Azərbaycan Azərbaycan SSR
İl 1986
Texniki məlumatlar 2 hissə
513 metr
Rəng rəngli

Böyük İpək Yolunda qısametrajlı sənədli filmi rejissor Nicat Bəkirzadə tərəfindən 1986-cı ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film YUNESKO xətti ilə keçirilən "İpək Yolunun Kompleks Şəkildə Öyrənilməsi" adlı beynəlxalq proqramla əlaqədar qədim karvan yolları ilə tanış olmaq üçün Azərbaycana gəlmiş xarici qonaqların səfərindən bəhs edir.

Məzmun[redaktə | mənbəni redaktə et]

Elmi-kütləvi film YUNESKO xətti ilə keçirilən "İpək Yolunun Kompleks Şəkildə Öyrənilməsi" adlı beynəlxalq proqramla əlaqədar qədim karvan yolları ilə tanış olmaq üçün Azərbaycana gəlmiş xarici qonaqların səfərindən bəhs edir.[1]

Filmdə Böyük İpək Yolu ilə bağlı tarixi materillardan, Azərbaycanda qazıntı zamanı aşkara çıxarılmış arxeoloji nümunələrdən, Azərbaycan ipəyinin tarixindən, şərqin və qərbin qədim dövrlərdəki sıx əlaqələrindən, habelə Böyük İpək Yolunun bəşər mədəniyyəti tarixində oynadığı roldan söhbət açılır.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 250-251

Mənbə[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 332.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Azərbaycan filmlərinin siyahısı
1986-cı ilin Azərbaycan filmləri
1980-ci illər Azərbaycan filmlərinin siyahısı