Azadlıq döyüşü: Horadiz əməliyyatı (film, 2013) — Vikipediya

Azadlıq döyüşü: Horadiz əməliyyatı
Janr sənədli
qısametrajlı
tarixi
müharibə
İstehsalçı Azərbaycan televiziyası
İlk baxış tarixi 2013
Filmin növü qısametrajlı sənədli televiziya filmi
Ölkələr Azərbaycan Azərbaycan
Dil Azərbaycanca
İl 2013
Rəng Rəngli

Azadlıq döyüşü: Horadiz əməliyyatı — qısametrajlı sənədli televiziya filmi 2013-cü ildə Azərbaycan televiziyasında istehsal edilmişdir. Film 1993-cü ilin dekabrından başlamış 6 yanvar tarixinə kimi davam edən, Azərbaycan Respublikasının Füzuli rayonunun Horadiz qəsəbəsi üzrə Azərbaycan Silahlı QüvvələriErmənistan Silahlı Qüvvələri arasında baş verən azadlıq döyüşü olan Horadiz əməliyyatından bəhs edir.

Məzmun[redaktə | mənbəni redaktə et]

Film 1993-cü ilin dekabrından başlamış 6 yanvar tarixinə kimi davam edən, Azərbaycan Respublikasının Füzuli rayonunun Horadiz qəsəbəsi üzrə Azərbaycan Silahlı QüvvələriErmənistan Silahlı Qüvvələri arasında baş verən azadlıq döyüşü olan Horadiz əməliyyatından bəhs edir.

Nəticədə, Horadiz qəsəbəsi, Füzuli rayonunun 20 kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi Azərbaycanın nəzarətinə keçdi.

Horadiz əməliyyatı Azərbaycan Ordusunun 1994-cü ilin qış kampaniyasında keçirdiyi ən uğurlu əməliyyat olub. Əməliyyatda misilsiz qəhrəmanlıq nümunələri göstərdiklərinə görə 8 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]