Azad Novruzov — Vikipediya

Azad Novruzov
Novruzov Azad Sevindik oğlu
Doğum tarixi 1 iyun 1965(1965-06-01) (58 yaş)
Doğum yeri
Elm sahəsi Riyaziyyat
Elmi dərəcəsi Pedaqogika üzrə fəlsəfə doktoru
Elmi adı Dosent
İş yeri Naxçıvan Müəllimlər İnstitutu
Təhsili ali, Naxçıvan Dövlət Universiteti

Novruzov Azad Sevindik oğlu (1 iyun 1965, Aşağı Qışlaq, Şahbuz rayonu) — Naxçıvan Müəllimlər İnstitutunun rektoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent.[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Azad Novruzov 1965-ci il 1 iyun tarixdə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Aşağı Qışlaq kəndində anadan olmuşdur.

1982–1989-cu illərdə Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Fizika-Riyaziyyat fakültəsində təhsil almışdır.

1983–1985-ci illərdə hərbi xidmətdə olmuşdur.

Elmi və pedoqoji fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1989-cu ildən etibarən ixtisası üzrə əmək fəaliyyətinə başlamışdır. 1995-ci ildən 2018-ci ilədək Naxçıvan Dövlət Universitetinin Riyaziyyat kafedrasında baş laborant, müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır.

2004–2018-ci illərdə Naxcıvan Müəllimlər İnstitutunun Pedaqoji fakültəsinin dekanı vəzifəsində çalışmışdır.

2000-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində "Ali pedaqoji məktəblərin "Riyazi analiz" kursu ilə orta məktəbin "Cəbr və analizinin başlanğıcı" kursu arasında qarşılıqlı əlaqənin elmi-metodiki əsasları" mövzusunda dissertasiyası müdafiə etmişdir.

2006-cı ildə Riyaziyyat və informatika kafedrası üzrə dosent elmi adı almışdır.

Təltif və mükafatları[redaktə | mənbəni redaktə et]

2015-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi fəxri adına layiq görülmüşdür.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Naxçıvan Müəllimlər İnstitutu". 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-17.