Azərmarka — Vikipediya

Azərmarka
Ümumi məlumatlar
Tipi dövlətə məxsus müəssisə
Sənaye Poçt markası
Məhsulu Poçt markası
Təsis tarixi 1991
Baş qərargahın yeri
stamps.azerpost.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
"Azərmarka" tərəfindən çap edilmiş görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev və həyat yoldaşı Zərifə Əliyeva xatirəsinə poçt markaları.

AzərmarkaAzərbaycan Respublikasının bütün poçt markalarının istehsalı və paylanması üçün məsul Azərbaycan dövlət şirkəti.

"Azərmarka" şirkəti 1992-ci ildə Azərbaycan Respublikası Rabitə Nazirliyinin 14 iyul 1992-ci il tarixli 104 saylı əmri ilə yaradılmışdır. "Azərmarka" şirkətinin nizamnaməsi 13 sentyabr 1995-ci il tarixində D-707 saylı şəhadətnamə ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Rabitə Nazirliyi yenidən təşkil edilib. Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin yaranması ilə əlaqədar 15 avqust 2005-ci il tarixində nizamnaməyə müvafiq dəyişiklik edilmişdir. 27 aprel 2021-ci il tarixindən "Azərpoçt"a birləşmişdir.[1]

Poçt markaların çap olunması üçün ilin əvvəlində tematik plan tərtib olunur. Plan əsasında poçt markanın dizaynı "Azərmarka" şirkətində hazırlanır və təsdiq olunması üçün nazirliyə göndərilir. Tematik plan nazirlikdə müvafiq sərəncamla təsdiq olunduqdan sonra müxtəlif mövzuları əks etdirən poçt markalar əlamətdar günlər qabağı çap olunur.

1992-ci ildən bu günə kimi (2012-ci il) "Azərmarka" tərəfindən 100 mövzuda 563 orijinal süjetli poçt markası hazırlanaraq çap olunmuşdur. Görkəmli şəxsiyyətlərə, arxitekturaya, flora və faunaya, milli mövzuya, nəqliyyata, idmana, kosmosa və digər mövzulara aid 145 milyon 600 mindən artıq ümumi tirajla poçt markası çap olunaraq dövriyyəyə buraxılmışdır.

Buraxılış tematikasında Azərbaycanın görkəmli şəxsiyyətləri xüsusi yer tutur. Bu mövzuda görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevə həsr olunmuş 12 marka, 9 poçt markası bloku buraxılmışdır. Poçt markaları vasitəsilə Qara YanvarXocalı soyqırımı faciələri, həmçinin Qarabağın şəhərləri, onun flora və faunası haqqında dünya ictimaiyyətinə məlumatlar çatdırılır.

Şirkətin Prezidenti, İntiqam Əlisoltan oğlu Bağırlı.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ""Azərmarka"nın "Azərpoçt"a birləşdirilməsinin səbəbi açıqlanıb". marja.az (az.). 2024-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-24.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]