Azərbaycanda sovet ədəbiyyatı günləri (film, 1975) — Vikipediya

Azərbaycanda sovet ədəbiyyatı günləri
Janr sənədli
qısametrajlı
Rejissorlar Rüfət Şabanov
Nurəddin Tağıyev
Operator Sergey Bədəlov
İstehsalçı "Azərbaycantelefilm"
İlk baxış tarixi 1975
Filmin növü qısametrajlı sənədli televiziya filmi
Ölkələr Azərbaycan Azərbaycan SSR
İl 1975
Texniki məlumatlar 2 hissə
501 metr
Çəkiliş yeri Bakı

Azərbaycanda sovet ədəbiyyatı günləri qısametrajlı sənədli televiziya filmi rejissorlar Rüfət Şabanov və Nurəddin Tağıyev tərəfindən 1975-ci ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Kinolentdə Azərbaycanda keçirilən sovet ədəbiyyatı günlərindən danışılır.

Məzmun[redaktə | mənbəni redaktə et]

Kinolentdə Azərbaycanda keçirilən sovet ədəbiyyatı günlərindən danışılır. Sovet İttifaqından, dünyanın 50 xarici ölkəsindən-Polşa, Bolqarıstan, Yaponiya, Portuqaliya, Fransa, Rumıniya, Macarıstan, Monqolustan, Kuba və b. yerlərdən gəlmiş yazıçıların bu tədbirdə iştirak etmələri, Mərdəkanda görkəmli rus şairi Sergey Yeseninin muzeyinin açılışı, yazıçıların Naxçıvan MR, Dağlıq Qarabağ, Sumqayıt, Gəncə, Şəki, Lənkəran, ŞamaxıNeft Daşlarına gedib orada görüşlər keçirmələri və s. tədbirlər filmdə öz əksini tapmışdır.[1]

Filmin üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Rejissor: Rüfət Şabanov, Nurəddin Tağıyev
Operator: Sergey Bədəlov

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 174

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Azərbaycan filmlərinin siyahısı
1975-ci ilin Azərbaycan filmləri
1970-ci illər Azərbaycan filmlərinin siyahısı