Azərbaycanda ovçuluq — Vikipediya

Azərbaycanda ovçuluq turizmi 1963-cü ildən fəaliyyət göstərir. Son illər bu sahəyə maraq daha da çoxalmışdır.

Ovçuluq – quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növüdür.

Ov obyekti - qanunvericiliklə müəyyən edilmiş qaydada ovlanmasına icazə verilmiş təbii sərbəstlik və yarımsərbəst şəraitində xüsusi ayrılmış yerlərdə yaşayan, habelə ayrı-ayrı hüquqi və fiziki şəxslər tərəfindən yetişdirilib artırılan vəhşi heyvan növləridir.

Azərbaycan ərazisində ovlanmasına icazə verilən heyvan növləri aşağıdakılardır:

·        Dağıstan turu

·        Çöl donuzu

·        Dovşan

·        Bataqlıq qunduzu (nutriya) - Nutriya təsərrüfatları olan təşkilatlar

·        Cüllüt (qırıldayan cüllüt, ağquyruq çökükburun, kiçik kroşnep və çöl hamaquyruq cüllütü istisna olmaqla)

·        Qaz (ağqaş və qırmızıdöş qaz istisna olmaqla)

·        Ördək (ağgöz qara ördək, göydimdik, qılquyruq ördək və mərmərcürə istisna olmaqla)

·        Qaşqaldaq

·        Alabaxta

·        Bildirçin


Ovlanma vaxtı

Dağıstan turu iyun ayının əvvəlindən – oktyabr ayının birinci ongünlüyünədək
Çöl donuzu sentyabr ayının ortalarından – dekabr ayının ikinci ongünlüyünədək
Dovşan noyabr ayının ortalarından – yanvar ayının birinci ongünlüyünədək
Bataqlıq qunduzu (nutriya) oktyabr ayının əvvəlindən – fevral ayının ortalarınadək
Cüllüt sentyabr ayının ortalarından – noyabr ayının ikinci ongünlüyünədək
su-bataqlıq quşları (qaz, ördək və qaşqaldaq) oktyabr ayının birinci ongünlüyündən – mart ayının əvvəllərinədək
Alabaxta və bildirçin avqust ayının ikinci ongünlüyündən – noyabr ayının ortalarınadək


Ovçuluq təsərrüfatları[redaktə | mənbəni redaktə et]

Sıra №-si Adı Yerləşdiyi inzibati ərazi Sahəsi

(ha ilə)

Məqsədi
1. Uludüz Şamaxı rayonu 5500 Vəhşi heyvanların artırılması və bərpası
2. Şəki Şəki və Oğuz rayonları 60000 Dağıstan turu və çöl donuzunun ovlanması
3. Samux Samux rayonu 40424 Çöl donuzu və su-bataqlıq quşlarının (qaz ördək və qaşqaldaq) ovlanması
4. Yaşma Xızı rayonu 4000 Su-bataqlıq quşlarının (qaz, ördək, qaşqaldaq) ovlanması
5. Giləzi Xızı rayonu 25 Su-bataqlıq quşlarının (qaz, ördək, qaşqaldaq) ovlanması
6. Babadağ Quba və İsmayıllı rayonları 61000 Dağıstan turu və çöl donuzunun ovlanması
7. Sarısu İmişli və Sabirabad rayonları 45000 Balıqların və su-bataqlıq quşlarının (qaz, ördək, qaşqaldaq) ovlanması
8. Varvara Yevlax rayonu 7762 Su-bataqlıq quşlarının (qaz, ördək, qaşqaldaq) ovlanması
9. Şərbət-Qobu İmişli rayonu 10924 Balıqların və su-bataqlıq quşlarının (qaz, ördək, qaşqaldaq) ovlanması
10. Mahmudçala Biləsuvar rayonu 7136 Su-bataqlıq quşlarının (qaz, ördək, qaşqaldaq, cüllüt) ovlanması
11. Zəvvar Cəlilabad 20000 Su-bataqlıq quşlarının (qaz, ördək, qaşqaldaq, cüllüt) ovlanması
12. Qırmızıkənd Masallı və Neftçala rayonları 10000 Su bataqlıq quşlarının (qaz, ördək, qaşqaldaq) ovlanması
13. Ağzıbir Şabran rayonu 21000 Su-bataqlıq quşlarının (qaz, ördək, qaşqaldaq) ovlanması


Cəbhə zonasına yaxın inzibati rayonların ərazilərində, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, şəhərlərin və kurortların ətrafında yerləşən ən azı 1,5 kilometrə qədər sahələrdə, xüsusi mühafizə olunan ərazilərin daxilində və onların sanitariya-mühafizə zonalarında ov fəaliyyətinin həyata keçirilməsi  qadağandır.