Azərbaycanda etimad referendumu (1993) — Vikipediya

Azərbaycanda Etimad Referendumu- 29 Avqust 1993-cü ildə Sürət Hüseynovun çevrilişindən sonra keçirilən prezident Əbülfəz Elçibəyə etimad referendumu.

Haqqında[redaktə | mənbəni redaktə et]

1993-cü il avqustun 29-da Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyə etimad göstərilməsi məsələsi haqqında ümumxalq səsverməsi olmuşdur. Referendumda "Siz Azərbaycan Respublikasının Prezidentinə etimad edirsiniz mi?" sualı verilmiş, seçici siyahılarına salınmış 4.097.367 vətəndaşın 3.767.928 nəfəri seçkilərdə iştirak etmiş, 92,02 faizi Ə.Elçibəyə etimad göstərilməsi əleyhinə səs vermiş, yalnız 77.730 nəfəri, yaxud 2,1 faizi ona etimad göstərmişdir.[1][2] Seçici fəallığı 91,6% olmuşdur.

Nəticələr[redaktə | mənbəni redaktə et]

Seçim Səs %
77,730 2.0
Yox 3,673,978 98.0
Etibarsız bülleten 16,220
Cəmi 3,767,928 100
Seçicilərin sayı 4,097,367 92.0
Mənbə: Nohlen et al.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. https://web.archive.org/web/20041221235254/http://www.cec.gov.az/az/umumi/seckiler-referendumlar/1993.htm
  2. Dieter Nohlen, Florian Grotz & Christof Hartmann (2001) Elections in Asia: A data handbook, Volume I, p360 ISBN 0-19-924958-X