Azərbaycan vətənimdir. Nisim Nisimov (film, 1994) — Vikipediya

Azərbaycan vətənimdir. Nisim Nisimov
Fayl:Azərbaycan vətənimdir. Nisim Nisimov (film, 1994).jpg
Janr sənədli
qısametrajlı
bioqrafik
Rejissor Nazim Abbas
Operator Oqtay Əlizadə
İstehsalçı Azərbaycan televiziyası ("Azərbaycantelefilm")
İlk baxış tarixi 1994
Filmin növü qısametrajlı sənədli televiziya filmi
Müddət 40 dəq.
Ölkələr Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 1994
Rəng rəngli

Azərbaycan vətənimdir. Nisim Nisimov qısametrajlı sənədli televiziya filmi rejissor Nazim Abbas tərəfindən 1994-cü ildə çəkilmişdir. Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Quba yəhudilərindən olan istedadlı xanəndə və tarzən Nisim Nisimov haqqındadır. Nisim Nisimov ölkəmizdə tarda həm çalıb, həm də oxuyan nadir sənətçilərdəndir.

Məzmun[redaktə | mənbəni redaktə et]

Film Azərbycan muğamının və xalq mahnılarının mahir ifaçısı olan Nisim Nisimova həsr olunub. Nisimin qeyri adiliyi ondadır ki, o Quba yəhudilərindən olan ilk mügənni-xanəndədir. Nisim Azərbaycan dilində oxuyanda heç kim deyə bilmir ki, o azərbaycanlıdır, yoxsa yəhudidir. O da ondan irəli gəlir ki, Nisimov Azərbaycana, daxilən böyük sevgi ilə bağlıdır.

N.Nisimovun sözlərinə görə Azərbaycan muğamı onun üçün sonu olmayan bir dəryadır və muğamsız həyatı o təsəvvür edə bilmir. O, bir çox ölkələrdə, xüsusi ilə də Amerika Birləşmiş Ştatlarının və Kanadanın iri şəhərlərində Azərbaycan muğamının sehrini və ecazkarlığını xarici vətəndaşlara böyük məharətlə tanıtdırıb.

Filmdə Nisim Nisimovun ifasında bir neçə xalq mahnısı lentə alınıb. Bu mahnıları Quba təbiətinin ecazkar gözəlliyi müşaət edir.[1]

Film üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Rejissor: Nazim Abbas
Operator: Oqtay Əlizadə

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Bizim filmlərimiz". AzTv (az.). Aztv. Archived from the original on 2005-12-10. İstifadə tarixi: Arxivləşdirilib.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Azərbaycan filmlərinin siyahısı
1994-cü ilin Azərbaycan filmləri
1990-cı illər Azərbaycan filmlərinin siyahısı