Azərbaycan motivləri (film, 2008) — Vikipediya

Azərbaycan motivləri
Azərbaycan motivləri
Fayl:Azərbaycan motivləri (film, 2008).jpg
Janr sənədli
qısametrajlı
musiqili
Rejissor Ziya Şıxlinski
Prodüser Cavid İmamverdiyev
Ssenari müəllifi Rəhman Bədəlov
Operator Adil Abbas
İstehsalçı "Yaddaş" Sənədli Filmlər Studiyası
İlk baxış tarixi 2008
Filmin növü qısametrajlı sənədli film
Müddət 18 dəq.
Ölkələr Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 2008
Rəng [rəngli

Azərbaycan motivləri — rejissor Ziya Şıxlinski[1] tərəfindən 2008-ci ildə çəkilmiş qısametrajlı sənədli filmi. "Yaddaş" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Film­də Azər­bay­can şai­ri Nizami Gəncəvi döv­rün­dən bu gü­nü­mü­zə qə­dər olan klas­sik sə­nət­kar­la­rın əsər­lə­ri­nin ek­ran hə­ya­tı ya­şa­ma­sı və mu­si­qi­lər­də səs­lən­di­ril­mə­si əsas ola­raq gös­tə­ril­miş­dir. 2008-ci ildə Aşqabadda “Türkmənistan və dünya kino prosesi” beynəlxaq kinofestivalında film Xüsusi mükafat almışdır.

Məzmun[redaktə | mənbəni redaktə et]

Film­də Azər­bay­can şai­ri Nizami Gəncəvi döv­rün­dən bu gü­nü­mü­zə qə­dər olan klas­sik sə­nət­kar­la­rın əsər­lə­ri­nin ek­ran hə­ya­tı ya­şa­ma­sı və mu­si­qi­lər­də səs­lən­di­ril­mə­si əsas ola­raq gös­tə­ril­miş­dir. Bu­ra­da Müslüm Maqomayevin "Şah İs­ma­yıl" ope­ra­sı­nın ya­ran­ma ta­ri­xin­dən be­lə söz açı­lır.[1]

Qobustan, İçərişəhər, Atəşgah, İn­cə­sə­nət Mu­ze­yi, Şir­van­şah­lar Mu­ze­yi və di­gər mən­zə­rə­li, ta­ri­xi əhə­miy­yət kəsb edən abi­də­lər film bo­yu təq­dim olu­nur. Ey­ni za­man­da, Gəncə, Şəki, Naxçıvan, Qazaxla bağ­lı gö­rün­tü­lər də fil­mə da­xil olun­muş­dur. Bu böl­gə­lə­rin ta­ri­xi­ni əks et­di­rən abi­də­lə­rə üs­tün­lük ve­ril­miş­dir.[1]

Film­də Azər­bay­ca­nın klas­sik mu­si­qi­çi­lə­ri­nin Qara Qarayevin, Üzeyir Hacıbəyovun, Fikrət Əmirovun əsər­lə­rin­dən is­ti­fa­də olun­muş­dur. Ey­ni za­man­da, iki pia­no­çu­nun ifa­sın­da gö­zəl mu­si­qi nöm­rə­lə­ri də səs­lən­di­ri­lir. Vaqif Mustafazadə­nin kadr ar­xa­sı "Dü­şün­cə" və Murad Hüseynovun ifa­sın­da "Sa­rı gə­lin" əsər­lə­ri təq­dim olu­nur.[1]

Festival və mükafat[redaktə | mənbəni redaktə et]

2008-ci ildə Aşqabadda “Türkmənistan və dünya kino prosesi” beynəlxaq kinofestivalında film Xüsusi mükafat almışdır.[2]

Filmin üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Ssenarist: Rəhman Bədəlov
Rejissor: Ziya Şıxlinski
Operator: Adil Abbas
Prodüser: Cavid İmamverdiyev

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 "Azər­bay­can mo­tiv­lə­ri" sə­nəd­li fil­mi­nin çə­ki­liş­lə­ri ye­kun­la­şıb". Səs (az.). ANL. 7 avqust 2008. 2019-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-24.
  2. ""Azərbaycan motivləri" filmi xüsusi mükafata layiq görülmüşdür" (az.). AzərTac. 12 noyabr 2008. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-24.