Azərbaycan milli parkları — Vikipediya

Azərbaycan milli parklarıAzərbaycan Respublikasının ərazisində yerləşən milli parklar.

Tarixi[redaktə | mənbəni redaktə et]

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmazdan əvvəl Azərbaycanda milli parklar mövcud deyildi. Azərbaycanda milli parklar 2003-cü ildən etibarən yaradılmağa başlayıb. 2003-cü ildə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Akademik Həsən Əliyev adı verilən Zəngəzur Milli Parkı, Şirvan Milli Parkı, Ağgöl Milli Parkı, 2004-cü ildə Hirkan Milli Parkı, Altıağac Milli Parkı, 2005-ci ildə Abşeron Milli Parkı, 2006-cı ildə Şahdağ Milli Parkı, 2008-ci ildə Göygöl Milli Parkı, 2012-ci ildə isə Samur-Yalama Milli Parkı yaradılıb.

2008-ci ildə Hirkan Milli Parkının ərazisi 13.037 hektar genişləndirilərək 29.760 hektardan 42.797 hektara, 2010-cu ildə Şahdağ Milli Parkının ərazisi 14.613,1 hektar genişləndirilərək 115.900 hektardan 130.508,1 hektara çatdırılıb.

Hazırda milli parklar 310.136,5 hektarlıq ərazi ilə Azərbaycan ərazisinin 3,58%-ni təşkil edir.

Bununla yanaşı, yeni milli parkların, dövlət təbiət qoruqlarının yaradılması istiqamətində müvafiq işlər davam etdirilərək, Qızılağac dövlət təbiət qoruğunun ərazisinin genişləndirilərək dənizkənarı milli parkın yaradılması nəzərdə tutulmuşdur. Eyni zamanda Almaniya Federal Hökumətinin dəstəyi ilə "Qafqaz təşəbbüsü" proqramı çərçivəsində Samur-Yalama Milli Parkının layihəsi işlənilmiş və icrasına başlanılmış, 2012-ci ildə milli parkın yaradılmasıyla tamamlanmışdır.

Adı Quruluş tarixi Ərazisi (km²) Rayonlar Xəritədə
1. Zəngəzur Milli Parkı 16 iyun 2003 427,97 km² Ordubad
Azərbaycan milli parkları (Azərbaycan)
Azərbaycan milli parkları, Azərbaycan
2. Ağgöl Milli Parkı 5 iyul 2003 179,24 km² Ağcabədi
Beyləqan
Azərbaycan milli parkları (Azərbaycan)
Azərbaycan milli parkları, Azərbaycan
3. Şirvan Milli Parkı 5 iyul 2003 543,73 km² Salyan
Neftçala
Azərbaycan milli parkları (Azərbaycan)
Azərbaycan milli parkları, Azərbaycan
4. Hirkan Milli Parkı 9 fevral 2004 427,97 km² Lənkəran
Astara
Azərbaycan milli parkları (Azərbaycan)
Azərbaycan milli parkları, Azərbaycan
5. Altıağac Milli Parkı 31 avqust 2004 110,35 km² Xızı
Siyəzən
Azərbaycan milli parkları (Azərbaycan)
Azərbaycan milli parkları, Azərbaycan
6. Abşeron Milli Parkı 8 fevral 2005 7,83 km² Bakı
Azərbaycan milli parkları (Azərbaycan)
Azərbaycan milli parkları, Azərbaycan
7. Şahdağ Milli Parkı 8 dekabr 2006 1305,08 km² Quba
Qusar
İsmayıllı
Qəbələ
Oğuz
Şamaxı
Azərbaycan milli parkları (Azərbaycan)
Azərbaycan milli parkları, Azərbaycan
8. Göygöl Milli Parkı 1 aprel 2008 127,55 km² Göygöl
Azərbaycan milli parkları (Azərbaycan)
Azərbaycan milli parkları, Azərbaycan
9. Samur-Yalama Milli Parkı 5 noyabr 2012 117,72 km² Xaçmaz
Azərbaycan milli parkları (Azərbaycan)
Azərbaycan milli parkları, Azərbaycan
10. Qızılağac Milli Parkı 26 sentyabr 2018 990 km² Lənkəran

Coğrafi mövqeyi[redaktə | mənbəni redaktə et]

Şəkillər[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]