Azərbaycan etirazları (2016) — Vikipediya

2016 Azərbaycan etirazları
Yer Azərbaycan
Tarix 12 yanvar 2016
Əsas məqsəd qiymət artımına, işsizliyə qarşı və sosial vəziyyətlə əlaqədar etirazlar
Nəticə un və çörəyin qiyməti endirilib[1]

2016 Azərbaycan etirazları2016-cı il 12 yanvardan başlayan Azərbaycanda qiymət artımına, işsizliyə qarşı və sosial vəziyyətlə əlaqədar etirazlar.

Tarixi[redaktə | mənbəni redaktə et]

2016-cı il yanvarın 12-də Lənkəran, FüzuliSiyəzəndə sosial vəziyyətlə əlaqədar etiraz aksiyaları keçirilib.[2] Lənkəranın Liman qəsəbə sakinləri Ələt-Astara yolunu bağlayıblar.[2] Sakinlər qiymətlərin bahalaşmasına və işsizliyə etirazlarını bildiriblər.[2] Azadlıq Radiosunun məlumatına görə, aksiyanın qarşısını almaq üçün əraziyə polis qüvvələri cəlb olunub.[2]

Siyəzəndə isə bahalaşmaya etiraz edən sakinlər Rayon İcra Hakimiyyətinin qarşısına toplaşıblar.[2] Sakinlər mövcud şərtlərlə yaşamağın qeyri-mümkün olduğunu bildiriblər.[2]

Daha bir etiraz aksiyası Ağcabədidə keçirilib. Sakinlər bahalaşmaya etiraz ediblər.[2] Bundan başqa, məlumatlara görə, 3 Ağcabədi sakini binanın başına çıxaraq intihar etməyə cəhd göstərib.[2] Bahalaşma və işsizlik Hindarx kəndində də etirazlara səbəb olduğu bildirilir.[2] BBC-inin məlumatına görə, günorta saatlarında 200-ə yaxın sakin bir araya gələrək Ağdaş-Bərdə yolunu bağlayıblar.[2] Görüş kənddə yerləşən stadionda keçirilib.[2]

Füzuli rayonunun Bala Bəhmənli kəndində də sakinlər bahalaşmaya görə etiraz aksiyası keçirib.[2] Füzuli rayon İcra Hakimiyyəti başçısının birinci müavini Bağır Aslanov Füzulidə baş verən etiraz aksiyasına qiymət artımının səbəb olduğunu təsdiqləyib.[2]

Azərbaycanda bahalaşan ərzaq qiymətlərinə etirazlardan bir gün sonra, hökumət buğda idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışına əlavə dəyər vergisini aşağı salıb.[1]

Sosial şəbəkələrdə[redaktə | mənbəni redaktə et]

Bəzi sosial şəbəkə istifadəçiləri Facebook və Twitter şəbəkələrində əsgərlərin cümləsini #etiraz heşteqilə şərh ediblər.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 "Un və çörəyin qiyməti endirilib". www.bbc.com. BBC. 15 June 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 January 2016.
  2. 2,00 2,01 2,02 2,03 2,04 2,05 2,06 2,07 2,08 2,09 2,10 2,11 2,12 "Azərbaycan mətbuatı: "Dörd bölgədə xalq etiraz etməyə başlayıb"". www.bbc.com. BBC. 21 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 January 2016.
  3. "Sosial mediada #etiraz". www.bbc.com. BBC. 18 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 January 2016.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]